19 Noyabr, 2017 - Bazar
Genrix Büll: “Təqlidçi”

Genrix Büll: “Təqlidçi”

Sənətimi xə­bər alan­da xə­ca­lət­dən qı­za­rı­ram, di­lim to­puq vu­rur. Öz­gə vaxt­lar­da­sa mən özü­nə ar­xa­yın adam­lar­da­nam. Pe­şə­lə­ri­ni so­ru­şan za­man “mən mü­ha­si­bəm, mən isə -bən­na” de­yə ca­vab ve­rə bi­lən adam­la­ra pa­xıl­lı­ğım tu­tur. Dəl­lək və ya­zı­çı­la­ra da qib­tə edi­rəm. On­la­rın da pe­şə­lə­ri ad­la­rın­dan mə­lum­dur və əla­və heç bir iza­ha­ta eh­ti­yac qal­mır.
Mə­nim isə işi­mi xə­bər alan­da “Gü­lüş yam­sı­la­ya­nam” ca­va­bım tə­ləb edir ki, bu­nun ar­dın­ca baş­qa bir sua­la da ca­vab ve­rim: “Hə­yat­da do­la­nı­şı­ğı­nız bun­dan­mı çı­xır?”
Mə­nim­sə çö­rə­yim hə­qi­qə­tən elə bun­dan çı­xır, özü də heç də pis do­lan­mı­ram.
Mən təc­rü­bə­li, təh­sil gör­müş gü­lüş təq­lid­çi­si­yəm. Bu pe­şə­yə mə­nim ki­mi ka­mil yi­yə­lə­nən­lər çə­tin ta­pı­lır. Heç ki­min qəl­bi bu sə­nə­tin in­cə­li­yi­ni mə­nim ki­mi du­ya bil­məz. Çox vaxt tən­gə­gə­ti­ri­ci su­al-ca­vab­dan xi­las ol­maq üçün mən özü­mü akt­yor ki­mi də qə­lə­mə ve­ri­rəm. An­caq… si­fə­ti­min qı­rış­la­rı və sə­si­min ahən­gi bu ki­çik ya­la­nı­mın üs­tü­nü tez açır. Mən isə hə­qi­qə­ti se­vi­rəm, hə­qi­qət isə be­lə­dir ki, mən gü­lüş yam­sı­la­ya­nam, nə məz­hə­kə­çi, nə də ko­mik, məhz gü­lüş təq­lid­çi­si!
Mən adam­la­rı gül­dür­mü­rəm, yal­nız on­la­rın gü­lüş­lə­ri­ni təq­lid edi­rəm. Ro­ma im­pe­ra­to­ru və ya əl­bəəl tə­sir­lə­nən abi­tu­ri­yent­lər ki­mi qəh-qə­hə çə­ki­rəm. Lap ötən əsr­lə­rin gü­lüş­lə­ri­ni təq­lid et­di­yim ki­mi, XVIII əs­rin gü­lüş­lə­ri də mə­nə ta­nış­dır və la­zım gə­lər­sə, ilk yü­zil­lik­dən in­di­yə­cən bü­tün cə­miy­yət­lə­rin gü­lüş­lə­ri­ni təq­lid edə, yam­sı­la­ya bi­lə­rəm. Çək­mə­çi ayaq­qa­bı tik­mə­yi ne­cə öy­rə­nib­sə, mən də bu pe­şə­yə be­lə­cə yi­yə­lən­mi­şəm.
Mə­nim si­nəm­də qır­mı­zı, sa­rı Ame­ri­ka qəh-qə­hə­si, qa­ra Af­ri­ka gü­lüş­lə­ri ya­tır və zəh­mət haq­qı­nın miq­da­rın­dan ası­lı ola­raq re­jis­so­run tə­ləb et­di­yi ki­mi səs­lə­nir.
Ə­və­zo­lun­ma­zam. Val ya­zı­la­rın­da, or­kestrlə­rin çı­xış­la­rın­da mə­nim ifam­dan is­ti­fa­də olu­nur. Ra­dio­nun mu­si­qi­li ve­ri­liş­lə­ri­nin qu­ru­luş­çu re­jis­so­ru mə­nim­lə hör­mət­lə, eh­ti­yat­la dav­ra­nır.
Mən kə­dər­li, təm­kin­li va­qon bə­ləd­çi­si­nin və ər­zaq ma­ğa­za­sı sa­tı­cı­sı­nın əsə­bi gü­lüş­lə­ri­ni təq­lid edi­rəm. Sübh er­kə­nin, gü­nor­ta­nın do­lu­su­nun, ax­şam tə­rə­fi qaş qa­ra­lan çağ­la­rın, ge­cə­nin qə­fil bir vax­tı qo­pan qəh-qə­hə­lə­ri yam­sı­la­yı­ram. Bir söz­lə mə­qa­mı ça­tan­da səs­lən­mə­si hök­mən va­cib olan gü­lüş­lə­ri ifa edi­rəm. Hər han­sı bir si­fa­riş mə­nim üçün su iç­mək ki­mi asan bir iş­dir.
