19 Noyabr, 2017 - Bazar
Kənd təsərrüfatı elmləri namizədi Z.A. İbrahimov

Kənd təsərrüfatı elmləri namizədi Z.A. İbrahimov

Qoz üzərində müxtəlif calaq üsullarından geniş tət¬biq olunanı yayda aparılan göz calağıdır [1]. Qozun bəzi xüsu¬siy¬yətləri adi “T” şəkilli göz calağının (peyvəndin) aparıl¬¬masına imkan vermir. Bunlardan qabığın qalınlığını, tumu¬cuğun iriliyini, tu¬mur¬cuq altında güclü inkişaf etmiş ötürücü toxumaların olmasını, şirəsinin işığın təsirin¬dən oksidləşərək kəsimlərdə toxumaları qaraltmasını göstərmək olar. Bu amil¬lər nəzərə alınaraq qozun göz calağı xüsusi texno¬logiya üzrə aparılır [2,3].
Azərbaycanda calaqaltı kimi əsasən cəvizin (yabanı) 2- illik toxma¬car¬¬ları isti¬fadə olunur. Lakin calaqaltı kimi qoz cinsinin digər növləri (qara qoz – J.nigra) və hib¬rid formaları da (J. regia x J. nigra, J. nigra x J. hindsy) başqa öl¬kə¬lər¬də geniş isti¬fadə olunur. Azərbaycanda potensial calaqaltı kimi qoz ai-lə¬sin¬dən olan ya¬lanqoz (Pterokarya pterokarpa) çıxış edir. Calaqaltının düzgün se¬çil¬mə¬si bir neçə məqsədə xid¬mət göstərir. Becərilən ağac daha dözümlü, qısa boylu olur. Lakin, bunun da öz çatış-mayan tərəfləri vardır – calqaltı və calaqüstü tam uy-ğun¬¬laşmır, az ömürlü olur. Məsələn, ABŞ-da adi qoz torpaqda olan ne¬ma¬tod¬la¬ra dözümlü ol¬ma¬dığı halda, yerli qara qoz və hibrid (J. regia x J. nigra) davam-lıdır. Fransada calaqaltı kimi qara qoz geniş istifadə olunur, lakin adi qozla müqayisədə ömrü iki dəfə az olur [4].
Calaq materialı kimi çoxaldılması nəzərdə tutulan sort və ya formanin cari ilin zoğ¬larında əmələ gəlmiş tumur¬cuq¬¬lardan (“göz”) istifadə olunur. Bu məqsədlə bərkimiş, yax¬şı inkişaf etmiş, düz və hamar gövdəli, buğumarası həd¬din¬dən artıq qısa və ya uzun olmayan, yarpaq qoltuğunda yal¬nız bir ədəd boy tumurcuğu yerləşən zoğlar yararlıdır. Tə¬darük olunmuş zogların yarpqları ¬kəsilərək 0,5-0,7(1,0) sm uzun¬luğunda yarpaq saplağı saxlanılır. Həmin zoğların orta hissəsində yerləşən tumurcuq¬lar okulirovka üçün istifadə olunur.
Göz calağı bir-birinə paralel cüt tiyəli (ara məsafəsi 3-4 sm) xüsusi bıçağın kö¬mə¬yi ilə aparılır. Calaq¬altının kök boğa¬zına yaxın hissəsində torpaqdan 10-15 sm-dək olmaq¬la calaq yeri seçilir. Calaq yerinin calaq¬altının gövdəsində tumurcuq yer¬lə¬şən hissədə təyin olun¬masına riayət etdikdə calaqaltı və calaqüstünün lifli-borulu ötü¬rücü to¬xumalarının üst-üstə düşməsi calağın tutmasına müsbət tə¬sir ğös¬tə¬rir. Calaq yerin¬dəki tumurcuq qoltuğunda yerləşən yarpaq kəsilərək qısa saplağı saxlanır.
