19 Noyabr, 2017 - Bazar

80 yaşın astanasnda

80 yaşın astanasında. Bu yazını bir il əvvəl Almaniyada yaşayan görkəmlı alim Telman İsmayılov göndərmişdi. Özünün dediyi kimi ömrünün” maraqlı və səksəkəli” anlarını qələmə almışdı.  Telman müəllim artıq 10 ildir ki, xəstəliyi ilə əlaqədar Almaniyada yaşayır.

Telman İsmayılov respublikanın tikinti geologiyası,qruntşünaslıq,ekologiya,seysmogeoekologiya və ətraf mühitin mühafizəsi üzrə elm i işçi,dövlət məmuru olub. Azərbaycan Dövlət Universitetinin geologiya coğrafiya fakültəsini və SSRİ Xalq Təsərrüfatı akademiyasını bitirmişdir.Geologiya və Minerelogiya doktoru,Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki,Almaniya Geologiya,Mineralogiya Elmi Cəmiyyətlərinin ,Almaniya Geologiya Dostları birliyinin üzvüdür. Azərbaycan Elmi-Tədqiqat Tikinti Materialları və Qurğuları institutunda ,Dövlət Plan Komitəsində,Dövlət Ekologiya komitəsində,Dövlət Geologiya komitəsində rəhbər vəzifələrdə  işləmişdir.Təbiəti mühafizə üzrə Respublikanın Baş Dövlət Müfəttişi, ABƏŞ-də Ətraf Mühiti Mühafizə Yardımçı komitənin sədri olmuşdur.Xəzərdə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi layihələrinin ekoloji ekispertizasına rəhbərlik etmişdir.120-dən çox elmi əsərin—monaqrafiya,normativlər,kompleks proqram və sxemlərin müəllifidir.

Telman müəllimin qruntşünaslıq,seysmogeoekologiya və torpaq sürüşmələri ilə bağlı  kitabları dərs vəsaiti kimi ali məktəblərdə tədris olunur.

 

Her bir insan omru , sinəsi min calarla dolu təbiətə bənzəyir.Güllü, cicəkli, daglı, dərəli məlhəm kimi bulaqlı bəzəyi ile yanaşı keçilmez səddləri,sərhədləri olur.İnsan zəkası bu çətinliklərdən, düşüncəsi,dözumu ve əməlləri ilə qalib gələ bilir. Xalqımızın vətənini, torpagını çox sevən, bütün varlıgı ilə ona bağlanan ogullarından biridir  qeologiya elmləri doktoru,professor Telman Ələkbər oglu İsmayılov.Telman müəllimin  tərcümeyi halında onun alimlik tapıntıları,pedaqoji fəalliyyəti ictimai xadim movqeinə qədər çatmasına ən böyük xidməti doğru, düzkün peşə seçimi olmuşdur.Yaşıdları arasında o dövr dəbə çevrilmiş hüquqşunas,filosof,cərrah olmaq həvəsi onu cəlb etməmişdi.Təbiətin qüdrətli varlıgına bağlanan Telmanın müəllimin tək bir secimi torpaq ve təbiət idi.Seçdiyi həyat yolu onu nəhayət,  Azərbaycanın tanınmış ekoloq aliminə, bu sahədəki 40 dan çox dəyərli elmi əsərin muəllifinə gətirib çıxartdı.  Hal-hazirda səhhəti ile əlaqədar Almaniyada olan Telman muəllimin yubileyi də orada keçirildi. Telman müəllimi ailəsi ilə yanaşı – həm rəsmi ünvanlardan, həm şəxsi dost ve həmkarları təbrik etdilər.  Telman Ismayilova olan təbriklərin arasinda Baki Dövlət Universitetinin geologiya və ekologiya kafedralarinin kollektivindən, Almaniyadaki Azərbaycan Səfriliyindən,   ,vaxti ile çalışdığı idarələrin kollektivlərindən,  Düsseldorf şəhərinin bələdiyyəsindən, artiq muəllim, dosent kimi calişan tələbələrindən yazılan təbrik məktubları bu güne xüsusi bir dəyər verdi.

 

Biz də bu təbriklərə qoşulur,dəyərli alim Telman İsmayılovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,uzun ömür,can sağlığı arzulayırıq!

Haqqında Əkinçi