24 Noyabr, 2017 - Cümə
Əlizadə Fəridə Hüseyn

Əlizadə Fəridə Hüseyn

1. Torpağın becərilməsində məqsəd.
2. Torpaqbecərmənin elmi əsasları, inkişafı.
3. Torpağın texnoloji xassələri və becərmə
əməliyyatları.
4. Becərmə üsulları və sistemləri.

Alimlərimizin apardığı tədqiqatlar xüsusən, arxeoloqların, entoqrafların axtarışları Azərbaycanın ilk insan məskənindən, Azərbaycanlıların isə zəngin əkinçilik mədəniyyətinə malik olan ən qədim xalqlardan biri olduğunu sübut etmişlər.
Azərbaycanın müxtəlif bölgələrindən toplanan materiallar bunu deməyə əsas verir ki, rəncbər əkinçilərimiz torpağa daima öz dolanışığının əsası kimi baxmış və buna görə də ona böyük məhəbbət və övlad qayğısı ilə yanaşmışlar.
Torpaqdan yüksək məhsul götürməyin başlıca yolunu onun şumlanmasında, səpini vaxtında keçirib, həm də öküzün dırnağına suvarılmasında görən ata-babalarımız öz həyat təcrübələrində torpaqla bağlı belə bir kəlamı özləri üçün meyar götürmüşlər. Torpaq deyər: «Öldür məni, dirildim səni», «döy məni, doyurum səni», «sev məni, sevindirim səni». Torpağı öldürmək üçün gərək onun altını üsütnə çevirəsən, yəni əkib şumlayasan, toxum səpib mala çəkəsən, suvarıb-becərəsən, gücdən düşəndə dincə qoyasan ki, istədiyin kimi məhsul götürə biləsən.
Əkinçilər deyirlər ki, torpağın dilini bilən əsl əkinçi torpağı ovcuna götürüb hansı bitki üçün yararlı, sərfəli olduğunu bilməlidir. Azərbaycan kəndlisi torpaqdan asılı olaraq onu bir və ya bir neçə dəfə şumlamağı məsləhət görürmüş, çünki, şum gələcək məhsulun əsasıdır.
Əlizadə Fəridə Hüseyn Əkinçilik sistemində torpağın düzgün becərilməsi onun ən vacib elementidir. Bu maşın və aqreqatlarla torpağa mexaniki təsir edərək mədəni bitkilərin hava-su, istilik və qida rejiminin yaxşılaşmasına yönəldilən tədbirlər sistemidir.
İbtidai icma şəraitindən insan adi bitki yetişdirib və onun sadəcə meyvəsini yığdığı vaxtlardan etibarən o anladı ki, becərilmiş, yumşaldılmış və lazımsız bitkilərdən azad torpaqda daha çox meyvə və ya toxum yığmaq olar.
Əkinçilik mədəniyyətinin I etapında torpaqbecərmənin qarşısında bir məsələ-torpağı açıb əkilən bitkinin toxumunu oraya basdırmaq dururdu. Bu zamanlar insan torpaqda gedən prosesləri bilmirdi, buna baxmayaraq primitiv olaraq «aqrotexniki» becərmə aparırdı.
Birinci torpaq becərmə alətləri torpağı çox dərin olmayaraq yumşaldır, bu məqsədə iri heyvanların sümüyündən, daşdan və taxta-ağac alətlərdən istifadə edilirdi. Bu alətlər çox xırda yumşaltmalar edirdi. Bundan başqa uzun ağac alətlər (dəyənək tipli), metal, nizə və ling mövcud idi.
Dəmirin inkişafının böyük vüsət alması ilə bel və əl dırmıqları mövcud oldu.
Müəyyən müddətdən sonra əl əməyindən əkinçilikdə becərmə işlərini heyvanlarla, yəni onlara qoşulan qoşqu alətləri ilə görməyə başladılar. Becərmə alətlərindən xış, cüt, ikitəkərli ibtidai kotan yaranır. Birinci şum aləti (ixtisaslaşmış) sacsız xış (kotan) artıq geniş miqyasda işənməyə başlandı. Torpağın kotanla becərilməsi min illər bundan əvvəl mövcuddur. XIX əsrin əvvələrində istifadə olunan kotanlara bənzəyən kotanlardan çox qədim Romada istifadə olunurdu.
Əkinçilik mədəniyyətinin inkişayının yeni etapında torpaqbecərmə üsulları saclı kotanların və başqa torpaqbecərmə alətlərinin hesabına yaxşılaşmağa və inkişaf etməyə başladı.
Torpaqbecərmənin nəzəri əsaslarının öyrənilməsində. Dokuçayevin, Kostıçevin, İzmaylovskinin, Vilyamsın, Tulaykovun və bir çox başqa alimlərin rolu böyükdür. Torpaqbecərmədə tədqiqatlar kənd təsərrüfatında yenidən qurmadan sonra daha da genişləndi. Səpindən əvvəl, səpindən sonra, ölkənin təbii iqtisadi bölgələrində böyük eksperimentlər aparılmağa başlandı. Hər şeydən əvvəl bura daxil idi:
