22 Sentyabr, 2017 - Cümə

Haqqımızda

«Əkinçi Media Qrup» MMC televiziya və radio proqramlarının, sənədli filmlərin, reklam məhsullarının istehsalı, eləcə də bu video məhsulların yerli və xarici telekanallarda yerləşdirilməsi ilə məşğul olan media şirkətidir. 1999–cu ildən 2009-cu ilə qədər “Əkinçi” müəssisəsi kimi, 2009-cu ildən isə hüquqi statusunu dəyişərək «Əkinçi Media Qrup» MMC adı ilə fəaliyyət gцstərir. “Əkinçi” bu günə qədər bir çox yerli və xarici şirkətlərin sifarişini yerinə yetirmişdi.
«Əkinçi» şirkətinin struktur bölmələri bunlardır:

«Əkinçi» jurnalı: aylıq elmi-publisistik jurnal.

«Studio Əkinçi»: yerli televiziya və radio kanallarının sifarişi ilə televiziya və radio proqramlarının, sənədli filmlərin və digər audio video məhsulların istehsalı ilə məşğuldur.

«Əkinçi advertising» – reklam çarxlarının konsepsiyasının hazırlanması və çarxların istehsalı, eləcə də reklam kampaniyasının aparılması ilə məşğuldur.

«Əkinçi agency» – xarici telekanalların sifarişi ilə reportajların hazırlanması ilə məşğuldur.

«Əkinçi» media qrup texniki cəhətdən «Betacam SP» və «DVCam» çəkiliş avadanlıqları, eləcə də rəqəmsal montaj avadanlığı ilə təhciz olunmuşdur.

Sifarişçilərimiz müxtəlif zamanlarda aşağıdakı qurumlar olmuşdur:
• Azərbaycan Respublikası Prezident Aparatı
• Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
• Azərbaycan Respublikası Gömrük Komitəsi
• Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
• Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası
• SOCAR – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
• AZAL
• Azərbaycan Televiziyası və Radio verilişləri Qaplı Səhmdar Cəmiyyəti – AzTV
• «Nurgün» Holdinq
• ”AuroMed” Dərman preparatları şirkəti

Əməkdaşlıq etdiyimiz xarici televiziya və radio şirkətləri:
– ”Россия” Rusiya Dövlət Televiziya və Radio Kompaniyası
– Fox News TV (ABŞ)
– Reuters (Boyük Britaniya)
– NTV (Türkiyə)
– RTL (Almaniya)
– Media Consulta
«Əkinçi Media Qrup» MMC.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir prospekti, 1.
Telefon: (+99412) 436 97 63/64/65
Faks: (+99412) 436 97 63