Balqabaqda çox yüksək miqdarda beta karotin və vitamin olduğundan dərini təzələyir, immunitet sistemini gücləndirir.

Tərkibi:

– 1,5 kq balqabaq;

– 1,5 kilo şəkər tozu;

– 5 litr su;

– 250 qram sönməmiş əhəng;

– 1 ədəd limonun şirəsi.

Hazırlanması:

Balqabağı yuyun, qabığını soyub doğrayın. 250 qram əhənglə 5 litr suyu qarışdırıb bir az gözlədikdən sonra doğradığınız balqabağı da əlavə edib, 4 saat saxlayın. Sonra balqabaqları əhəngli sudan çıxarıb, bol su ilə yuyun. Şəkər tozunu qazana tökün, üzərinə iki barmaq qalınlığında su əlavə edib qaynadın. Qaynayan şirəyə balqabaqları atıb bişirin. Bişənə yaxın limon şirəsini sıxın və odun üzərindən götürün.

Balqabaği əvəzsız edən nədır?

İbn Sina bu tərəvəzi xüsusilə xərçəng xəstəliyi olanlara tövsiyə etmişdir. Balqabaqda çox yüksək miqdarda beta karotin və vitamin olduğundan dərini təzələyir, immunitet sistemini gücləndirir. Narıncı rəngli balqabaq mineral, dəmir, kalium, natrium, fosfor, kalsium və maqnezium baxımından da zəngindir. Uşaqlarda sağlam sümüklərin inkişafı və qanazlığı zamanı balqabaq yemək məsləhət görülür. Balqabaq görmə qabiliyyətini artırır, kompyuter arxasında oturanlar üçün də faydalıdır. Bu tərəvəzin tərkibində az kalorili şəkər olduğundan diabetli xəstələr də yeyə bilərlər. Balqabaqdan şorba, şirniyyat, tort, keks, pudinq və cem hazırlanır.