19 Noyabr, 2017 - Bazar

Ağaclar payızda özlərinə yuva axtaran böcəkləri xəbərdar edir

uğur böcəyiNiyə bəzi ağaclar payızda göz oxşayan rənglərə bürünürlər? Bu dəyişmənin səbəbinin ağacın böcəklərə qarşı özünü müdafiə etməsi olduğu aydın oldu. Çünki ağaclar zərərli böcəklərə yarpaqları vasitəsilə xəbərdarlıq edirlər. İngiltərənin ən məşhur elmi jurnallarından “Kraliyet Birliyi Biologiya Protokolları” jurnalında 2001-ci ilin iyul sayında nəşr olunan məqalədə qeyd olunurdu ki, böcəklər payızda daldalanmaq üçün ağac axtarışına başlayırlar. Müəyyən ağac növləri də böcəklərin bu istilasından qorunmaq üçün yarpaqlarının rənglərini narahatedici hala gətirirlər. Ağac yarpaqlarında çox xüsusi kompleks boya molekulları (piqment) yaradılır, beləcə xəbərdarlıq xüsusiyyəti daşıyan parlaq qırmızı və parlaq sarı rənglər böcəkləri ağacdan uzaq tutur. Böcək hücumuna daha sıx məruz qalan ağaclar daha canlı xəbərdarlıq rəngləri nümayiş etdirirlər. Xüsusilə yarpaq bitinin məskunlaşdığı ağaclarda göz oxşayan rənglərin digərlərinə nisbətən daha çox olduğu müşahidə edilir. Bir ağacın böcəklərin ona zərər verəcəyini əvvəldən bilməsi, əlbəttə ki, mümkün deyil. Bu xüsusiyyətlərdən heç biri düşünmə qabiliyyəti olmayan ağac tərəfindən inkişaf etdirilən mexanizmlər deyil. Üstün şüur və ağılın məhsulu olan yüzlərlə detal nəticəsində bənzəri olmayan müdafiə etmə taktikası qarşımıza çıxır. Şübhəsiz bu ağıl, hər şeyi bənzərsizcə, üstün elmlə yaradan Uca Rəbbimiz Allah’a aiddir.

Haqqında Əkinçi