24 Noyabr, 2017 - Cümə

Aydın Tağıyev

Di­li­mi­zin izah­lı lü­ğə­tin­də “aşıq” sö­zü­nün yo­zu­mu çox qı­sa şərh edi­lir: xalq xa­nən­də­si həm oz­xu­yan, həm də söz qo­şan saz şai­ri.

İzah­lı lü­ğət­də müx­tə­sər­cə ve­ri­lən “aşıq” sö­zü­nün tək­cə özü isə is­tər is­tə­məz ada­mın fik­ri­ni, xə­ya­lı­nı çox-çox uzaq­la­ra apa­rır. Ya da Də­də Qor­qud dö­yüş, sa­vaş mey­da­nı­na əlin­də Mis­ri qı­lın­cı ilə ya­na­şı, çiy­nin­də saz olan Ko­roğ­lu dü­şür…

Arş­dı­rı­cı­la­rın təs­diq et­di­yi ki­mi, ulu söz sə­nə­ti­mi­zin bir ucu üç tel­li sa­za, bu sa­za miz­rab vu­rub dil­lən­di­rən aşıq­la­ra ge­dib çı­xır.

On ikin­ci yü­zil­lik­dən üzü bə­ri Fə­lə­ki, Xa­qa­ni, Nə­si­mi, Se­yid Əzim, Sa­bir, Mə­həm­məd Ha­di və nə­ha­yət Ab­bas Səh­hət ki­mi bö­yük qüd­rət­li şa­ir­lə­ri ilə məş­hur olan Şir­van tor­pa­ğı öz aşıq­la­rı ilə də ta­nı­nıb.

Şir­van aşıq mək­tə­bi­nin ya­şı çox ol­ma­sa da onun Xal­tan­lı Ta­ğı ki­mi ka­mil bir sə­nət­ka­rı, klas­sik bir nü­ma­yən­də­si var.

Qu­ba­nın Xal­tan kən­din­də XVIII əs­rin son­la­rın­da dün­ya­ya gə­lib 100 ilə ya­xın bir ömür sür­müş Ta­ğı us­tad aşıq­la­rı­mız­dan­dır.

Aşıq Ta­ğı ya­ra­dı­cı­lı­ğı klas­sik el şa­ir­lə­ri­mi­zin əsər­lə­ri­lə bağ­lı­dır. Bəl­kə də elə qol­lu-bu­daq­lı bir kö­kə bağ­lı­lı­ğın­dan­dır ki, bu gü­nü­mü­zə zən­gin ir­sin­dən çox az bir qis­mi gə­lib ça­tan qoş­ma, gə­ray­lı, gö­zəl­lə­mə və nə­si­hət­na­mə­lə­ri hə­lə də kö­nəl­mə­yib.

Us­tad­na­mə

Sa­lam ve­rib bir məc­li­sə va­ran­da
Bö­yük­dən ki­çi­yə nə­si­hət gə­rək.
Ədəb-ər­kan bi­lə, yol-ta­rix bi­lə,
Əs­lin­də, nəs­lin­də nə­ca­bət gə­rək.

Arif ola itir­mə­yə özü­nü,
Baş­dan çı­xıb unut­ma­ya sö­zü­nü,
Ta­nı­ya ye­ri­ni, qo­ya di­zi­ni,
Ağır əy­lə­şi­bən, fa­ra­ğat gə­rək.

Qal­xıb hər söz ilə yo­la düş­mə­yə,
Kön­də­lən uza­nıb həd­din aş­ma­ya,
Di­lin zəbt ey­lə­yib çox da­nış­ma­ya,
Da­nı­şan­da həm bir xoş söh­bət gə­rək.

Adam oğ­lu özün tut­ma­sın ye­kə,
Kim­sə ye­ri­şin­dən düş­mə­sin şək­kə,
Bir az çö­rək ilə do­yub əl çə­kə,
Mü­dam ti­kə­si­nə qə­na­ət gə­rək.

Hər kəs öyüd ver­sin öz uşa­ğı­na,
Dü­zül­sün məc­li­sin so­lu-sa­ğı­na,
Aşıq da on­la­rın eşq ota­ğı­na
Baş­la­sın bir şi­rin ix­ti­lat gə­rək.

De­mə ki, bu dün­ya ba­qi­dir, ba­qi,
Gü­vən­mə heç ya­na ax­maz aya­ğı,
Köç­mək ya­vuq ol­du, Xal­tan­lı Ta­ğı,
Bun­dan be­lə sə­nə iba­dət gə­rək.

