22 Sentyabr, 2017 - Cümə
55 kiloqramlıq balqabaq

55 kiloqramlıq balqabaq

Tovuzun Düzqırıqlı kənd sakini 45 yaşlı Gündüz Bağırov Almaniyadan gətirilən iki ədəd balqabaq tumunu həyətyanı sahəsində əkərək rekord çəkiyə malik məhsul əldə edib.

Becərmə zamanı hər hansı kimyəvi maddədən istifadə etməyib. Adi qaydada yetişdirilən nəhəng bostan bitkisi kənd sakinlərinin də marağına səbəb olub.

Gündüz Bağırov 55 kiloqramlıq bitkiyə 200-300 manat təklif edənlərin olduğunu da bildirir. Lakin o, nəhəng balqabağı satmayacağını deyir. Kənd sakini bitkidən toxum götürərək gələcəkdə geniş sahələrdə becərmək fikirindədir. Yerli mühitə uyğunlaşdırılan balqabaq açıq sahələrdə daha yüksək məhsuldarlığı ilə seçilir ki, bu da təsərrüfatçıların ürəyincədir.

Haqqında Əkinçi