22 Noyabr, 2017 - Çərşənbə

Qonağımız var

Həyatdan nə öyrəndim? – Can Dündar

can dundar

Sonsuz bir qaranlığın içindən doğuldum. İşığı gördüm, qorxdum. Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi, sonsuz qaranlığa yola saldım sevdiklərimi. Ağladım. Yaşamağı öyrəndim. Doğumun, həyatın bitməyə başladığı an olduğunu, aradakı hissənin, ölümdən oğurlanan vaxtlar olduğunu öyrəndim. Zamanı öyrəndim. Yarışdım onunla… Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim… İnsanı öyrəndim. Sonra insanların içərisində yaxşılar və pislər olduğunu… Sonra da hər insanın içərisində ... Ətraflı »

Şakir Eminbəyli: “Qarabağ”lı olmaq üçün Qarabağdan olmaq vacib deyil”

shakir1

Ümurusiya Dövlət Teleradio Verilişləri Şirkətinin (ÜDTVŞ) Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli “Qarabağ”ın Bakıda “Sent-Etyen”lə oyunu zamanı stadiona böyük bir bayraq gətirərək arenanda xoş görüntü yaratmışdı. Şakir bəy daha bir ilkə imza atıb. Belə ki, o, bu dəfə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Qarabağ”lılara sürpriz edib. Təmsilçimiz Milan “İnter”i ilə qarşılaşmaq üçün sentyabrın 29-da İtaliyaya yollananda futbolçuları yüksək motivasiya ilə yola ... Ətraflı »

Şakir Eminbəyli: “Zəhmətkeş insan uğursuz ola bilməz!”

Shakir_2

  Biz “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya dövlət teleyayım  şirkətinin Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli ilə görüşüb onun dolğun həyatı, peşəkar uğurları və yaradıcılıq planları haqqında daha çox öyrənməyə çalışdıq.  Müsahibə maraqlı alındı, çünki bizim qəhrəmanımız nadir rast gəlinən müsbət auralı, öz sahəsi üzrə “universal əsgərdir”.   – Sizə baxanda elə təəssürat yaranır ki, bəxtigətirən həyatsevər insansınız. Həyat enerjisini ... Ətraflı »

Sədaqət Yusifqızı

1303142252_img_2751

Tanıdığım alimlərdən biri danışarmış ki,”qardaşım məktəbi bitirəndə atam ona məsləhət gördü ki,get həkim ol! Özü də uşaq həkimi,çünki,insanlar özləri getmək istəməsələr də uşaqlarını mütləq həkimə aparırlar.” Bu sözdə bir həqiqət var.Doğrudan da bizim insanlar həkimə getməyi sevmirlər.Bunun müxtəlif səbəbləri var.Birincisi,insanların öz sağlamlıqlarına laqeyd münasibəti,digər səbəbi isə həkimlərə inamsızlığıdır. Bu günkü qonağımız Bakıdakı 6 saylı diş poliklinikasının ortodont həkimi Mətanət Əliyevadır. ... Ətraflı »

Sədaqət Yusifqızı

1307906584_kopiya-3-scan

Dahilərdən biri deyib ki, analar təpədən- dırnağacan sevgi ilə doludur.Övlad dünyaya gələn gündən bu sevgiyə bələnir.O böyüyür,yaşa dolur.Ana məhəbbəti isə tükənmək bilmir. Əslində yazını bu günün qəhrəmanı ilə başlamalıydım.Amma anası Aygün xanım telefonda sevincək—Biz müsabiqədən qələbə ilə qayıtmışıq dedi.Onun xoşbəxt səsini eşidəndən və onunla görüşəndən sonra özümdən asılı olmayaraq yazımı analarla başladım. Onlarla ilk tanışlığım Səməd Vurğunun ev muzeyində–Aygün xanımın ... Ətraflı »

Könül Nağıyeva

Qonağımız – Vasili Kalinov – Cənab səfir, ilk əvvəl sizi salamlayıram. Söhbətimizi isə bir xahişdən başlamaq istərdim. Gəlin, bir anlıq sizin Bolqarıstanın Azərbaycanda səlahiyyətli səfir olduğunuzu unudaq. Siz – bolqar, mən isə azərbaycanlıyam və biz bir-birimizə öz ölkələrimizi təqdim və təsvir etməliyik. İlk söz sizindir. – Bu suala qısa cavab vermək çətin olardı. Çoxları bilir ki, Bolqarıstan – Balkan yarımadasında ... Ətraflı »

Sədaqət Yusifqızı

1303985968_seqra1

Rəvayətə görə, Yaponiyanın çay dəstgahı ustası Rikyunun məşhur bir çiçəkli bağı varmış. Bir gün hökmdar bağa baxmaq istəyir.Bağa girəndə çiçəklərin hamısını dərilmiş görür.Qəzəblənmiş hökmdar çay dəstgahı otağına daxil olur və orada yeganə gül budağında ikebano görür. Rikyu öz bağındakı çiçəklərin hamısını qurban vermişdi ki,onların gözəlliyini birində,həm də ən yaxşısında nümayiş etdirsin. Suğra Bağırzadə də sənətə bu arzuyla gəlmişdi.O güllərin hamısının ... Ətraflı »