22 Noyabr, 2017 - Çərşənbə

Ədəbi inci

Bitmiş bir fikri ifadə edən cümlələr…

ay

  İnsan hər zaman içindən gələnləri yazmaz… Ən çox içindən gedənləri yazar. Hər yazdığımı yaşamadığım kimi, hər yaşadığımı da yaza bilmərəm. Daima susduğum, demədiyim cümlələr çox təhlükəli yerdədirlər, tam dilimin ucunda… Nəysə Gecə dönür dolaşır yenə bizə geri gəlir. Gəlsin, başımızın üstündə yeri var. Gecələr insan  daha çox düşünür. Düşüncələrim, eşitdiklərim, oxuduqlarım… Ağlımda heç gedə bilmədiyim uzaq yerlər var. Uzaq ... Ətraflı »

Bizim dünyəvi Mirzəmiz

mirze kazim

Hətta, uğrunda dövrün Rusiya və Böyük Britaniya kimi derjavalarının çəkişdiyi Mirzə Kazım Bəy… Dünya elminin böyük zəkalarından biri, Rusiya Elmlər Akademiyasının akademiki, mükəmməl siyasi, hüquqi, fəlsəfi, tarixi əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil edilmiş, Böyük Britaniya, ABŞ, Almaniya, Fransa kimi ölkələrin akademiya, universitet və bir çox elm cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Məhəmmədəli Kazım bəyin daşıdığı ən ... Ətraflı »

Nizami Gəncəvi …

nizami a

  Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, Üzü aydan da gözəl Nazlı Nigar gəlmiş idi. Tər taxıb gül yanağından,bulud örtmüşdü ayı, Onu düşmənmi qovub,könlü qubar gəlmiş idi. Ona mən göz yetirib xəlvəti baxdım-baxdım, Ovçunun ovlağına körpə şikar gəlmiş idi. Uyuyub hər ikimiz rahət olub bir yatdıq, Bəxtimin bağçasına güllü bahar gəlmiş idi. Dedi etmək dəmidir,söylə nə istərsən yar,? Bir öpüş ... Ətraflı »

AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)

az.kino

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ... Ətraflı »

Xalqın təbli həbibi və təbibi…

abbas

Qəbri uzun müddət naməlum qalsa da, qədri hər vaxt bilinmiş Abbas Səhhət Bu yazı ki ilk ali təhsilli həkimlərimizdən olmuş gözəl şairimiz haqda qədir-qiymət kəlməsilə başladı, fikirim başqa bir zikrə də getdi; ictimai-siyasi tərcümeyi-halımızdakı nəhəng şəxsiyyətlərimizə və sıravi istiqlal mücahidlərimizə qəni-rəhmət və məhəbbət, müstəqilliyimizi bərpa edən və qoruyub-saxlayanlara böyük sayğılar, bütün bunlara rəvac vermiş ulu Tanrıya şükürlər!.. Bu “giriş”dəki nüansı ... Ətraflı »

Böyük Azərbaycan azmanı

shah ism

Uşaqlığından “vəhy”i hakimiyyət, yeniyetməliyindən ali siyasət, gəncliyindən ulu sənət nəhəngi Şah İsmayıl Xətai Şah İsmayıl Şeyx Heydər oğlu Səfəvi… Səfəvilər dövlətinin banisi, ilk şahı… və “Yol daşını yol quşuna – Atma, qardaş, kərəm eylə” kimi “rəiyyət” ürəkli klassik Azərbaycan şairi… Və taxt-tacına qədər yalnız ağızlarda işlənən Azərbaycan türkcəsini dövlət dili kimi kağızlarda da işlədilməsinin fərmandarı!.. …Həmin dövlət dilinin milli tarix-taleyimizdə ... Ətraflı »

Qız məktəbində | Hüseyn Cavid

cavid

— Quzum, yavrum! Adın nədir? — Gülbahar. — Pəki, sənin anan, baban varmı? — Var. — Nasıl, zənginmidir baban? — Əvət, zəngin, bəyzadə… — Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma… — Var əfəndim, var… lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. — Çox ... Ətraflı »