1. Topaqbecərmə üsullarının vaxtları və dərinliyini öyrənmək.
2. Külək və su eroziyasına qarşı mübarizədə torpaqbecərmə üsullarının geniş tədqiqatı.
3. Torpağın qatlarının kipləşmə prinsiplərinin payızlıq və yazlıq bitkilərin becərilməsində vərdənələrin istifadəsinin öyrənilməsi.
4. Torpaqbecərmə alətlərin hərəkət etmə sürətinin öyrənilməsi.
5. Torpağın Freyzer tipli alətlərlə becərilməsi.
6. Suvarma şəraitində torpaqbecərmənin xüsusiyyətlərinin tədqiqatı.
7. Torpağın xüsusi 2 qat-3 qat becərmə üsulları.
8. Mexaniki becərmənin minimallaşdırılması.
Torpağın becərilməsində əsas məqsəd aşağıdakılardan: torpağın düzgün becərilməsinin bitkilərin həyat amillərinin (torpaq) nizamlanmasında rolu, səpin qatının optimal vəziyyətə gətirilməsi, torpağın mədəniləşdirilməsi, zərərverici və xəstəliklərə, alaq bitkilərinə qarşı mübarizə aparmaqdan ibarətdir.
Torpağa mineral və üzvi gübrələr verildikdə meliorativ tədbirlər həyata keçirildikdə k/t-ı bitkilərinin toxumlarının cücərməsinə şərait yaranır.
Əkinçilik yaranandan əkinçini torpaq münbitliyindən istifadə etmək üçün torpaqbecərmənin müxtəlif formalarından istifadə edərək, yüksək məhsul əldə etməyə çalışmışdır.
Torpağın mexaniki becərilməsi: bu sahədə torpağa maşın və (alətlərlə) aqreqatların işçi orqanlarının fiziki təsirini azaltmaq, k/t-ı bitkilərinə optimal həyat şəraiti yaratmaq, torpağın münbitliyini qorumaq, onun külək və su eroziyasına uğramasının qarşısını almaq bir məqsəd kimi qarşıda durur.
Torpaqbecərmə böyük tarixi inkişaf yolu keçirmişdir.
Torpaqbecərmənin nəzəri əsaslarını Rusiyada 1880-ci ildə Volne, Azərbaycanda isə H. Zərdabi 1860-cı illərdə əkin sahələrinin becərilməsi, gübrələnməsi qaydalarını öz elmi əsərlərində göstərmişdir.
Sonralar Rusiyadan Dokuçayevin rəhbərliyilə Azərbaycana gələn nümayəndələr onun torpaqlarını öyrənib bölgələrə bömüşdülər. Bu ekspedisiya Azərbaycan torpaqlarının tiplərini, münbitliyini, fiziki-kimyəvi xassələrini təhlil edib, sonra bitkiləri bölgələr üzrə yerləşdirmişlər. Bu Azərbaycanda əkinçiliyin inkişafına böyük təkan vermişdir.
Hər il torpaqməqsədə uyğun şumlansa onun strukturası yaxşılaşar (V.A.Vilyamsa görə) və əkin qatının münbitliyi təyin oluna bilər (A.N.Barsukov və V.A. Fransessona görə).
Mədəni bitkilərə lazım olan şəraiti nizamlanmış torpaqbecərmələr yaradar. Yəni torpağın strukturasını, aqrofiziki tərkibini, kipliyini optimallaşdırır.
Bitkilərin kök sisteminin inkişaf etməsində kipliyin böyük təsiri var:
Torpaq üç hissədən-maye, qaz və bərk hissədən və fazadan ibarətdir. Bərk hissə müxtəlif minerallardan və üzvi maddələrdən ibarətdir. Mineral tərkibindən və humusun miqdarından asılı olaraq torpağın kipliyi olur.
Daha doğrusu mütləq quru torpağın temperaturu 40C olan həmin miqdarda suya nisbəti-torpağın kipliyini ifadə edir.
Torpağın əkin qatı torflu, bataqlı torpaqlar istisna olmaqla 2,4-2,8 kiplikdə olur.
Kipliyin qiyməti torpağın kifayətləndirici aqronomik xassəsi ola bilməz, ancaq ondan torpağın fiziki vəziyyətinin daha mühüm göstəricilərinin hesablanmasında istifadə edilir.
Təbii quruluşda götürülmüş 1 sm3 quru torpağın qramlarla çəkisi torpağın orta kipliyidir.
Əgər əkin qatında orta kipliyi 1,15-dən çox deyilsə yumşaq; 1,15-1,35-dək kip və 1,35-dən yuxarı çox kip hesab olunur.
Torpağın su hava və isilik rejimləri, mikroorqanizmlərin fəallığı orta kiplikdən asılıdır.
Ona görə də torpaqda optimal kipliyin yaradılması əkinçiliyin, xüsusilə də torpaqbecərmənin mühüm vəzifəsidir.
Torpağın becərilmə keyfiyyətinin mahiyyəti, onun texnoloji xüsusiyyətini və ya xassələrini-yumşaltma, xırdalama, qarışdırılma və kipləşmə təyin edir.
