18 Dekabr, 2017 - Bazar ertəsi
Bitmiş bir fikri ifadə edən cümlələr…

Bitmiş bir fikri ifadə edən cümlələr…

 

İnsan hər zaman içindən gələnləri yazmaz… Ən çox içindən gedənləri yazar. Hər yazdığımı yaşamadığım kimi, hər yaşadığımı da yaza bilmərəm.

Daima susduğum, demədiyim cümlələr çox təhlükəli yerdədirlər, tam dilimin ucunda… Nəysə

Gecə dönür dolaşır yenə bizə geri gəlir. Gəlsin, başımızın üstündə yeri var. Gecələr insan  daha çox düşünür. Düşüncələrim, eşitdiklərim, oxuduqlarım…

Ağlımda heç gedə bilmədiyim uzaq yerlər var. Uzaq dediyimiz dərd nədir ki? Bizi yaradanı da görmədən sevmədikmi? (Mevlana) Amma,yaxınlıq uzaqlıqdan daha darıxdırıcıdı. Çünkü hər yaxınlıqda itirmə qorxusu var, uzaqdakilərlə isə qovuşma ümidi …

Biri varmış, biri yoxmuş deyə başlanan yalanlar nağılların adıymış.

Ey yalan dünyanın yalançı insanları. Hər yalanın bir ömrü var! Həyatımda o qədər yalan eşitdim ki, pərt olmasınlar deyə hamısına inandım. Bilə – bilə ki, öz gəmimizi yandıracaq qədər dəliyik, yenə də bizi bir kibritlə qorxuzurlar. Bu ağılda olan insanlara heyranam!!! Eh insanlar!

İmam Şafi deyib ki, 40 alimə qalib gəldim, bir cahilə uduzdum. Alimə dəlil gətirdim,qəbul etdi,cahilə nə gətirdimsə rədd etdi… Eh cahillər!

Qəfəsdə doğulan quş uçmağı xəstəlik bilər…

 

Bizim ən ağır hekayəmizi, zamanında çox güvəndiyimiz insanlar yazdı. Çarəsizlik nədir deyə soruşdular,ilk dəfəydi ki, bidiyim bir şeyə nifrət elədim.Ürəyimiz dərdli olanda ağır gəlir insana,amma ən gözəl duanı etdirir Allaha! Bir dərdim var,min dərmana dəyişmərəm. Bu da məndə gizli qalsın. Həmd olsun!

Ümidim hər zaman var,ancaq zaman qısadır,yolum da uzun…Cibimizdəki son açar,bəlkə də bağlı qapılarımızın açarıdır.Bir qapı bağlananda min qapı açılar,amma biz bağli qapıların ardınca o qədər baxdıq ki,açılan qapıları görmədik. Bəlkə bəzi şeylər yolunda getmədi,amma heç bir şey də məni yolumdan ayırmadı.Hər qüsurumuzu gördülər, öz qüsurlarını görməkdə kor oldular.Elə bir güllələri var ki,qalsan ürəyindən vurar, getsən arxandan…

Bəzi şeylərdə  nəsibin olsun gərək.Bir stəkan çay içmək istəyirəm,nəsibimdə varsa içəcəm.

Dünyada yüzlərcə millət,dil,din,məzhəb ola bilər,amma sadəcə iki cür insan var.Vicdanlı və vicdansız. Ey vicdansızlar,insanların arxasınca danışdıqlarınızı,üzlərinə deyəcək qədər adam olun!

Əgər bir qadını hönkürə-hönkürə ağladırsansa,deməli başına gələcək bəlaların altına artıq imzanı atmısan… (Bukovski)

Ən qüsursuz cinayət bir insanın yaşama sevincini öldürməkdir.(Y.Arslan)

Mən,pulum olmadan çox şey aldım. Ədəb aldım,öyüt-nəsihət aldım.(Tarık Tufan)

Hər şeyin ağıla,ağlınsa ədəbə ehtiyacı var.(Hz.Əli)

Bir gün alimdən soruşurlar ki,nə üçün palın-paltarın köhnədi,pis gündə gəzirsən?

Alim deyir:İçimi düzəltməkdən fürsət tapıb çölümü düzəldə bilmirəm.

 

Dostoyevski deyirdi dünyanı gözəllik xilas edəcək.Mən buna heç bir zaman inanmadım. Ona görə ki, Allah onsuz da dünyada hər şeyi gözəl yaradıb.Məncə xilas yolu bu deyil.Dünyanın xilas yolu gözəllik olsaydı çoxdan hamımız hüzurlu,sakit,xöşbəxt,dürüst,imanlı bir həyat yaşayardıq.Amma…İnsanlar bir birinin ruhlarını sevsəydi,qarınlarını doyurmaqla bərabər ruhlarını doyursaydılar,hər şeyə rəğmən atalarını-analarını sevsəydilər,paxıllıq xəstəliyindən azad olsaydılar,güvən,inam,dürüstlük, qayğı bir sözlə şərəfli insana yaraşan hər bir şey bizlərdə olsaydı xilas olardıq. Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik,amma insan kimi yaşamağı öyrənmədik.Allahın mərhəməti sonsuzdur!

SON: Ömrünə ömür qatan dostluqlar, gülüşlər, söhbətlər də var bu dünyada!!!

Haqqında Əkinçi