1. əl-Fatihə “Kitabı açan” surəsi
- əl-Fatihə
“Kitabı açan” surəsi, 7 ayə,
Məkkədə nazil olub.
1 – Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2 – Həmd olsun aləmlərin Rəbbi Allaha,
3 – Mərhəmətli və Rəhmliyə,
4 – Haqq-hesab gününün Hökmdarına!
5 – Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6 – Bizi doğru yola yönəlt –
7 – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!