Torpağın texnoloji xassələrinin optimal olması torpağın yumşaldığından, yapışqanlığından və fiziki yetişkənliyindən asılıdr.
Torpağın ilişkənliyi torpaq hissəciklərinin aralanmasına çalışan xarici qüvvəyə qarşı müqavimətidir.
Strukturasız gilli, çimli torpaqların ilişkənliyi yüksək, qumsal torpaqlarınkı isə azdır.
Torpağın plastikliyi xarici qüvvənin təsiri altında deformasiya olunaraq almış olduğu yeni formanı saxlama qabiliyyətidir.
Torpağın bu xassəsi yalnız onun rütubətli vəziyyətində özünü göstərir. Kipliyi çox olan torpağın plastikliyi də çox olur.
Torpağın yapışqanlığı: rütubətli vəziyyətdə müxtəlif əşyalara yapışma xəssəsidir.
Rütubətlik və gil hissəciklərinin miqdarı artdıqca yapışma qabiliyyəti də artır.
Torpağın şişməsi: suyun təsirilə öz həcmini böyütməsi, çəkməsilə öz həcmini (yəni quruyarkən) kiçiltməsidir. Bu halda çatlar əmələ gəlir, şişmə və çökmə mədəni bitkilərin kök sisteminin qırılmasına səbəb ola bilir.
Texnoloji əməliyyatlar.
Texnoloji prosesin tərkib hissəsi (yumşaltma, alaq kəsmə, torpağın çevrilməsi, sıxma və s) becərmə ilə torpağın tərkibinin dəyişməsini müəyyən etmək texnoloji əməliyyatlar adlanır. Torpağın becərilməsi sistemi: hər hansı texnoloji əməliyyatlar vasitəsilə torpağın tərkibini dəyişdirirək bitki həyatı üçün lazım olan şərait yaratmaqdır.
Çevirmə əkin qatında münbitlik qatı hazırlayıb torpağın tərkibini yaxşılaşdırır. Qarşılıqlı alt qatı üstə, üst qatı alta dəyişir. Bu halda üstqat çox zaman alt hissəyə nisbətən kip olur, çevirilərkən yumşaq çat üstə çıxır, verilən gübrə alt qata düşür, üst qatda olan bitki qalıqları alt qata düşür orada çürüntülər yaradır.
Yumşaldılma- əsas məqsəd torpağın həcmini artırmaqdır. Yumşaltmada torpağın həcmi genişlənməklə istilik sabitləşir; su rejimi nizamlanır. Bütün bunlar mikrobioloji prosesin yaxşılaşmasına şərait yaradır.
Torpağın fiziki yetişkənliyi- torpağı becərən zaman yaxşı xırdalanır, becərmə alətlərinə yapışmırsa, müvafiq nəmliyə cavab verirsə bu fiziki yetişkənlik adlanır. Bu halda nəmlik 60-90 % arasında dəyişə bilir.
Torpağın yumşaldılmasında kotanlardan cizeldən, kultivatordan, frezlərdən istifadə edilir.
Xırdalanma- torpaq hissəciklərinin kiçiltməklə kəsəkləri xırdalayır. Ağır gilli torpaqlar zəif xırdalanır. Bu qütubət çatmayanda daha da zəif olur.
Qarışdırılma- torpağın qatları bir-birilə qarışıb münbit əkin qatı yaratmaqdır. Bu zaman gübrələr, mikrorqanizmlər, bitki qalıqları bir yerə toplanır və torpağın strukturasını yaxşılaşdırır. Bu zaman freyzerlərdən və kultivatorlardan istifadə olunur.
Sıxlaşdırma- əsas məqsəd məsaməliyi azaltmaqdır. Bu yüngül gilli torpaqlarda aparılanda və torpağın səpinə hazırlanmasında daha əhəmiyyətlidir. Bu zaman səpilmiş toxumların cücərməsi üçün əkin qatında hava, rütubət və istilik normal olur.
Torpağın hamarlaşmasında məqsəd düz olmayan yerlərin düzəldilməsi, səpin üçün və məhsulun yığılmasına şərait yaradır. Hamarlanma şumdan və kultivasiyadan sonra səpin qabağı aparılmalıdır. Bu iş kultivator, malalar, bulduzerlə və s. becərmə alətlərilə aparılır.
Torpağın maşın, aqreqat və alətlərlə mexaniki becərilməsində məqsəd torpaqbecərmə üsulları, qaydaları və sistemləri ilə bitkilərin böyümə və inkişafı üçün optimal şərait yaratmaqdır.
Mexinki üsulla becərmənin xarakteri və dərəcəsi torpaqbecərən maşın və alətlərlə torpağın profil boyu genetik və antropoloji müxtəlif keyfiyyətliliyini şaquli istiqamətdə becərməkdir. Mexaniki üsullar aşağıdakılardır:
Sacsız alətlərlə becərmə- maşın və alətlərin işçi orqanı torpağa təsir edərək layı tam və ya qismən çevirir. Bu halda genetik qatlar qarışır və münbitlik elementləri, gübrə, bitki qalıqları, mikroorqanizmlər tərəfindən qida maddələrinin artmasına şərait yaradır. Torpaq yaxşı xırdalanır və yumşalır. Alaqların kökü kəsilir.