Xüsusi bıçaq tumurcuq tən ortada qalmaq şərti ilə calaq yerinə tiyələri gövdəyə perpendikulyar qoyulyr. Bıçaq üstdən basılaraq qabıq tam kəsilir, bıçaq basılı və¬ziy¬yət¬də ğövdə ətrafında yarım fırlatma hərəkəti edərək calaqaltının gövdəsində kön¬də¬lə¬ninə qabığın iki kəsiyi alınır. Həmin kəsimlərin uzunluğu gövdənin ½ hissəsindən az, 2/3 his¬səsin¬¬dən çox olmamalıdır. Tiyələrin birinin ucu ilə qabıq yuxarıdan aşağı kəsilərək köndələninə kəsimlərin ucları birləşdirilir. Bu qayda ilə calaq üçün hazırlan¬mış yer “aynacıq”, dördbucaq formada kəsilmiş qabıq par¬çası “qalxanşıq”, qalxan¬çığın kəsilib götürülməsi isə “aynaçığın açılması” adlanır. Aynacığın qabığı tiyənin ucu ilə, ya da yarpaq saplağı qalığından sol əlin baş barmağı ilə sağdan-sola fırlatma hərə¬kəti nəticəsində qoparılaraq yerin¬də saxlanılır. Calaq materialından gözlə birgə qalxancıq hazır¬layıb calaqaltına köçürənə qədər “aynacıq tam açılmır”.
Calaq materialından xüsusi bıçağın köməyi ilə köçürmək üçün qalxancıq hazırlanır. Bu əməliyyat calaq altında “aynacığın aşılmasını” xatırladır. Zoğu sol əldə tutaraq sağ əl ilə bıçaq göz ortada qalmaqla zoğa perpendikulyar qoyulur. Üstündən basılı vəziyyətdə bıçağın zoğ ətrafında fırlatma hərəkəti nəticəsində qabıq köndələ¬ninə kəsilərək, calaqaltıda olduğu kimi, ucları birləşdirilir. Sağ əlin baş barmağı ilə yarpaq saplağından sağ tərəfə basa¬raq göz qabıqla birlikdə qoparılıb götürülür. Hazırlanmış qalxancıq sağ əldə olub, sol əllə calaqaltında “aynacıq açılaraq” qalxancıq oraya yerləşdirilir. Qalxan¬cıq aynacıqda kip oturu¬laraq (altda hava qalmamalıdı) polietilen pərdə ilə aşağıdan yuxarı istiqamətində sarğı aparılır. Sarğı daram olub calaq yerinə hava və rütubət buraxmamalıdır (şək.1.).
Acılmış aynacığın və köçürülən qalxancığın eyni ölçüdə olmasını təmin ətmək üçün calaqaltı və calaq mate¬rialı (zoğ) eyni ölçüdə – yoğunluqda götürülür (çeşid¬lənir). Açılan aynacıq və qalxancığın hündürlüyünü tiyələrin ara məsafəsi təyin edir, hər ikisinin eni isə çeşidlənmiş gövdə və zoğun cevrəsinin ½ -2/3 hissəsi qədər götürülür. Calaqüstü materialdan qalxancığı qopararkən gözün altda yeləşən lifli-borulu ötürücü toxuma zədələnərək gözün altda boşluq yaranır ki, bu da calağın bitişinə mənfi təcir göstərir. Odur ki, galxancığı qoparmazdan əvvəl calaq bıçağının tiyəsinin ucu ilə tumurcuğun altında yerləşən həmin ötürücü lifli-borulu toxumanın kəsilməsi vacibdir.

Kənd təsərrüfatı elmləri namizədi  Z.A. İbrahimovQabığın asan qopmasını təmin etmək üçün 3-4 gün əv¬vəl calaqaltı və calaq mate¬rialı (calaqüstü) tədarük olunan ağac (ana plantasiyası) suvarılır. Calaq isləri səhər çağı saat 10-11-ə kimi aparılır.
Calaq başa çatdıqdan sonra calaq yerindən aşağıdakı yar¬¬paq və tumurcuqlar kəsilir, yuxarıda isə 3-4 yarpaq sax¬la¬¬¬nılaraq calaqaltının baş hissəsi vurulub atılır. Calaq işi ba¬şa catmış sahə suvarılır. Calaqlara qulluq torpağı yumşaq və nəm, alaq otlarından təmiz saxlayaraq bitkilərin gövdə¬lərin¬də əmələ gələn bic (cır) zoğların məhv edilməsin¬dən ibarət¬dir.
