25 Sentyabr, 2017 - Bazar ertəsi
Çox maraqlı…

Çox maraqlı…

   * Fillər yeganə heyvanlardır ki, ölümlərini əvvəlcədən duyurlar, hətta məxsusi fil qəbiristanlığına gəlib, canlarını orada tapşırırlar.

* May ağcaqanadının ömrü yalnız bir neçə saatdır. Şükür Allaha ki, bu belədir. Əgər hələ bir cüt ağcaqanadın yalnız may ayında verdikləri yumurtaların hamısından ağcaqanad çıxsaydı, dünyanı 14 metr qalınlığında bir ağcaqanad təbəqəsi örtərdi.

* Yazıçı Xristian Andersen bir sözü belə düzgün yaza bilmirmiş.

* Dünyanın ən bahalı kartofu La Bonnote adlanır. Fransada yetişdirilən bu növ kartofun 1 kiloqramı təxminən 500 Avroya satılır. Amma nə olsun. Gədəbəy kartofu hara, o hara?

* İyirmi uşaqdan yalnız biri həkim dediyi tarixdə doğulur. Nə yaxşı ki, heç olmasa bu xüsusiyyət təkcə Azərbaycan həkimlərinə aid deyil, bütün dünyada belədir.

* Hər il tankerlərlə daşınan neftin mində biri dənizə sızır. Yəni ildə 2 milyon 200 min ton neft. Okeanlara çıxış olmasaydı, biz insanlar indiyə kimi neçə-neçə neft dənizi yaratmışdıq. İnsan nəyə qadir deyil ki?

Hazırladı: Könül Nəcəfova

Haqqında Əkinçi