Rotorlu alətlərlə becərmə- fırlanan-sferik işçi.
Texnoloji əməliyyatlar.
Texnoloji prosesin tərkib hissəsi (yumşaltma, alaq kəsmə, torpağın çevrilməsi, sıxma və s.) becərmə ilə torpağın tərkibinin dəyişməsini müəyyən etmək texnoloji əməliyyatlar adlanır.
Torpağın becərilmə sistemi: hər hansı texnoloji əməliyyatlar vsitəsilə torpağın tərkibini dəyişdirərək bitki həyatı üçün lazım olan şəraiti yaratmaqdır.
Çevirmə əkin qatında münbitlik qatı hazırlayıb torpağın tərkibini yaxşılaşdırır. Qarşılıqlı alt qatı üstə, üst qatı altına çevirlərkən yumşaq qat üstə çıxır, verilən gübrə alt qata düşür, üst qatda olan bitki qalıqları alt qata düşür orada çürüntülər yaradır.
Yumşaldılma-əsas məqsəd torpağın həcmini artırmaqdır. Yumşaltmada torpağın həcmi genişlənməklə istilk stabilləşir, su rejimi nizamlanır. Bütün bunlar mikrobioloji prosesin yaxşılaşmasına şərait yaradır.
Torpağın fiziki yetişkənliyi- torpağı becərən zaman yaxşı xırdalanır, becərmə alətlərinə yapışmırsa, müvafiq nəmliyə, cavab verirsə bu fiziki yetişkənlik adlanır. Bu halda nəmlik 60-90 % arasında dəyişə bilir.
Torpağın yumlaşdılmasında kotanlardan, çizeldən, kultivatordan, frezerlərdən istfadə edilir.
Xırdalanma- torpaq hissəciklərinin kiçiltməklə kəsəkləri xırdalayır Ağır gili torpaqlar zəif xırdalanır. Bu rütubət çatmayanda daha da zəif olur.
Qarışdırılma- torpağın qatları bir-birilə qarışıb münbit əkin qatı yaratmaqdır. Bu zaman gübrələr, mikroorqanizmlər, bitki qalıqları bir yerə toplanır və torpağın strukturasını yaxşılaşdırır. Bu zaman freyzerlərdən və kultivatorlardan istifadə olunur.
Sıxlaşdırma – əsas məqsəd məsaməliyi azaltmaqdır. Bu yüngül gilli torpaqlarda aparılanda və torpağın səpinə hazırlanmasında daha əhəmiyyətlidir. Bu zaman səpilmiş toxumların cücərməsi üçün əkin qatında hava, rütubət və istilik normal olur.
Torpağın hamarlanmasında məqsəd düz olmayan yerlərin düzəldilməsi, səpin üçün və məhsulun yığılmasına şərait yaradır. Hamarlanma şumdan və kultivasiyadan sonra səpin qabağı aparılmalıdır. Bu iş kultivator, malalar, bulduzerlə və s becərmə alətlərilə aparılır.
Torpağın maşın, aqreqat və alətlərlə mexaniki becərilməsində məqsəd torpaqbecərmə üsulları, qaydaları və sistemləri ilə bitkilərin böyümə və inkişafı üçün optimal şərait yaratmaqdadır.
Mexaniki üsulla becərmənin- xarakteri və dərəcəsi torpaqbecərən maşın və alətlərlə torpağın keyfiyyətliliyini şaquli istiqamətdə becərməkdir. Mexaniki üsullar aşağıdakılardır:
Sacsız alətlərlə becərmə – maşın və alətlərin işçi orqanı torpağa təsir edərək layı tam və ya qismən çevirir. Bu halda genetik qatlar qarışır və münbitlik elementləri, gübrə, bitki qalıqları, mikroorqanizmlər tərəfindən qida maddələrinin artmasına şərait yaradır. Torpaq yaxşı xırdalanır və yumşalır. Alaqların kökü kəsilir.
Rotorlu alətlərlə becərmə – fırlanan sferik işçi orqanı olan maşın və alətlər becərilən torpaq yaxşı qarışır, xırdalanır.
Kombinə edilmiş üsulla becərmə- torpağın bütün qatlarını (əkin qatı) vaxtında becrəmək üçün sacsız, saclı, rotorlu becərmə alətlərini birləşdirib kombinə üsulu ilə torpaq becərmələr aparılır.
Torpağın becərilməsi- Müxtəlif maşın və alətlərlə, bu və ya digər üsullarla, bir və ya bir neçə texnoloji əməliyyatların, həm də müəyyən dərinlikdə becərilməsi üçün torpağa bir dəfəyə təsir göstərməsinə torpağın mexaniki becərilmə qaydası deyilir.
Torpağın becərmə dəriliyindən asılı olaraq aşadığakı 4 qrup üsuldan istifadə edilir:
1. Torpağın səthi becərilməsi.
2. Torpağın adi (orta) becərilməsi.
3. Torpağın dərin becərilməsi.
4. Torpağın həddən artıq dərin becərilməsi.

