19 Noyabr, 2017 - Bazar

Bu maraqlıdır!

1912-ci ildə çar Rusiyasının Osmanlı Türkiyəsinə qarşı Balkan yarımadası ətrafında müharibəyə başlaması türk-müsəlman dünyasında ciddi narahatlığa səbəb olmuşdu. Bakıdan, Gəncəbasardan, Qarabağdan, Şirvandan, Qubadan, bir sözlə, Azərbaycanın hər yerindən vətənpərvər insanlar Qafqaz könüllüləri tərkibində Türkiyənin düşmənlərinə qarşı savaşa yollanırr. Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla və digərləri ilə birlikdə İstanbula gedib, Balkan müharibəsində bir əlində silah, bir əlində qələm döyüşür.

Bu maraqlıdır!1913-cü ildə Balkan müharibəsindən geri dönən Əhməd Cavad Gəncədə Qafqazın Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək, türk və fars dilləri müəllimi ixtisası üzrə gimnaziyanı bitirir. O, həmin il Gəncədə 1 nömrəli qızlar məktəbində müəllim işləməyə başlayır

Əhməd Cavad 1914-cü ildə Gəncəyə gəlmiş doktor Xosrov paşa Sultanovla tanış olur. Ələkbər bəy Rəfibəyli və Nəsib bəy Yusifbəylinin zəmanəti ilə Əhməd Cavad Xeyriyyə Cəmiyyətinin katibi və cəmiyyətin sədri Xosrov bəyin müavini təyin edilir.

Ziyafət görmədim, yaslıdır ellər,

Çoxalmış məzarlar dərdini söylər.

Talanmış şanələr, yolunmuş tellər

Olduğunu duydum, imdadə gəldim.

Qarlarla boyanmış məzlumlar qanı,

Ölənlər çox, fəqət məzarı hanı?

Ayaqlar altında şövkəti, şanı

Qalanları görüb fəryada gəldim.

Bu maraqlıdır!1914-cü ildə I Dünya müharibəsi başlandı. Osmanlı bu savaşda iştirak etmək istəmirdi. Amma həmin dövrdə orduda yüksək vəzifələr tutan alman generalları cəbhədə Almaniyanın vəziyyətini yüngülləşdirmək məqsədi ilə Osmanlını təxribata çəkərək, onu Rusiya ilə mənasız müharibəyə cəlb edə bildilər. Nəticədə müharibə Osmanlının sərhədlərindən onun içərilərinə keçdi. Rusiya ilə müharibə zamanı Sarıqamışda baş verən hadisə və nəticədə minlərlə mehmetciyin dağlarda donaraq ölməsi rusların Qarsı, Ərzurumu və Batumini işğal etməsinə səbəb oldu. Üstəlik, həmin dövrdə ruslar və ingilislər tərəfindən silahlandırılan ermənilər işğal edilmiş ərazilərdə dinc əhalini vəhşicəsinə öldürməyə başladılar.
Bu maraqlıdır!Nəticədə minlərlə insan qətlə yetirildi. Qətllərdən qaçan çoxlu sayda insan isə aclıq və xəstəlikdən tələf olmağa başladı.

Baş verənləri ürəkağrısı ilə izləyən Əhməd Cavad qan qardaşlarımıza humanitar yardım göstərmək üçün xeyriyyəçilik fəaliyyətinə başladı. Onun səyləri nəticəsində qısa müddətdə erməni vəhşiliyinin və rus işğalının qurbanı olmuş on minlərlə insana ərzaq, paltar, dava-dərmanla yardım göstərildi. Vəziyyətlə daha yaxından tanış olmaq üçün Batumiyə gedən Əhməd Cavad orada gördüklərindən, qaçqın və məcburi köçkünlərin ağır vəziyyətindən dəhşətə gəlmiş və bunu ömrünün sonuna kimi unuda bilməmişdi. Batumiyə səfəri zamanı Əhməd Cavad Qızlar gimnaziyasında oxuyan Şükriyyə xanımla tanış olur. Amma atası qızını gözündən uzaqlara qoymaq istəmirdi. Ona görə də Əhməd Cavad Şükriyyə xanımı Gəncəyə qaçıraraq, onunla ailə həyatı qurur.

Buna paralel olaraq, Əhməd Cavad rus və erməni zülmünə məruz qalan Anadolu türklərinə yardım göstərməkdə davam edirdi. O, Bakıda qurulan “Azərbaycan xeyriyyə cəmiyyəti”inin xətti ilə Qarsa gedərək, oradakı aclıqdan əziyyət çəkən xalqa azərbaycanlıların topladıqları yardımları çatdırır.

Bu maraqlıdır! Qarsda gördüklərindən dəhşətə gələn Əhməd Cavad ürək ağrılarını yazdığı “Nə gördümsə” şeirində belə ifadə edir:

Armağanım yaslı nəğmə,

Bir quş oldum, çıxdım yola.

Getdim gördüm dost elində

Nə bir səs var, nə bir layla.

Bu maraqlıdır!Sordum qərib minarədən:

“Axşam olmuş, əzan hanı?

Bayquş qonmuş minbərlərə,

Deyən hanı, duyan hanı?”

Vicdan mənə əmr edər ki:

“Belə gündə bayram etmə”.

Quran mənə yol göstərir:

“Yoxsulları məyus etmə”.

Haqqında Əkinçi