25 Sentyabr, 2017 - Bazar ertəsi
Haqq aşiqləri

Haqq aşiqləri

Yunus Əmrədə haqq sevgisi ustadına olan sevgi ilə qovuşaraq ona əbədi bir səadət bəxş etmişdi. Ona görə də Yunus Əmrə son nəfəsində: -Məni xocamın türbəsinin yolu üzərində dəfn edin,-demişdi. Amma sağlığında adı ətrafında o qədər əfsanələr, rəvayətlər əmələ gəlmişdi ki, bu gün də onun Anadolunun bir neçə yerində, o cümlədən Azərbaycanda ( Qax rayonunun Onçallı kəndində) qəbirləri mövcuddur. Amma bunlardan hansının haqq aşiqinin məzarı olduğu bu gün də mübahisəlidir. Çünki o dövrdə Yunus Əmrə adında azı iki-üç nəfər tanınmış haqq aşiqi olub. Onların yazdıqları şeirlərin bu iki-üç nəfərdən hansına aid olduğunu ayırmaq asan deyil. Bununla belə, əksər tədqiqatçılar haqq aşiqinin Əskişəhərin Mihaliççik qəzasına bağlı Yunus Əmrə kəndində vəfat etdiyi və orada dəfn edildiyini bildirirlər və bu, daha ağlabatan görünür.

Yunusa görə möminlər, haqqa sığınanlar, haqq yolunu tutanlar ölməzlər. Onlar bu fani həyatdan əbədi bir həyata köç edərlər. Ona görə də Yunus Əmrə şeirlərinin birində belə deyir:

Tən fanidir can ölməz,

gedənlər geri gəlməz

Ölür isə tən ölür,

canlar öləsi deyil!..

Allah eşqi ilə ömrünü başa vuranların da nəsibi bir əbədi məkana alnıaçıq, üzüağ getməkdir. Ona görə də mömin özü ilə bu dünyadan o əbədi həyata əməllərini aparacaq və bu dünyada əkdiyi yaxşılıq toxumunun meyvələrini o dünyada dadacaqdır. Yəni hər bir insan bu dünyadakı xeyir və şər əməllərinin əvəzini layiq olduğu kimi Uca Yaradandan alacaqdır.

Burada istər-istəməz böyük alim İmam Qəzali həzrətlərinin o dünyaya köçməsi ilə bağlı ibrətverici bir hadisə yada düşür. Rəvayətə görə, İmam Qəzali xəstə idi və yataqda ağır halda yatırdı. Həmin vaxt onu yoluxmaq üçün bir neçə nəfər mələklər gəlir. Az sonra onlar İmam Qəzalini hava alması üçün evindən çıxarıb, olduqca gözəl bir bağçaya aparıblar. İmam Qəzali gördüyü bu gözəllik qarşısında çaşıb qalmış və “Mən necə oldu ki, evimin lap yaxınlığındakı bu cənnət məkanı görmədim”,-deyib.

Bu vaxt Qəzalinin evindən ağlamaq səsləri gəlib. İmamı sevənlər ruhu tənindən çıxan bu böyük insanın ölümünə ağlamağa başlamışlar. Sonra da onu layiq olduğu dərəcədə son mənzilə yola salmışlar. Qəzalini bağçaya gətirənlər getmək istəyəndə o da ayağa qalxmaq və getmək istəmişdi. Lakin onu bu gözəl bağçaya gətirənlər:

-Ey İmam, sən artıq vəfat etmisən. Bundan sonra əbədi məskənin bu cənnətməkan yerdir, qiyamətə kimi burada yatacaqsan,-deyə ona cavab veriblər. Yəni imam Qəzali artıq sağlığında ikən cənnəti qazanmış və tənindən əvvəl ruhunu cənnət məkana gətirmişdilər. Onu nəşindən əvvəl bu cənnətməkana gətirən saf əməlləri idi.