Torpağın səthi becərilmə qaydası.

Əlizadə Fəridə HüseynMexaniki torpaqbecərmə (səthi) maşın və alətlərin torpağın səthinə 15-20 sm dərinliyinədək təsir göstərməsinə səbəb olur.

Şəkil 1 Kultivator pəncərələrinin tipləri
1. birtərəfli yastıkəsici; 2. oxlu yastıkəsici; 3. oxlu universal
4. yumşaltıcı baltavari; 5. yaylı yumşaltıcı;
6. dibdolduranın gövdəsi; 7. iynəli disk

Vərdənələmə- kəsəklərin xırdalanması.
Torpaq səthinin yastı, iynəli, qabırğalı və s. formalı alətlərlə hamarlanmasıdır. Əhəmiyyəti odur ki, sahə hamarlandığı üçün istənilən normada və üsulda səpin aparmaq olur, alaqlar məhv olur.
2. Malalama- Torpaq hissəciklərinin malalanması, qarışdırlmasına, alaq cücərtilərinin kəsilməsinə səbəb olur. Malalama alətləri dişli, torlu, iynəli formalarda olur.
3. Diskiləmə- torpağın xırdalanmasına, yumşaldılmasına, qismən çevrilməsinə, fırlanan sferik diskilərin köməyilə alaqların kəsilib, xırdalanmasına səbəb olur.
Üzləmə- dənli bitkilər altından çıxmış sahələrdə torpağın xırdalanmasına, yumşaldılmasına, qismən çevrilməsinə, qarışdırılmasına, bitkilərin torpaqdakı köklərinin, yerüstü orqanlarının kəsilməsinə, basdırılmasına, alaq toxumlarının, mədəni bitkilərin zərərvericilərinin və xəstəlik törədicilərin basdırılaraq məhv edilməsinə səbəb olur.
Torpağın mexaniki üsulla becərilməsi- bu becərmənin xarakteri və dərəcəsi torpaqbecərmə maşın.
Torpağın adi (orta) becərilmə qaydaları.
Torpaqbecərən maşın və alətlərin çoxdan əkilən və yenibecərilən qata 16-25 sm dərinliyinə müəyyən üsullarla təsir göstərmişdir.
Şumlama- torpağın saclı kotanla çevrilməsini, xırdalanmasını, yumşaldılmasını təmin edən becərilmə qaydasıdır. Şumlama həm də bitkilərin yeraltı hissələrinin kəsilməsini, yerüstü hissəsini və peyinin, alaq toxumlarının, xəstəlik və zərərvericilərin basdırılmasına səbəb olur. Kotanla şumlama apararkən lay 1800 çevirlərsə onda layın çevrilməsi, lay 1350 çevirlərsə, torpağın qatına görə 450-lik bucaq altında düşərsə layın qaldırılması adlanır.
Mədəni formalı saclı ön kotancıqlı kotanla aparılan şum-mədəni şum adlanır.

