18 Noyabr, 2017 - Şənbə

HARDADIR?

1303242719_deniz2aÖyrənin, ey durnalar, təbrizli yarım hardadır,
Ellərin istəklisi, gülüzlü yarım hardadır?
Xeyli vardır həsrətilə qövr edir qəlbimdə qəm,
Gözləri yolda, əli nərgizli yarım hardadır?
Ayrılıqdan od tutub hər gün çəkir könlüm haray,
Eşqimin ilk, son sözü xoş sözlü yarım hardadır?
Üz-gözündən min kərə öpsəm də azdır, kim desə –
Ay təbəssümlü, qərənfil gözlü yarım hardadır?
Şad xəbərlər gözləyir sizdən Süleyman, durnalar,
Söyləyin, bir göyləri ulduzlu yarım hardadır?

Haqqında Əkinçi