19 Noyabr, 2017 - Bazar

Könül Nağıyeva

Qonağımız – Vasili Kalinov

– Cənab səfir, ilk əvvəl sizi salamlayıram. Söhbətimizi isə bir xahişdən başlamaq istərdim. Gəlin, bir anlıq sizin Bolqarıstanın Azərbaycanda səlahiyyətli səfir olduğunuzu unudaq. Siz – bolqar, mən isə azərbaycanlıyam və biz bir-birimizə öz ölkələrimizi təqdim və təsvir etməliyik. İlk söz sizindir.
– Bu suala qısa cavab vermək çətin olardı. Çoxları bilir ki, Bolqarıstan – Balkan yarımadasında mövcud olan ən qədim ölkələrdən biridi. Bizim ölkə qədim tarixə malikdi. Bolqarıstanın bu günki ərazisi hələ Roma imperiyası zamanı Balkan yarımadasında, hələ bizim əcdadlar probolqarların bura gəlişindən əvvəl məlum olub. Bu torpaqda bir çox sivilizasiyalar rastlaşıb və bunun nəticəsi olaraq, Bolqarıstanın mədəni irsi öz müxtəlifliyi ilə seçilir. Son zamanlar, Bolqarıstanda çoxsaylı arxeoloji qazıntılar aparılır və bu sahədə maraqlı kəşflər olunur. Bir sözlə desək, Bolqarıstan qədim tarixi olan bir dövlətdir.
Bu gün isə Bolqarıstan – Avropa birliyinin üzvüdür, və iqtisadi, sosial və mədəni sahələrdə inamla inkişaf edir. Bolqarıstanın əhalisi 7,5 milyon nəfər təşkil edir. Son 10 il ərzində, ölkəmizdə iqtisadiyyat uğurla inkişaf edir, vətəndaşların sosial-iqtisadi firavanlığı kifayət dərəcədə yüksəkdi. Bolqarıstanda avropa standartlarına keçid müşahidə olunur, əsasən, bu ölkənin ictimai həyatında özünü biruzə verir.
Bununla belə, düşünürəm ki, Bolqarıstan bu günə kimi bir çox ölkələr, həmçinin, dost ölkə olan Azərbaycana sona qədər aydın və tanış deyil.
– Məhz bu səbəbdən də, biz bu mövzünu hərtərəfli inkişaf etdirməliyik ki, azərbaycanlılar Bolqarıstan ilə hərtərəfli tanış olsunlar. Əlbəttə, azərbaycanlılar Bolqarıstan barədə məlumata malikdirlər, lakin, bu məlumatlar bir o qədər də geniş deyil. Səhv etmirəmsə, Bolqarıstan 400 ilə yaxın Osman İmperiyasının tərkibinə daxil olub. Sizin ölkəniz Türkiyə və Rusiya ilə sərhəddir. Bolqarıstanda ikinci dövlət dili türk dilidir, və əhalinin bir hissəsi türk dilində danışır. Fikrimcə, bütün bu aspektlər ilə tanış olmaq azərbaycanlılar üçün çox maraqlı olar. Çünki, Azərbaycan üçün Bolqarıstan partnyor və dost ölkədir, və gələcəkdə ölkələrimiz arasında daha da sıx əməkdaşlıq gözlənilir.
Söz iqtisadiyyat barədə düşübsə, sizdən, maliyyə böhranı barədə soruşmaya bilmərəm. Bu böhran Bolqarıstana nə dərəcədə güclü təsir göstərib? Bildiyimiz qədər, Bolqarıstan açıq iqtisadiyyata malik olan bir ölkədir, ona böyük investisiyalar yatırılıb. Bu günki böhran şəraitində sizin ölkənizdə vəziyyət necədir?

