19 Noyabr, 2017 - Bazar
Çox maraqlı…

Çox maraqlı…

robi2

* Yəqin ki, Daniel Defonun “Robinzon Kruzo” əsərini çoxu oxuyub. Ən azından isə filmini izləyib. Lakin çoxu da bilmir ki, bu əsərin əslində “Yorkdan olan balıqçı Robinzon Kruzonun özünün həyatı, maraqlı və təəccüblü sərgüzəştləri barədə yazdıqları” kimi “qısa” bir adı var.
* Albert Eynşteyn 9 yaşına qədər danışa bilməyib, hətta valideynləri onun lal olduğunu düşünüblər.
* «Titanik» gəmisinin bir tüstü borusunun içinə lokomotiv yerləşərmiş.
* İlbizlər 3 ilə qədər müddət ərzində yata bilirlər.
* İngilis alimi Morrison təyin etmişdir ki, hər 100 ildə günün müddəti 1,5 millisaniyə artır.
* Bir il ərzində dənizlərdən ovlanan balıqların ağırlığının 3 misli qədər tullantı dənizə atılmaqdadır.
* Kenqurular geriyə gedə bilmirlər.
* Köpək balıqları heç vaxt xəstələnməyən yeganə heyvanlardır. Çünki onlarda xəstəliklərə qarşı güclü immunitet var.
* Qədim Romada cərrahiyyə əməliyyatı zamanı xəstə vəfat etsəydi, cərrahın əllərini kəsərdilər.

Haqqında Əkinçi