25 Sentyabr, 2017 - Bazar ertəsi

Avtomobillər gələcəkdə “qəhvə” ilə işləyəcək?

İngiltərədəki Bath Universitetinin alimləri avtomobillərin gələcəkdə “qəhvə” ilə işləyə biləcəyini iddia edirlər.

  Alimlərin fikrincə, emal zamanı yaranan qəhvə tullantılarından alternativ enerji alına bilər. Onlar bildirirlər ki, 10 kiloqram qəhvə tullantısını 2 litr bioenerjiyə çevirmək mümkündür.
Belə çıxır ki, gələcəkdə məşhur qəhvə şirkətləri neft şirkətlərinə rəqib ola bilərlər.

Haqqında Əkinçi