Üç həftədən sonra calaqlar reviziya (təftiş) edilir. Bitiş vermiş calaq vurulan gözün yarpaq saplağı qalığına barmaqla toxunduqda asan qoparaq düşməsi ilə təyin edilir. Tutmamış calaqda isə yarpaq saplağı qalığı quruyaraq qalxan¬cığa bitişik qalır. Bitişmiş calaqlarda ehtiyac duyul¬duqda sarğıları boşaldılır (zəiflədilir).
Azərbaycan şərairində qozu iki müddətdə peyvənd (göz calağı) etmək olur. Birinci müddətdə, bölgənin iqlin-torpaq şətaitindən asılı olaraq, iyun-iyul aylarında aparılır. Bu müddətdə aparılan calaqlarda tutmuş tumurcuqlar həmin il boy atır və vegetasiya müddətinin sonuna qədər inkişaf mərhələsini başa vurur. İkinci müddətdə göz calağı avqust-sentyabr aylarında aparılır. İknci müddətdə aparılan calaqlarda tutmuş göz boy atmır, tumurcuq tutmuş halda qışlayır (“yatmış tumurcuqla yay calağı”) və yazda boy atır.
Calağın aparılması müddətini (başlanğıc) calaqüstüdə tumurcuq¬ların in¬kisafı, formalaşması və “yetiş¬məsi” müəyyən edir. Bir qayda olaraq tumurcuqların ca¬laq üçün yetişməsi qozun meyvələrinin süd-mum yetişmə fazası və mürəbbə üçün tə¬da¬rü¬kü başa catdıqdan sonra müşahidə olunur. Həmin müddəti yaşıl meyvələri bıçaqla or-tadan kəsdikdə toxum qabığının bərkiyərək oduncaq-laşması ilə müəyyən etmək olur.
Qozun göz calağının iki müddətdə aparılması birinci müddətdə tutmayan calaq¬¬ları ikinci müddətdə təkrar etməyə imkan verir.
Qələm calağı daha qədim üsul olsa da qozun çoxal¬dıl¬masında o qədər də geniş, kütləvi tətbiqini tapmayıb. Buna başlıca səbəb qələm calağı üçün calaqüstü materialın – çilik¬lərin qış mövsümündə (dekabr-fevral) tədatrük olunaraq ca¬laq müddətinə kimi (yaz mövsümünə kimi) xüsusi səraitdə saxlanması (stratifika¬siyası), calaq materialı isra¬fının çox olması (hər qələmdə 2-3 göz), bağ məlhəmi və di¬gər materialların tələb olması, peyvəndə nisbətən daha çətin və mürəkkəb olub xüsusi hazırlıq və bacariq tələb etməsidir. Lakin, 3 yaşdan sonra göz calağı üçün yaralı olmayan calaq¬altlara qələm calağı vurulur. Qələm calağı həm də daimi yerdə bitən tək-tək və bağda cavan ağaclarda aparılır.
Kənd təsərrüfatı elmləri namizədi  Z.A. İbrahimovQələm calağı ücün ciliklər nəzərdə tutulmuş ağac¬lardan vegetasiya tam başa çat¬¬dıqdan sonra və ilkin şaxtalar müşahidə olduqdan sonra tədarük olunur. Birillik zoğ¬¬lar hazırlanaraq dəstə-dəstə bağlanır və etiketlənir. Təda¬rük olun¬muş çiliklər 0-4° C şəraitndə saxlanılır. Bunun uçün soyuq zirzəmilərdəm və ya soyuducudan istifadə olunur. Zir¬zə¬midə saxladıqda dəstə bağlanmış çiliklər dik (şaqulu vəziyyətdə) qoyularaq aşağı-baş hissəsi nəmliyi yüksək olan substratda (torf, çay qumu, odun-caq kəpəyi və s.). yerləşdirilir Soyuducuda saxladıqda, çiliklər quruma¬sın deyə poli¬etilen kisələrə (perforasiya olunmuş) yerləşdirilərək baş hissələri suda isla¬dıl¬mış yaş dəsmalla və ya su hopduran yaş kağızla bükülür.