Şəkil 2. Asma kotan
1. çərçivə; 2. asqı; 3. dayaq –nizamlanma təkəri;
4. gövdə; 5. ön kotancıq
Torpağın dərin becərilməsi qaydası.
Torpaqbecərən maşın və alətlərlə becərilən torpaq qatının qalınlığının artırılması və bu zaman onun 25-35 sm dərinliyinə genetik quruluş formalarının dəyişməməsi məqsədilə torpağa dövrü olaraq təsir göstərməsidir.
1.Torpağın aşağı qatını əhatə etməklə şumlanması-torpağın çevrilməsi, xırdalanması, yumşaldılması, bitki köklərinin kəsilməsi, bitkinin yerüstü hissəsinin və s. təmin edən 25-30 sm ön kotancıqlı kötanla şumlanması.
2. Maltsev kotanı ilə torpağın sacsız becərilməsi. Torpağın 30-35 sm dərin qatını çevirmədən xüsusi sacsız gövdələrlə yumşaldır, xırdalayır, bitki köklərini kəsir.
3. Yastı kəsmə becərməsi- yastı kəsən dərin yumşaldıcı vəsitəsilə torpaq səthində kövşənin 90%-ə qədərini saxlamaqla 20-30 sm-lik torpaq qatının xırdalanması.
4. Yarıqların və oyuqların açılması- torpağın sacsız becərilmə qaydası olub xüsusi alətlər vəsitəsilə yarıqların, oyuqların (30sm) açılması əməliyyatıdır. Bu da torpaq qatında su və hava rejimlərinin nizamlanmasına kömək edir.
5. Kombinə edilmiş aqreqatlarla becərmə: torpağın qatlar üzrə becərilməsinin, gübrələrin basdırılması ilə eyni vaxtda aparılmasını təmin edir.

Torpağın həddən artıq dərinlikdə
becərilməsi

Dövrü olaraq torpağın genetik qatının və şaquli istiqamətlərlə horizontlarının yerini dəyişmək məqsədilə xüsusi torpaqbecərən maşın və alətlərlə torpağa təsir göstərməsidir.
İki qatlı plantaj şumu- 40 sm və daha dərin qatda torpağın xırdalanmasını, yumşaldılması, yuxarı və aşağı hissələrin qarışdırılması, bitki və alaqların toxumunun, zərərverici və xəstəlik törədicilərinin basdırılmasını təmin əlamətləridir. İqlim və torpaq şəraitindən asılı olaraq 40 sm-dən çox dərinlikdə aparılır. (Plantaj-planto latın sözü olub əkirəm, basdırıram- dərin şumlamadır (40-75 sm) )
Üçqatlı plantaj şumu- iqlim-torpaq şəraitindən asılı olaraq 50-75 sm dərinlikdə torpağın xırdalanması və şaquli istiqamətdə üç müxtəlif keyfiyyətli hissəni torpaq qatları üzrə qarışdırılır.

Torpağın becərilməsi sistemləri

Müəyyən ardıcıl üsul və qaydalar ilə səpin qabağı və səpindən sonra becərilməsi, iqlim-torpaq şəraitindən asılı olaraq bitkilərin bioloji xüsusiyyətlərini nəzərə alıb onları növbəli əkində yerləşdirməklə bitkilərə optimal şərait yaradılması torpağın mexaniki becərilməsi sistemi adlanır.

Torpaq becərmə sistemləri

1. Yazlıq bitkilərin səpini üçün becərmə sistemi.
2. Payızlıq bitkilər səpini üçün becərmə sistemi.
3. Aralıq bitkilərin səpini üçün becərmə sistemi.
k/t-ı bitkilərinin əsas qrupları üçün torpağın becərilməsi sistemi aşağıdakı sələflərdən asılı olaraq fərqlənir.
1. Yazlıq və payızlıq bitkilər-başdan-başa səpilən bitkilər.
2. Çox illik otlar, payızlıq bitkilər.
3. Cərgə arası becərilənlər.
4. Təmiz və kulis heriklər.
5. Məşğul və sideral heriklər.
Məqsəddən asılı olaraq torpağın becərilməsi sələftərə bölünür.
1. Payızlıqlar, bir illik otlar və yaşıl yem.
2. Çoxillik otlar.
3. Yazlıq və payızlıq taxıllar.
4. Cərgəarası, erkən yazlıqlar.