Yunus Əmrə haqdan gələn bu həqiqəti çox yaxşı bilir və haqqa qovuşmaq üçün bu fani dünyada hər şeyindən keçmişdi.

Əslində Yunus Əmrə ilə Tapdıq Əmrə arasında olan münasibətlər Mövlana ilə Şəms arasında olan ruhani, haqqa yönələn mənəvi yaxınlıq, bağlılıq idi. O da Şəms kimi sağlığında bir uca məqama yüksəlmişdi. Bunu dərindən anlayan Tapdıq Əmrə həzrətləri şagirdinə:- Sən elə məqama yüksəldin ki, o məqama çox az adamlar ucala, aradığı haqqa qovuşa bilir. Sən cənnəti sağlığında qazandın.

Yunus Əmrədə haqq sevgisi ustadına olan sevgi ilə qovuşaraq ona əbədi bir səadət bəxş etmişdi.

Ona görə də Yunus Əmrə son nəfəsində:-Məni xocamın türbəsinin yolu üzərində dəfn edin,-demişdi.

Amma sağlığında adı ətrafında o qədər əfsanələr, rəvayətlər əmələ gəlmişdi ki, bu gün də onun Anadolunun bir neçə yerində, o cümlədən Azərbaycanda ( Qax rayonunun Onçallı kəndində) qəbirləri mövcuddur. Amma bunlardan hansının haqq aşiqinin məzarı olduğu bu gün də mübahisəlidir. Çünki o dövrdə Yunus Əmrə adında azı iki-üç nəfər tanınmış haqq aşiqi olub. Onların yazdıqları şeirlərin bu iki-üç nəfərdən hansına aid olduğunu ayırmaq asan deyil. Bununla belə, əksər tədqiqatçılar haqq aşiqinin Əskişəhərin Mihaliççik qəzasına bağlı Yunus Əmrə kəndində vəfat etdiyi və orada dəfn edildiyini bildirirlər və bu, daha ağlabatan görünür.

Yunus Əmrənin vəfatından illər sonra, 1948-ci ildə onun qəbrinin yerinin dəyişdirilməsi məsələsi gündəmə gəldi. Belə ki, Ankara-Əskişəhər dəmir yolu genişləndirilərkən Yunus Əmrə həzrətlərinin türbəsinin yerini dəyişdirmək lazım gəldi. Ancaq Haqq aşiqinin qəbri yaxınlığında yerə döşənən dəmir yolu relsləri sıradan tez-tez çıxmağa başladı. Ona görə də dini mərasimlə Yunus Əmrənin türbəsini açdılar və onu əvvəlcədən inşa edilən başqa türbəyə köçürdülər. Şahidlərin sözlərinə görə, Yunus Əmrənin bədəni təzəcə vəfat etmiş insanlarınkı kimi qalmış və bir əzası belə çürüməmişdi. Bu, Yunus Əmrənin nə qədər böyük bir mərtəbəyə yüksəldiyini göstərir.

Çünki Yunus özü də dediyi kimi:

Yunus öldü deyə səla verirlər

Ölən heyvan imiş, aşiqlər ölməz!

Yunus da ölməmişdi dünyasını dəyişmiş və son mənzildə təni sağlığında olduğu kimi qalmışdı. Sanki o yuxuya gedib və tərpətsən bu dəqiqə silkələnib ayağa qalxacaq.

Seyh İsmail Hakkı həzrətləri Yunus haqqında: – Onun kimisi bu dünyaya gəlməyib. O, Anadoluda yaşayan türklərin şirin ləhcəsində yazdıqları ilə sevildi və heç kimsə onun ucaldığı mərtəbəyə qalxa bilmədi.

Yunus Əmrə bu gün də milyonların qəlbində yaşamaqda davam edir. Eyni zamanda haqq aşiqi əsrlərin arxasından onu sevənlərə səslənir:

Biz dünyadan gedər olduq:

qalanlara salam olsun!

Bizim için xeyir-dua

qalanlara salam olsun!

Haqqında Əkinçi