19 Noyabr, 2017 - Bazar
Buğda cücərtisi(səməni) suyunun faydası

Buğda cücərtisi(səməni) suyunun faydası

 

 
 

İçində 100-dən artıq vitaminlər olan xüsusi yerlərdə yetişdirilmiş buğda cücərtisi əldə edilmiş ” Buğda cücərtisi suyu ” qanı yeniləməsi özəlliyi ilə diqqəti cəlb edir. Dadı çox da xoş olmadığı üçün bir qurtum içdikdən sonra və ağız dadını düzəltmək üçün arxasınca bir dilim portağal yemək yaxşı olardı. Bu müalicə üsulu haqqında 10-dan çox kitab buraxılmışdı. Xüsusi toxumları olan bu çəmən xüsusi olaraqda yetişdirilir. 1 həftə içində yetişdirilən çəmənin bəsləyici faydasından istifadə etmək üçün mütləq acı olsa da içmək lazımdır. Ancaq bunu hər hansı bir yeməyə qatıb içmək olmaz. Xeyrini itirər.
 

E, C, A, B, B12, B9, B8, B6,B3, B2 VƏ B1 kimi vitaminlərlə dolu olan ” Çəmən suyu ” içindəki minerallar da bir o qədər çoxdur. Kuprum, dəmir, maqneziyom, potasyum, manqan, iyot, kalsium, fosfor, selenyum, sulfum, bor, xrom, kobalta zəngindir. Çəmən suyu yüzdə 70-i xlorofilinlə doludur.

 

 

Faydaları haqqında:

 

  • Qanı təmizləyir və qan mübadiləsini düzəldir

    • Hemoglobini artırır

    • Diş çürümələrinin qarşısını alır

    • Ağızda 5 dəqiqə saxlanarsa diş ağrısını götürər

    • Yaraların tez sağalmasını təmin edir

    • Qaraciyəri təmizləyər

    • Şəkərə xeyri var

    • Saçların ağarmasının qarşısını alır

    • Bədəni bakteriyalardan təmizləyir

    • Dərini yeniləyir

    • Bədəndəki ağır metalları təmizləyir

    Sizlərə daim Allahdan şəfa diləyirəm.

Haqqında Əkinçi