Us­tad­lar us­tad­na­mə­ni bir de­məz­lər, iki de­yər­lər. Biz də de­yək iki ol­sun. Gö­tür­dü gö­rək us­tad bu də­fə gö­rək nə de­di. Biz ərz ey­lə­yək, siz də şad olun.

Na­mər­din çö­rə­yi qa­rın do­yur­maz,
Kə­sib süf­rə­sin­də na­na al­dan­ma.
Gə­da­dan dost ol­maz, qar­daş­dan
düş­mən,
Fa­ğır­dan əl üzüb xa­na al­dan­ma.

Ba­xıb yor­ğa­nı­na uzat aya­ğı,
Hər bo­ya öl­çər­lər kə­fə­ni, ağı,
Qay­tar­ma qa­pı­dan gə­lən qo­na­ğı,
Li­ba­sa göz qo­yub, do­na al­dan­ma.

Ta­ğı sa­vab­lar­dan tu­tub yü­kü­nü,
İgid gə­rək itir­mə­sin kö­kü­nü.
Zülm­ka­rın axır gə­lər bir gü­nü,
Fə­lək zülm ey­lə­yər, ona al­dan­ma.

Us­tad­lar us­tad­na­mə­ni iki de­məz­lər, üç de­yər­lər. Biz də de­yək üç ol­sun, düş­mən öm­rü puç ol­sun. Us­tad bu də­fə nə de­di, tə­rə­fin­dən biz ərz ey­lə­yək, siz şad olun.

İki nəs­nə mə­dəd­siz­dir dün­ya­da,
Yox­su­la, yı­xı­ğa o kö­mək ol­maz.
Bi­ri­si mərd ola, qey­ri­si na­mərd,
Bə­ra­bər­dir bir-bi­ri­nə, yek ol­maz.

Hə­mi­şə uzan­maz na­mər­din ipi,
Sai­li gö­rən­də bağ­la­nar qa­pı,
Di­rək­də ya­ra­maz gi­cit­kan çö­pü,
Ən­duz yar­pa­ğın­dan bü­rün­cək ol­maz.

Quz­ğun­dan qaz ol­maz, qar­ğa­dan
ör­dək,
Quy­ruq­dan ət ol­maz, da­laq­dan
böy­rək,
Bə­döv töv­lə­sin­də bəs­lən­sə eş­şək,
Özü yüy­rək ol­sa, tü­kü pak ol­maz.

Gü­la­ba qa­rış­maz ar­dı­cın kü­lü,
Kə­lam xətm ey­lə­məz tu­ti­nin di­li,
Mə­zar­dan qa­yıt­maz iman­sız ölü,
Məs­cid qa­pı­sın­da it gə­rək ol­maz.

Arif odur bu qəf­lət­dən ayı­la,
Ayı­lı­ban el için­də sa­yı­la,
Məh­bub gə­rək nə­ca­bət­dən var ola,
Döv­lət ilə hər ço­vuş­dan bəy ol­maz.

A Xal­tan­lı Ta­ğı, ol­dun me­yi-huş,
Aç­dın gi­rif­ta­rı, ki­mə gəl­di xoş,
Tök­dün ləl, cə­va­hir, qa­yı­dır­san
boş,
Da­ha bun­dan bed­tər gö­rə­cək
ol­maz.

İn­di si­zə har­dan xə­bər ve­rək, kim­dən de­yək, Xal­tan­lı aşıq Ta­ğı­dan. Ta­ğı ca­van­lıq ya­şı­na tə­zə çat­sa da qoş­du­ğu söz­lər ya­xın kənd-kə­sək­də dil­lər əz­bə­ri idi. Ta­ğı­nın qon­şu Da­ğıs­tan­da Gül­lü ad­lı bir qı­za aşıq ol­du­ğun­dan xə­bər tu­tan həm­kənd­li­lə­ri pərt ol­du­lar. Öz­lə­rin­də Ta­ğı­ya la­yiq gö­zəl-göy­çək, ağıl­lı-ka­mal­lı qız­lar çox idi. Baş­bi­lən­lər is­tə­yir­di­lər ki, şöh­rət­li aşıq­la­rı elə öz kənd­lə­rin­dən qız al­sın, ne­cə ki, de­yər­lər, eli­ni hür­küt, ax­sa­ğı­nı al…