Torpağın əsas becərilməsi

Xüsusi qaydalar- bunlara daxil-oyuqlar açmaq, freyzerləmə, dərin becərmə, yaruslu kotanlarla müxtəlif dərinlikdə torpağın yumşaldılması.

Torpağın xüsusi becərilməsi

Torpaqbecərməni sürətləndirməklə əmək məhsuldarlığı yüksəlir, becərən maşın və alətlərə təlabat azalır.
Torpağın rütubəti artıq və həm də az olanda belə torpaq yaxşı xırdalanır. Sürətlə becərmə yağmurlardan əvvəl aparılanda torpaqda rütubətin saxlanmasına yaz-yay və payız mövsümündə şərait yaradır.

Əkin qatının qalınlığının və mədəniliyinin əhəmiyyəti

Dünya əkinçiliyinin təcrübəsi göstərir ki, torpağın tədricən və intensiv mədəniləşriliməsi yolu ilə güclü əkin qatının mövcud olması k/t-ı bitkilərindən yüksək və sabit məhsul alınmasına, torpağın qida maddələrindən daha dolğun istifadə edilməsinə, yüksək dozada gübrələrdən səmərəli istifadə olunmasına səbəb olur.
Əkin qatı nə qədər güclü olsa, məhsuldarlıq bir o qədər yüksək olar. Əkin qatı 38 sm olan buğda sahəsindən əkin qatı 17 sm olan sahəyə nisbətən 3 dəfə artıq məhsul alınmışdır. Əkin qatı nazik torpaqlarda humus qatı da nazik olur, bitkilərin kök sistemi yaxşı inkişaf etmir.
Əkin qatı dərinləşdirilərkən fiziki və kimyəvi xassələri pis olan və az münbit əkinaltı qatın üzə çıxarılmasına yol vermək olmaz. Bu halda xüsusi alətlərlə torpağı dərinləşdirməklə gübrələr vermək lazımdır.
P.N.Balayev, M.İ. Sidorov, Q.N. Vankoviç, V.A.Uşakrenkonun uzun müddət apardıqları elmi işlərin nəticələri göstərir ki, əkin qatının qalınlığı və mədəni torpaq k/t-ı bitkilərinin məhsuldarlığına əhəmiyyətli təsir edir.
Əkin qatının qalınlığına və dərin şuma münasibətinə görə bitkilər üç qrupa bölünürlər:
I-yaxşı münasibət göstərən bitkilər-çuğundur, kartof, pambıq, yonca, yem paxlası, günəbaxan, bostan bitkiləri.
II orta münisibət göstərən bitiklər-payızlıq çovdar, buğda, noxud, arpa, vələmir.
III-kətan, yazlıq buğda torpağın dərin qatına zəif münmsibət göstərirlər.
Ona görə də münbitliyi az olan, əkin qatı nazik olan torpaqların kompleks aqrotexniki tədbirləri əhəngləşdirmək, yüksək dozada üzvi və mineral gübrələr verməklə, paxlalı bitkilər əkməklə elmə əsaslanaraq bitkilərin növbələşməsindən istifadə edərək əkin qatını dərinləşdirmək və mədəni torpaq yaratmaq olar.

Əkin qatının artırılması qaydaları

1. Əkinaltı qatı adi kotanla əkmək (2-3 sm) əkin qatını çoxaldır.
2. Torpağın bir qatlı becərilməsi əkin və əkinaltı qatın bir hissəsinin (10-15 sm) sacsız kotanlarla yumşaldılması. Layı çevirmədən dərin yastı kəsmə becərməsi (30-32 sm) . Sacsız plantaj kotan və adi kotanlarla dərin şum aparılması.
3. İkinci dərin becərmə-əkin qatını 20 sm çevirməklə və 15 sm-lik əkinaltı qatı yumşaltmaq.
4. Çikaliki metodu ilə torpağın üçqatlı becərilməsi. İki qatlı becərmədə üst 2 sm qat becərilir bir neçə ildən sonra həm qat dəyişdirilir. Üç qatlı-üst becərilən qat 0-15 sm qarışdırılır və alta keçir, altdakı 25-40 sm-lik qat yuxarı qalxır, ortadakı 10-15 sm-lik qat yerində qalır.
5. Dolki metodu-üç qatlı becərmə üst qat aşağı atılır. Aşağı qat ortaya keçir, orta qat isə üst qata keçir 35-40 sm münbit əkin qatı hazırlanır.
6. Mosdov-Botov-Çijev üsulu üst qat öz yerində qalır, orta qat aşağı qatla qarışır. Bu əməliyyat üç yaruslu PTN-40 markalı kotanla aparılır.