Mə­nə elə gə­lir ki, bu pe­şə­nin gər­gin­lik tə­ləb et­di­yi­ni de­səm, sö­zü­mə ina­nar­lar. Bax, mə­nim də pe­şə­kar­lı­ğım elə bun­da­dır: mən yo­lu­xu­cu, si­ra­yə­te­di­ci gü­lü­şə ma­li­kəm və is­te­dad­sız irad­lar­dan, töh­mət­dən qor­xan ko­mik­lə­rə çox la­zı­mam. Və hər ax­şam teatr­la­rın bi­rin­də otu­rub ta­ma­şa­nın mü­vəf­fə­qiy­yət­siz­li­yə uğ­ra­ya bi­lə­cək ye­rin­də yo­lu­xu­cu bir qəh-qə­hə çə­ki­rəm. Bu, ta­ma­şa­çı­lar­dan öt­rü­dür! Mən çox də­qiq, la­zı­mi an­da gül­mə­li­yəm, mə­nim qəh-qə­həm vax­tın­dan əv­vəl və ya son­ra səs­lə­nə bil­məz. Bu­dur, mən gü­lü­rəm, ta­ma­şa­çı­lar da mə­nə qo­şu­lur və bu­nun­la da ta­ma­şa xi­las olub po­zul­mur.
Mən qar­de­ro­ba tə­rəf ge­di­rəm, pla­şı­mı gö­tü­rür və nə­ha­yət, özü­mü xoş­bəxt, sər­bəst hiss edi­rəm. Ev­də isə mə­ni bir qa­laq te­leq­ram göz­lə­yir. “Xid­mə­ti­ni­zə möh­kəm eh­ti­ya­cı­mız var. Çər­şən­bə ax­şa­mı yo­lu­nu­zu göz­lə­yi­rik”.
Bir ne­çə saat­dan son­ra mən sü­rət qa­ta­rı­nın bir kün­cün­də sil­kə­lə­nə-sil­kə­lə­nə öz ta­le­yi­mi dü­şü­nür, kə­dər­lə­ni­rəm.
Sa­ğı­cı inək­lə­ri yad­dan çı­xa­rıb unu­dan­da din­cəl­miş olur, bən­na isə əhən­gi, pi­nə­çi­lər də mə­lum şey­dir ki, hə­mi­şə yan­la­rın­da öz­lə­ri ilə çək­mə gəz­dir­mir­lər.
Qən­na­di sa­tı­cı­la­rı du­za qo­yul­muş xi­ya­rı se­vir­lər, qəs­sab­lar şir­niy­yat məh­sul­la­rı­nı, çö­rək­bi­şi­rən­lər isə kol­ba­sa­nı da­ha iş­tah­la ye­yir­lər. To­reo­dor­lar gö­yər­çin­lə­ri se­vir­lər, boks­çu­la­rın­sa bu­run­la­rın­dan qan axan uşaq gö­rən­də rəng­lə­ri qa­çır – bü­tün bun­la­rı mən çox yax­şı bi­li­rəm, çün­ki özüm də hə­mi­şə mə­zu­niy­yət döv­rün­də və iş­dən son­ra pe­şə­mi unut­ma­ğa ça­lı­şı­ram.
Mən çox cid­di ada­mam. Çox­la­rı da bu­nu bil­mir və hət­ta mə­ni bəd­bin ad­lan­dı­rır. Bir­gə hə­ya­tı­mı­zın ilk gün­lə­rin­də ar­va­dım elə hey mən­dən xa­hiş edir­di ki, heç ol­maz­sa bir yol gü­lüm…
An­caq il­lər öt­dük­cə ba­şa düş­dü ki, onun bu ar­zu­su mə­nim im­ka­nım da­xi­lin­də de­yil. Ürək­dən gü­lüb üzü­mün əzə­lə­lə­ri­ni bo­şal­da­raq kök­sü­mün yor­ğun­lu­ğu­nu çı­xa­ra bil­səm, özü­mü xoş­bəxt he­sab edə­rəm.
Sə­nə­ti­mi xa­tır­la­dan hər han­sı gü­lüş, qəh-qə­hə isə mə­ni yal­nız əsə­bi­ləş­di­rir.
Ar­va­dım­la sa­kit, dinc bir hə­yat sü­rü­rük, çün­ki mə­nim ki­mi o da gül­mə­yi ya­dır­ğa­yıb. Bə­zən ar­va­dı­mı ürək­dən gü­lən gö­rən­də özüm də ona qo­şu­lu­ram. Bir-bi­ri­miz­lə as­ta­dan, aram­la da­nı­şı­rıq. Hər cür səs-küy mə­nə yad­dır. Ta­nı­ma­yan­lar mə­ni ada­ma­yo­vuş­maz, qa­ra­qa­baq sa­nır­lar. Bəl­kə də elə­dir – axı, mən gül­mək üçün tez-tez ağ­zı­mı ara­la­ma­lı olu­ram…
Mən hə­yat­da təm­kin­li, ağır ye­riş­lə ye­ri­yi­rəm, çox na­dir hal­lar­da si­fə­tim­də ötə­ri tə­bəs­süm ya­ra­nır və hər­dən fi­kir­lə­şi­rəm ki, mən əsl, ürək­dən gə­lən bir hiss­lə qəh-qə­hə çək­mə­mi­şəm­mi? De­yə­sən, yox! Mə­nim ba­cı və qar­daş­la­rım da sü­but edə bi­lər­lər ki, mən elə uşaq çağ­la­rım­dan çox cid­di bir oğ­lan ol­mu­şam.
Hər cür gü­lüş mə­nə ta­nış­dır, fə­qət öz gü­lü­şüm isə yox­dur.

Çevirəni:
Aydın TAĞIYEV

Haqqında Əkinçi