Yazda açıq sahədə qələm calağı bir qayda olaraq inten¬siv şirə axımının pik mər¬hələsi ərəfəsində aparılır. İntensiv şirə axımının calaq komponentlərinin tut¬ma¬sı¬na təsirini azaltmaq məqsədilə calaq yerindən aşağı hissədə calaq¬altıda bağ bıçağı və ya misarla qabıq kambi qatına kimi bir neçə yerdən kəsilərək yaralanır ki, həmin kəsimlər də şirə axımının intensivliyini tənzimləyir.
Müxtəlif qələm calağı üsulundan qoz üzərində kopu¬lirovka (yaxşılasdırıl¬mış), dilli qondarma calağı və çəp qabıqaltı calaq tətbiq olunur.
Yaxşılaşdırılmış kopulirovka calağı. Kopulirovka calağı 1-illik zoğlarda aparılır. Bunun üçün calaqaltını bir ve¬qe¬tasiya müddəti öncə ya kötüyə “oturdurlar”(3-5 yaşda), ya da skelet budaqları stamba yaxın yerdən kəsib atırlar (5 yaşdan yuxari). Calaqaltı kimi nəzərdə tutulan zoğ və calq-üstü – strarifiksiya olunmuş çilik, kalibrobka edilərək (çeşidlənərək) eyni ölçüdə (yoğunluqda) götürülür. Calaq¬altı və üzərində 2-3 göz olan qələm cəpinə kəsildikdən sonra onların biri-birinə möhkəm oturması üçün hər ikisinin çəpinə kəsiminin ortasında köndələninə (çəp kəsimə perpen¬dikulyar) kəsim aparılır. Həmin kön¬də¬ləninə kəsim nəticəsində həm calaqaltının, həm də qələmin çəpinə kəsimlərində dilə oxşar çıxıntılar yaranır. Qələm yuxarıdan aşağı istiqamətində calaqaltına oturdularaq həmin dilli-çıxıntili kəsimlər bir-birinə geydirilir və qələmin calaqaltına möhkəm bitişməsi təmin olunur. Calaq yeri sarınaraq üzəri, həm də qələmin ucu bağ məl-həmi ilə örtülür.
Dilli qondarma calağı. Calaqaltı və calaqüstü müx¬təlif ölçüdə olanda aparılır. Calaqaltının calaq nəzərdə tutu¬lan yerdən yuxarı hissəsı kəsilib atılır. Calaqaltının yan tərə¬fində kəsim yerindən 3-5 sm asağıdan başlayıb yuxarı isti¬qamətində çəpinə kəsim alırlar bə həmin kəsimin orta hissəsində yaxşılaşdırılmış kopulirovka calağında olduğu kimi dil acılır. Eyni qayda ilə hazırlanmış qələmdəki və calaqaltıdakı dilləri bir-birinə geydirib möhkəm bitişdir¬dik¬dən sonra sarinir, sarğının və kəsimlərin üzəri bağ məl¬həmi ilə örtülür
Çəp qabıqaltı calağı. Calaqaltının diametri çiliyə nis¬bətən daha çox olduqda, calaqalti kotüyə oturdularaq 1-illik zoğlar formalaşdırılmadıqda aparılır. Calaqaltı mişarla kəsilərək kəsim yeri bıcaqla hamarlaşdırılır, kəsimin dia¬metrindən asılı olaraq bu qayada ilə hazırlanmış kötükcüyə 2-5 qələm yerdəşdirilir. Qələm üzərində 2-3 tumurcuq olmaqla sadə kopulirobka calağındakı kimi çəpinə kəsilir. Kötükcüyün kəsimində qələmlərin yeləri müəy-yənləşdirilir və hər bir qələm üçün yer açılır.

Kənd təsərrüfatı elmləri namizədi  Z.A. İbrahimov

Bunun ücün nəzərdə tutulmuş yerdə calaqaltının qabığı iki paralel üstdən aşağı qələmin çəpinə kəsimnin eni və uzunu müqabilində kəsilir. Kəsilmiş qabıq calaq bıçağınını ucu ilə oduncaqdan aralanır və ½ hissəsi kəsilib atılır Bu qaydada hazırlanmış yerə qələm yerləsdiriliərək sarğı apa¬rılır və üstü məlhəmlə örtülür

Haqqında Əkinçi