Kənd ada­mı həm də ma­raq­da idi ki, ayə, o qız nə hal­da, ni­şan­da­dır ki, Ta­ğı­nın qəl­bi­ni ov­la­yıb. Elə bil həm­kənd­li­lə­ri­nin fi­kir­lə­rin­dən, ürək­lə­rin­dən ke­çən­lər­dən ha­li ki­mi aşıq sev­gi­li­si­nin ni­şan­la­rı­nı saz­la-söz­lə ne­cə so­raq ve­rir:

Nə müd­dət­dir aş­na-yar­dan ya­dam
mən ,
Aş­na-ya­rın üzü qo­şa xal­lı­dır.
Din­di­rən­də bir­cə kəl­mə da­nış­maz,
Bu qov­ğa­lı ba­şım qey­rü-qal­lı­dır.

Mən aşi­qəm ləb­lə­ri­nin məs­ti var,
Öl­dü­rü­bən di­rilt­mə­yə şəs­ti var,
De­yir, yar­la gö­rüş­mə­yə qəs­di var,
Bal­dan şi­rin do­daq­la­rı bal­lı­dır.

Sal­la­nı­ban öz-özün­dən ge­dən­dir,
Ağ bu­xa­ğa in­ci, mər­can dü­zən­dir,
Ta­ğı de­yər na­haq be­lim əzən­dir,
Za­lım Gül­lü baş­maq­la­rı nal­lı­dır.

De­mə­yə­sən, Ta­ğı ilk də­fə Gül­lü­nü gö­rüb aşiq olan­da qız ev­lə­ri­nin sü­ra­hi­sin­də da­ya­nıb ona ba­xır­mış. Elə o vaxt­dan da eşq odu qəl­bi­nə dü­şüb onu yan­dı­rıb-ya­xır­mış.

Ta­ğı sev­gi­li­si haq­qın­da gö­rək dü­ba­rə nə de­di.

Ay­lar, il­lər həs­rə­ti­ni çək­di­yim,
Ha­yıl-ma­yıl sü­ra­hi­dən ba­xan­dı,
Şöh­rət­li, şöv­kət­li bir be­lə qa­mət,
Şi­rin ca­nım eşq odu­na ya­xan­dı.

Var­mı mə­nim ki­mi bir dər­də
dü­şən,
Nə de­yib-da­nı­şan, nə də gü­lü­şən,
Min naz ilə sü­ra­hi­də əy­lə­şən,
Ya sul­tan­dı, ya pa­şa­dı, ya xan­dı.

Bir ya­rım var din­dir­mə­li, gül­mə­li,
Ağ üzün­də si­yah tel­lər bur­ma­lı,
Ta­ğı de­yər göz­lə­ri də sür­mə­li,
Hər ba­xı­şı can evi­mi yı­xan­dı.

Bə­li, həm­kənd­li­lə­ri gö­rür­lər ki, Ta­ğı­nı fik­rin­dən dön­də­rə bil­mə­yə­cək­lər. Ona xe­yir-dua ve­rir­lər. Ta­ğı da Da­ğıs­tan sə­fə­ri­nə ha­zır­lıq gö­rür. De­yir, aşıq çox ka­sıb imiş, yo­la çıx­maq üçün heç qə­pik-qu­ru­şu da yox­muş. Bəs ney­lə­sin, ne­cə et­sin? Üz tu­tur kənd­lə­rin­də­ki var­lı-hal­lı ki­şi­lər­dən bi­ri sa­yı­lan Əda­lət bə­yin qa­pı­sı­na. Xoş-beş, bəy xə­bər alır ki, qul­lu­ğun nə­dir? Ta­ğı gö­rür ki, sö­zü­nü elə-be­lə dil­lə de­yə bil­mə­yə­cək, sa­zı ba­sır si­nə­si­nə:

Əda­lət bəy, sə­ni de­yib gəl­mi­şəm,
Bi­li­rəm aləm­də şə­fa­qə­tin var.
Mə­ni dər­ga­hın­da qoy­ma naü­mid,
Ver­mə­yə sə­də­qən, öz zə­ka­tın var.

Fər­zənd­di ka­sı­bın üzü­nə gül­mək,
Ha­lı­nı so­ruş­maq, dər­di­ni bil­mək,
Man de­yil yox­su­la qa­pı­na gəl­mək,
Qə­di­mi sul­tan­san, nə­ca­bə­tin var.

