19 Noyabr, 2017 - Bazar
Dünyanın ən faydalı bitkiləri

Dünyanın ən faydalı bitkiləri

Maraqlı və məsləhətli

Qədim dövrlərdən bəri insanlar özlərini müalicə etmək üçün hər zaman türkəçarə üsullardan və bitkilərdən istifadə ediblər. Hal-hazırkı durumda isə insanların son dövrdə bitkilərə daha çox meyl etmələrinin səbəbi isə sağlamlıq sığortalarının və dərman qiymətlərin artmasıdır. Eyni zamanda bəzi sağlamlıq problemlərində tibbin belə çarə tapabilmədiyi problemlərin birtkilər çox gözəl öhtəsindən gəlir. Bizdə bu tələbdən sizə dünyada insanlar üçün faydalı olan ən yaxşı 12 bitkinin siyahısını təqdim edirik:

1 – Aloe Vera: 

Xalq arasında ən çox bilinən və istifadə edilən bitkilər arasında aloe vera birinci sıradadır. Ümumiyyətlə günəş yanıqları da daxil olmaqla, istənilən hər hansı yanıq qəzalarında müalicəvi olaraq istifadə edilməkdədir. Aloe vera bitkisinin yetişməsi üçün lazım olan tək şey sudur. Aloe vera bitkisinin ağrını azaltma və sürətlə sağaltma xüsusiyyəti vardır.

2 – Zoğal suyu:

Cəmiyyət arasında zoğal suyunun ən çox bilinən xüsusiyyəti mədə bağırsaq sistemi problemlərini həll etməkdir. Zoğal suyu c vitamini baxımından olduqca zəngin bir qidadır. Zoğal suyu bakterial infeksiyaları müalicə edərək xəstəliyin yaxşılaşmasını təmin edir. Onun tərkibində olan turşular sayəsində şiş və böyrək daşının meydana gəlməsinin qarşısı alınır

3 – Ekinezya:

Ekinezya bitkisi yaraların sağalmasında istifadə edilən və heç bir yan təsiri olmayan bir bitkidir. Xüsusilə ekinezya bitkisi qış aylarında qripə qarşı güclü təsir etdiyi üçün daha çox istifadə edilməkdədir. Ekinezya bitkisi bundan başqa immun sistemini gücləndirir və tez yaxşılaşmanı təmin edir. Öskürək, boğaz ağrısı, və sinədə yaranan bəzi problemlər ekinezya bitkisi sayəsində asanca aradan qalxır

4 – Qara ilan kökü: 

Qara ilan kökü bitkisi xüsusilə menopauza dövründə olan qadınların istifadə etməsi üçün lazım olan bir bitkidir. Qara ilan kökü bitkisi sinirlərin boşalmasına köməkçi olar və onlara sakitlik verir. Ayrıca qara ilan kökü bitkisi qadınların adət dövründə yaranan ağrı və hala qarşı da müsbət təsir göstərir.

5- Çobanyastığı: 

Çobanyastığı bitkisi ümumi olaraq həm də çay kimi istehlak edilir. Çobanyastığı bitkisi bağırsaqlarda olan bir sıra problemlərin müalicəsində ən çox istifadə edilən bitkilər arasında öndə gedənlərdən biridir.Yuxusuzluqla bağlı hər hansı problemlərdən əziyyət çəkən insanlar da rahatlıqla çobanyastığı bitkindən istifadə edə bilərlər.

6 – Hayit ağacı:

Daimi olaraq istifadə oluna bilər və olduqca faydalı bir bitkidir. Hayit ağacı bitkiləri qadınların menstural dövrünü nizamlanmasına kömək olur və eyni zamanda hormonların normal ifrazına səbəb olur. Ancaq bu bitki hamiləlik dövründə qətiliklə istifadə edilməməlidir

7 – Qəhvə: 

Qəhvənin tərkibində olan kafeinə görə qidalanma mütəxəssisləri bunu elə də məsləhət görmürlər. Lakin edilən araşdırmalara görə hər gün bir fincan qəhvə mütləq içilməlidir. Bir fincan qəhvənin soyuq qəbulu xüsusilə astma xəstəliyinə qarşı da kömək olur. Bundan başqa qəhvə fiziki dayanıqlılığı da artırır.

8 – Çuha çiçəyi yağı:

Çuha çiçəyi yağı ümumi olaraq orqanizmdə revmatoidli artridin təsirlərini azaldır. Eyni zamanda qanda xolesterolun düşməsində də böyük təsir göstərir. Xüsusilə bu bitki tənəffüs yolu və həzm sistemindən şikayəti olanların çox seçim etdiyi bir bitkidir.

9 – Gümüş düymə:

Gümüş düymə bitkisi dözülməz ağrılara və migrenə qarşı çox yaxşı təsir göstərir. Gümüş düymə bitkisi yüksək hərarəti aşağı salır və eyni zamanda ağrını azaldır. Bundan başqa o bədəndə olan iltihabı azaldır və heç bir əlavə təsir meydana gətirmir

10 – Kətan toxumu:

Kətan toxumu lif, zülal və maqnezium, sink kimi bir çox minerallarla zəngindir.

11 – Sarımsaq: 

Sarımsaq bitkisinin qoxusuna görə bir az insanlar ondan uzaq dursalar da, amma fayda baxımından o çox xeyirli bir bitkidir. Bu bitki bədənin müqavimətini artırı və soyuq dəyməyə qarşı da olduqca yaxşı kömək edir. O eyni zamanda immun sistemi gücləndirir. Sarımsağın ən böyük xüsusiyyəti xərçəngə qarşı da istifadə olunmasıdir.

– See more at: http://joy.az/interesting/91482-dunyanin-en-faydali-bitkileri.html#sthash.x7kzhpcc.dpuf

Haqqında Əkinçi