25 Sentyabr, 2017 - Bazar ertəsi

Arzu Eminbəyli

Arzu EminbəyliMərkəzi sinir sistemi, ürək çatışmazlığı və immun sisteminin zəifliyi indi dəbdə olan xəstəliklərdəndir.Bu cür xəstəliklərin baş verməsi və son zamanlarda kəskin surətdə artması müxtəlif səbələrlə izah olunur.Səbəblər işərisində qeyri ənənəvi qida məhsullarının təsiri öz yerini tutur.

Qida məhsullarının yararlılıq müddətini uzatmaq və dadlılığı artırmaq məqsədilə onların genetikasının dıyişdirilməsi təcrübəsi ilk dəfə 1984 cü ildə ABŞ da həyata keçirilib.Genetikası dəyişdirilmiş məhsullar iqtisadi cəhətdən səmərəli olduğundan tez bir zamanda bütün dünyaya yayılıb.Araşdırmalara görə,hazırda dünya əhalisinin 65 faizi genetik dəyişikliyə məruz galan məhsullarla qidalanır.Transgen məhsullar becərilərkən uyğun olmayan genlər birləşdirilir.Gen heyvanlardan, bitkilərdən , hətta viruslardan götürülür.Amma burada bəzi məqamlar var.Məsələn: pomidoru müxtəlif hava şəraitində becərmək üçün balığın soyuğa davamlı olan genlərindən istifadə edilir.Lakin bu zaman pomidora balığın digər əlaqəli genləri də ötürülür.Təbii ki, balıqda olan xəstəliklərin bitkiyə keçməyəcəyinə təminat verilmir.Eləcə də təmiz və eyni biçimli kartoflar heyvan geni köçürməklə becərilir.Heyvan geni ilə birləşdirilmiş yeni kartof növləri kolorado böcəyinə qarşı çox davamlıdır.Hətta böcək geni dəyişdirilmiş bu kartofların yarpaqlarını yedikdə belə məhv olur.Geni dəyişdirilmiş inək çoxlu süd verir, donuzun əti piyindən çox olur,toyuqdan yağ damır.Almaniya mütəxəssislərinin fikrincə yaxın gələcəkdə bu cür məhsulların ətraf mühitə və insan orqanizminə mənfi təsirini sübut edəcək faktlar ortaya çıxarsa, tədbir görmək mümkün olmayacaq.

Təəssüflər olsun ki,bu gün Azərbaycan bazarlarında transgen məhsullar satılır.Ölkədə geni dəyişdirilmiş məhsul növlərinin nəzarətsiz əkilməsi bitki müxtəlifliyinə ziyan vurur.Məsələn: əgər bir neçə il əvvəl 14 növ qarpız növü əkilirdisə, indi cəmi bir növ qarpız becərilir.

“Cipsi”lərin 90 faizi transgen məhsullardan hazırlanır.Xaricdən idxal olunan meyvələr, məsələn, kartof,qarpız, yemiş də transgen məhsullardır.Xarici ölkələrdə transgen məhsulların çəkisi artdıqca, təbii məhsulların da qiymətləri artır.Azərbaycanda isə bu proses əksinə gedir.Genetikası dəyişdirilməklə əldə edilən məhsul xarici istehsal adı ilə dəyərindən dəfələrlə artıq giymətə satılır.

Azərbaycan əhli də bu cür şeylərdən bixəbər olduqları üçün “transgen “ məhsulların gözəlliyinə aldanır.
Sizə məsləhətimiz budur ki, heç olmazsa xəstə ziyarətinə gedəndə importnu,yarlklı, hamısı birboyda olan gözəl “transgen” meyvələri almayın!Yerli və qurdlu meyvələr alın!İnandırım sizi ki, içində qurdu olan meyvə daha xeyirlidir!Çünki qurd bizdən yaxşı bilir canının qədrini!

Haqqında Əkinçi