Di­li­min uca­sı, sə­ri­min ta­cı,
Bir dər­də düş­mü­şəm yox­dur əla­cı,
Qal­dır­san yı­xı­la­nı, doy­dur­san acı,
Elə bil Kə­bə­yə zi­ya­rə­tin var.

Qoç igid­lər bu dün­ya­da var ol­sun,
Hər sı­nıq kö­nül­dən xə­bər­dar ol­sun,
Ağa­lar ağa­sı sə­nə yar ol­sun,
Bən­də dua­sın­dan nə min­nə­tin var.

Ta­ğı sə­ni, söy­lə, ki­mə qıl­sın tay,
Nə­cib döv­lət­li­sən, şə­hər iç­rə bəy,
Tə­vəq­qəm, bi­zə bir tap­şı­ra­san pay,
Tan­rı qə­bul et­sin nə niy­yə­tin var.

Bə­li, bu söz­lər­dən son­ra bəy Ta­ğı­nı ne­cə la­zım­dır, elə­cə də xə­tir-hör­mət­lə yo­la sa­lır.

Aşıq da qo­hum-qar­daş, dost-ta­nış­la gö­rü­şüb, əl­tə­mən edir, sev­gi­li­si­nin vü­sa­lı ilə Da­ğıs­tan ma­ha­lı­na yo­la dü­şür. Az ge­dir, çox ge­dir, axır gə­lib San­bur ça­yı­na ça­tır. İs­tə­iyr o ta­ya ke­çə, an­caq ne­cə?.. De­yir, ilin, gü­nün o vaxt­la­rı imiş ki, San­bur ça­yı da­şıb ya­ta­ğı­na, yur­du­na sığ­mır­mış. Ta­ğı gö­rür heç vəch­lə o ta­ya ke­çə bil­mə­yə­cək, köv­rə­lib sa­zı si­nə­si­nə ba­sır, üzü­nü ça­ya tu­tur:

Ba­şı­na dön­dü­yüm, qur­ban
ol­du­ğum
Əsi­rib, kö­pü­rüb di­va­nə San­bur.
Ata­mın, ana­mın bir­cə­si­yəm mən,
Mə­həb­bət la­zım­dı ca­va­nə, San­bur.

Əri­nir­sən Şah da­ğı­nın qa­rın­dan,
Axıb cəm olur­san hər di­ya­rın­dan,
Da­ğı-da­şı qo­pa­rır­san ye­rin­dən,
Çə­kir­sən tor­pa­ğın üm­ma­nə,
San­bur.

Qan­lı-qan­lı qa­ya­lar­da gö­zün var,
Gü­cün çox­dur, he­sa­bın­da sö­zün
var,
Nə bəd qı­lı­ğın var, nə bəd üzün
var,
Bax­ma­yır­san yax­şı-ya­ma­nə,
San­bur.

So­yuq-so­yuq bu­laq­lar­dan çı­xır­san,
Şaq­qıl­da­yıb də­rə­lər­dən axır­san,
Tər­pə­nən­də ne­çə ev­lər yı­xır­san,
Çox­la­rın sal­mı­san zi­ya­nə, San­bur.

Ta­ğı der, kim­sə­yə de­yil­sən qan­nı,
Fə­sa­da ve­rir­sən ne­çə min ca­nı,
Bən­dü­van ey­lə­mə kö­çü, kar­va­nı,
Ba­ğış­la qa­di­ri-süb­ha­nə, San­bur.

Qə­rəz, aşıq ne­çə ən­gəl-mü­si­bət­lə gə­lib çı­xır Da­ğıs­ta­na. Axır ki, ça­tır Gül­lü­gi­lin kənd­lə­ri­nə. Qız­la­rı­nın ta­nı­yıb bil­mə­dik­lə­ri bir qə­rib aşı­ğa bənd ol­du­ğun­dan xə­bər tu­tan ata-ana­sı Gül­lü­nü ev­dən çö­lə bu­rax­mır­lar. Sev­gi­li­si­nin həs­rə­ti ilə ya­nan aşiq fər­yad edir, gö­rək öz dər­di-ha­lı­nı ne­cə ərz edir:

Ay ağa­lar, yüz min bə­la­ya
düş­düm,
De­yin mə­nim üçün el­lər ağ­la­sın,
Qu­ru­sun çeş­mə­lər, yan­sın
mə­cər­lər,
Bu­lan­sın dər­ya­lar, sel­lər ağ­la­sın.

