22 Sentyabr, 2017 - Cümə
M. Ə. Sabir: “Adəmi Adəm eyləyən paradır”

M. Ə. Sabir: “Adəmi Adəm eyləyən paradır”

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır,

Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,

Baş-ayaq eyb içində olsan da
Tək bu aləmdə dövlətin olsun

 

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmasın fəhmin, əqlin, idrakın,
Var nə qəm, ta ki, vardır əmlakın

Atəşi-xanə suzi-millət ikən
Hər kəsin səcdəgahıdır xakın

 

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Olmayır, olmasın da insafın,
Dut qanın şişə içrə əsnafın,

Та ki, var əldə beş puçuq quruşun
Mötəbərsən gözündə əşrafın

Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.

Haqqında Əkinçi