Müxtəlif tipli torpaqlarda əkin
qatını yaratmaq

Şabalıdı torpaqlarda əkin qatı 0-20 və 45-50 sm dərinlikdə olub tərkibində 2-6 % humus var.
Torpağın üst 0-20 sm qatı yumşaq olub, hava və su rejimi normaldır. Aşağı qatlara getdikcə əkin qatı zəif olduğundan hava və su prosesi zəifləyir.
Şabalıdı və həmçinin başqa torpaqlarda dərin əkin qatlı mədəni torpaq yaratmaq olar, bu məqsədlə onun aşağıdakı əsas xassələrini öyrənərək, üsullar seçmək olar:
1. Torpağın əkin qatının xassələri-gücü, münbitliyi və qranulometrik tərkibi.
2. Əkinaltı qatın xassələri.
Torpağın genetik qatlar üzrə profili ( illuvüal, ana süxur, kül torpaq) qatın aqrofiziki və aqrokimyəvi tərkibi və ana süxur (tərkibində humus, qida elementləri, reaksiya mühiti), qatın qranulometrik tərkibi.

Torpağın minimum becərilməsi

Əsrlər boyu əkinçi müxtəlif qayda və diqqətli becərmə tətbiq etmək yolu ilə torpağın potensial münbitliyini daha tam səfərbər etmək və səmərəli istifadə etməklə alaqların da məhvinə səbəb olmuşdur.
Yumşaq və tozlaşmış torpaqlara toxum səpilərsə sürətlə su (torpaq rütubəti) buxarlandığından toxumun cücərməsi çətinləşir, bu da bitkilərin sayının azalmasına, məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Torpaq becərmənin məqsəd yönlü minimumlaşdırılması ağır traktor və maşınların hərəkətinin torpağa mənfi təsirini, əmək məsarifini azaldır, herbisidlərlə alaqları məhv etmək üçün imkan genişlənir, torpaq eroziyasının qarşısı alınır.
1. Dərin becərmələr dayaz və səthi becərmələrlə əvəz edilir en götürümü çox olan alətlərdən istifadə etməklə, bir gedişdə yüksək keyfiyyətlə torpağın becərilməsi.
2. Kombinə edilmiş alətlərlə bir gedişdə bir neçə prosesi yerinə yetirmək.
3. Səpin qabağı torpaqbecərmələr yüksək keyfiyyətli aparılmaq üçün aşağıdakı kombinə edilmiş maşın və alətlərdən: AKP-2,5, PVK-3,6 AKR-3,6; KFQ-3,6; VİP-5,6 və s. istfadə edilir.

Rekultivasiya

Torpaq- bu ad nə qədər əziz, doğma, ulu və müqəddəsdir. Torpağın mənası, hikməti, həyatı əhəmiyyəti güclü və tükənməzdir.
İnsanın ilkin söykəndiyi, etibar etdiyi səcdəgahı torpaqdır.
Ona görə deyilir bəşər övladı torpaqdan yaranıb və ona qayıdır. Torpaq təbiətin bizə bəxş etdiyi ən ali anlayışdır. Onun ən əziz övladı onun sərvətləridir.
Torpaqda gedən kimyəvi, fiziki kimyəvi, bioloji prosesləri heç bir laboratoriyada aparmaq mümkün deyil.
Mütəxəssis səriştəsizliyi, əkinçilərin əlacsızlığı, bir çox idarə, zavod rəhbərlərinin bədxahlığı üzündən torpaqlar elə korlanıb ki, münbitliyi bərpa etmək üçün yaxşı mütəxəssis, çoxlu xərc lazımdır.
Bakıda və onun ətrafında, Sumaqayıtda, Şirvanda, Gəncə və bir çox yerlərdə neft birləşmələri, zəhərlər və torpağı korlayıb.
Yuneskonun 1986-cı ildə verdiyi məlumata əsasən XXI əsrin sonunadək planetdə əkinə yararlı torpaq sahəsinin üçdə bir hissəsi yararsız hala düşəcək: I səbəb əsrin ümumi inkişaf sürəti.
II səbəb torpağa laqeyid münasibət.
Korlanmış torpaqları rekultivasiya edərkən mədəni hala salmaq mümükündür. Bunun üçün üzvü gübrələrin bitki qalıqlarının və mineral gübrələrin böyük əhəmiyyəti vardır. Əvvəlcə həmin sahələrdə meliorativ tədbirlər həyata keçirilib, sonra aqrotexniki tədbirlərlə kompleksindən istifadə olunur. Mikroorqanizmlərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə torpaq yumşaldılır. İki-üç il paxlalı bitkilər əkilir, yonca sonra yığılıb və nəhayət belə torpaqlarda sonra taxıl bitkiləri əkilə bilər.

Haqqında Əkinçi