Bi­zi ya­da sal­sın bi­növ­raq olan,
Ça­lın-çar­paz si­nə­sin­də dağ olan,
Bu dər­di dərd bil­məz, ca­nı sağ
olan,
Ta­ma­mən şi­kəst­lər, şil­lər ağ­la­sın.

Si­zə qur­ban olum, ta­nış-bi­liş­lər,
Qul ya­zı­sı­nı gö­rər, haqq işin iş­lər.
Ta­ğı der: ahım­dan tö­kül­sün
quş­lar,
Bö­lün­sün dur­na­lar, tel­lər ağ­la­sın.

Bə­li, be­lə­cə ah­la-vay­la aşı­ğın gün­lə­ri ke­çir,nə­ha­yət, bir gün Gül­lü ara­nı xəl­vət­lə­yib gi­rə­və ta­pır, sev­gi­li­si­ni giz­li­cə bağ­la­rı­na də­vət edir.Hər iki sev­gi­li­nin ix­ti­la­tı­nın şi­rin ye­rin­də Gül­lü­nün ata­sı gə­lib çı­xır. İşin fə­na, xa­ta­lı ol­du­ğu­nu gö­rən Ta­ğı ye­gə­nə əla­cı sö­zə güc ver­mək­də gö­rür:

Da­ğıs­tan elin­də,cü­mə gü­nün­də
Ba­ğa də­vət et­di bir gö­zəl mə­ni.
Bir ağır adım var,bir tə­miz di­lim,
Xalq için­də rüs­vay et­mə gəl mə­ni.

Bir can­dan qor­xa­raq söy­lə­məm
ya­lan,
Eşq odu­dur mə­ni bu dər­də sa­lan,
Az­qun­tu qu­zu­yam – sü­rü­dən qa­lan,
Mey­dan­da nə işim, tap­dar kəl
məni.

Mü­sa­fi­rəm, bir bən­de­yi-xu­da­yam,
Ma­lım yox­dur,dost yo­lun­da
fə­da­yam,
Əl üz­mü­şəm Və­tə­nim­dən,
cü­da­yam,
Ya qis­mət gə­ti­rib, ya əcəl mə­ni.

Aş­na ol­dum, meh­man ol­dum üz ilə,
Gün ke­çirt­dim söh­bət ilə söz ilə,
Ta­ğı bax­mış isə xa­in göz ilə,
Qoy kəs­sin bu Qu­ran, bu hey­kəl
mə­ni.

Bu söz­lər­dən son­ra qı­zın ata­sı­nın yum­şal­dı­ğı­nı gö­rən Ta­ğı an­la­yır ki, für­sət­di dü­şüb əli­nə, üzü­nə üz tu­tub gö­rək bu də­fə nə de­yir:

Ha­cı ba­ba, mən də sə­nin bir oğ­lun,
Ata olan oğul üçün say ey­lər
Ay­lar, il­lər çə­kər cöv­rü cə­fa­sın,
El için­də bir gün onu bəy ey­lər.

Tu­tub ətə­yin­dən is­tə­rəm ya­rı,
Hic­ran tar­da­ğı­yam, gəm gi­rif­ta­rı,
O ca­nı­nın iki çeş­mi-xu­ma­rı
Axır mə­ni bay­qu­la­ra tay ey­lər.

Ta­ğı de­yər, düş­düm tu­fa­na,bo­za,
Məc­nun ki­mi bat­dım tor­pa­ğa, to­za,
Hər kəs yı­xı­la­nı tu­tub dur­ğu­za,
Aləm bü­tün ona mər­ha­ba ey­lər.

Ta­ğı­nın haqq aşi­qi ol­du­ğu­nu gö­rən Ha­cı ba­ba qı­zı­nın kə­bi­ni­ni Ta­ğı­ya kə­sil­mə­si­nə da­ha eti­raz et­mir. Hər iki­si­nə xe­yir-dua ve­rir. Ta­ğı ilə Gül­lü­yə adı­na, şöh­rə­ti­nə la­yiq bir toy edib Xal­ta­na yo­la sa­lır…

***

Son­ra­lar Ta­ğı­nın Gül­lü­dən Sə­di adın­da bir oğ­lu da olur. Döv­rü­nün sa­vad­lı adam­la­rın­dan sa­yı­lan Mol­la Sə­di ata­sı­nın bü­tün əsər­lə­ri­ni top­la­yıb qə­lə­mə al­sa da, il­lər keç­dik­cə bun­lar­dan ço­xu za­ma­nın axa­rın­da itib-ba­tıb.

Haqqında Əkinçi