19 Noyabr, 2017 - Bazar

Bu maraqlıdır

Balqabaq çeşidli yeməklər hazırlamaq üçün kulinariyada istifadə olunan çox faydalı və dadlı tərəvəzdir. Üstəlik, ondan qədim zamanlardan xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur
Balqabaq çeşidli yeməklər hazırlamaq üçün kulinariyada istifadə olunan çox faydalı və dadlı tərəvəzdir. Üstəlik, ondan qədim zamanlardan xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur.
Xroniki prostatitin və adenomanın müalicəsi üçün səhər yeməyindən xeyli əvvəl, imkan varsa bütün gün ərzində balqabaq tumları yemək məsləhətdir. Külli miqdarda balqabaq tumunun müntəzəm qəbul edilməsi bəzən xəstələrə adenomadan əməliyyatsız qurtulmaq imkanı verir. Bu xəstəliyi müalicə etmək üçün gündə iki dəfə yeməkdən yarım saat əvvəl bir stəkan balqabaq şirəsi içmək tövsiyə olunur.
Prostatiti müalicə etmək üçün sınanmış resept: qovrulmamış, mağazadan alınmamış, qabıqlı balqabaq tumlarını ət maşınından çəkib, albalı boyda kürəciklər şəklinə salmağa kifayət edəcək qədər bal qatmaq, bir qədər qurutduqdan sonra soyuducuda saxlamaq lazımdır. Hər gün yeməkdən əvvəl 1 kürəciyi su ilə qəbul etmək lazımdır. Müalicə kursu bir ay – 1 ay 15 gündür. Bir qədər keçdikdən sonra müalicə kursunu təkrarlamaq olar.

Haqqında Əkinçi