25 Sentyabr, 2017 - Bazar ertəsi

Ev pendiri. Özünüz hazırlayın və rahatlıqla yeyin!

pendirEv pendiri üçün bizə bunlar lazımdır

– 5 litr tam yağlı və ya yarım yağlı süd (üstünlük tam yağlı)
– 1/ 2 kq süzmə və ya normal qatıq
– 2 yemək qaşığı duz
– Pendiri qoyub suyunu süzmək üçün kifayət böyüklükdə bez torba

HAZIRLANMASI
– Südü qaynayana qədər istilədin.
– Qaynamağa başlayınca , qatığı içinə əlavə edin.
– Qatıq, südün içində əriyənəcən qarışdırın.
– Bu əsnada istilətməyə davam edin.
– Bu əməliyyat təxminən 5-7 dəqiqə davam etməkdədir.
– Laxtalanma başladığında duz əlavə edin.
– Qarışdırmağa davam edərkən pendir yavaş yavaş topaqlaşır .
– 5 dəqiqə sonra hamısının pendirə çevrildiyini, pendir ilə suyun ayrıldığını görəcəksiniz.
– Su yüngül yaşımtıl bir rəng aldıqda qazanı ocaqdan alın.
– Suyu süzüb pendir topaqlarını torbaya doldurun.
– Torbanın ağzını möhkəmcə bağlayıb üzərinə də bir ağırlıq qoyub gözləyin.
– Ən az 12 , ən yaxşısı da 24 saat ağırlıq altında buraxdıqdan sonra pendiri torbadan çıxarıb istəyə görə dilimləyin.

Haqqında Əkinçi