19 Noyabr, 2017 - Bazar
Dar ayaqqabı nevroz yaradırmış

Dar ayaqqabı nevroz yaradırmış

 

ayaq1Gözəllik qurban tələb etsə də bu qurban sağlamlığınız olmamalıdır.  Rusiyalı mütəxəssislər deyir ki, ayağı sıxan ayaqqabılar geymək Nevroz xəstəliyinin yaranmasına səbəb olur. Ayaq sümüklərinin deformasiyası bir yana qalsın, ayağı davamlı sıxan ayaqqabı həm də ayaqdakı sinirlərin zədələnməsinə və beyinə yanlış informasiya göndərilməsinə səbəb olur

Bundan başqa insan ayağında hiss etdiyi narahatlıqdan dolayı daim sıxılmış və gərgin vəziyyətdə olur. Ayaqqabılardan qurtulmaq istəsə də onları ayağında gəzdirmək məcburiyyəti psixi olaraq əsəbiliyə gətirib çıxarır. Ürək döyüntüləri göndərilən siqnallarla əlaqədar ritmini tez-tez dəyişməli olur. Nəticədə taxikardiya yaranır.

Üstəlik ayaqda damarların sıxılmış vəziyyətdə qalması osteartritə də gətirib çıxara bilir. Həkimlər bu səbəblərə görə qətiyyən ayağı sıxan ayaqqabılar geyməməyi məsləhət görür.

Haqqında Əkinçi