– İcazə verin sizin sualalarınıza tədricən cavab verim. İlk növbədə ölkələrimiz arasında mövcud olan ümumi cəhətlər barədə danışmaq istəyirəm. Həqiqətən də, bu belədir. Azərbaycan və Bolqarıstan arsında sırf ərazi yerləşməsi baxımından oxşar məqamlar var. Hələ qədim zamanlardan bizim ölkələr Bizans imperiyasına daxil olub. Bolqarıstanın tarixində yunan-roma, osman və rus iştirakı böyük olub. Xəzər-qara dəniz reqionunda yaşayan millətlərin tarixində bir çox oxşarlıqlar var, və bu da, təbiidir, çünki, biz bir akvatoriyada yaşayırıq. Mən düşünürəm ki, bizim millətlər arasında, həm mədəni həm də ki, ictimai sahələrdə çoxsaylı oxşarlıqlar mövcuddu. Bu, hətta mətbəx mədniyyətində də özünü biruzə verir, belə ki, bolqar və azərbaycan mətbəxi bir-birinə çox bənzərdir.
Ölkələrimizin müasir tarixində də ümumi cəhətlər az deyil. Azərbaycan uzun müddət SSRİ birliyi tərkibinə daxil olub, Bolqarıstan isə bu birlikdən kənarda qalsa da, SSRİ-nin təsiri altında yaşayıb. Bu gün isə, ölkələrimiz arasında ciddi və möhkəm iqtisadi və mədəni münasibətlər möhkəmlənir, və düşünürəm ki, bu işdə biz mütləq ümumi ənənələrimizə söykənməliyik.
Düşünürəm ki, ilk növbədə azərbaycanlılar bilməlidir ki, Bolqarıstan – dost və qardaş ölkə olmaqla yanaşı, biznes aparmaq üçün uyğun və rahat bir ölkədir. Bunda başqa, ölkələrimiz arasında elmi və təhsil sahələrində əməkdaşlığı artırmaq lazımdı.
Məsələn, orta məktəb və ya ali məktəbi bakalavr dərəcəsi ilə bitirən azərbaycanlı gənclər. Sizin ölkədə, orta və ali məktəbləri yaxşı qiymətlərlə bitirən və rus dilini yaxşı bilən tələbələrin sayı az deyil. Bolqarıstana gəldikdə, rus dilini yaxşı bilmək çox vacibdir, çünki, bu dildə danışdıqda sizi başa düşəcəklər. Bolqarıstanda çoxları rus dilində danışır və azərbaycanlı bizim ölkəyə gələndə özünü rahat hiss edəcək, çünki, onu başa düşəcəklər.
Öz təhsilini davam etdirmək, maqistr dərəcəsi almaq və ya başqa istiqamətlərdə inkişaf etmək üçün Bolqarıstana yollanmaq barədə düşünən gənclərin nəzərinə çatdırmaq istəyirəm ki, bizim ölkədə, Avropanın bir çox ölkələrindən, o cümlədən Türkiyədən fərqli olaraq, 2-8 dəfə daha ucuz təhsil almaq mümkündü. Belə imkan olduqda, nədən daha çox pul xərcləyəsiniz ki? Bolqarıstanda keyfiyyətli və avropa standartlarına uyğun təhsil almaq üçün bütün lazımi şərait var, və bu sizə ucuz başa gələcək. Azərbaycanlı tələbələr üçünsə, Bolqarıstanda dil baryeri mövcüd olmadığına görə, bu daha da asandır. Bundan başqa, bu çox rahatdır, çünki, istənilən vaxt evə gəlmək istədikdə, təyyarə ilə cəmi 4 saat uçmaq tələb olunur. Bizim səfirlik viza problemini aradan götürmək üçün əlindən gəlini edir və biz ümid edirik ki, bu problem də tezliklə həll olunacaq.
Həmçinin, biznes mövzüsuna da toxunmaq istərdim. Rus və türk dillərini bilən, Bolqarıstana gələn azərbaycanlı biznesmenin hansı problemləri ola bilər? Bir az öncə, siz özünüz də qeyd etdiniz ki, Bolqarıstan əhalisinin böyük hissəsi türk dilində danışır, və bu o deməkdir ki, türk-bolqar köklərə malikdir. Belə olduqda, azərbaycanlı biznesmenlər üçün, tikinti, istehsal və ya bank sahələrində Bolqarıstanda iş qurmaqda hansı çətinliklər ola bilər? Sizin ölkədə mart ayından fəaliyyət göstərdiyimə baxmayaraq, qısa zaman ərzində bütün vacib məsələlər və aspektlər ilə tanış olmuşam. Bu işdə mənə yardım olan isə, dövlət başçıları cənab İlham Əliyev və cənab Qeorqiy Pırvanov arasında mövcüd olan anlayış və əməkdaşlıq olub. Mən demək olar ki, bütün nazirlər ilə görüşmüşəm və çoxsaylı görüşlərdə iştirak etmişəm, biz problemlər və onların həlli ilə bağlı açıq və aydın müzakirələr aparmışıq. Artıq müvafiq layihələr də həyata keçirilmək üzrədir. Belə ki, Bolqarıstanın ən iri ali məktəblərindən biri olan Milli və Dünya İqtisadiyyatı Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq barədə protokol imzalanıb. İlk tədbirin, artıq bu il sentyabr-oktyabr aylarında Bolqarıstanda keçirilməsi nəzərdə tutulur. Alimlər və müəllimlərin birgə fəaliyyəti sahəsində mübadilə proqramı, və həmçinin, tələbə mübadiləsi barədə seminarın keçirilməsi gözlənilir. Artıq konkret layihələr işə salınıb. Biz Azərbaycan Təhsil Nazirliyi ilə danışıqlar aparmışıq və nəticəyə gəlmişik ki, artıq oktyabr ayından başlayaraq, azərbaycanlı şagird və tələbələri Bolqarıstanda təhsil almaq perspekstivləri ilə tanışlıq tədbirləri start alacaq. Bizim səfirlik arıtq Azərbaycanın Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliklərindən müsbət cavab alıb. Bu o deməkdir ki, hər iki nazirlik, azərbaycanlı tələbələrin Bolqarıstanda təhsil almaq üçün hansı qaydada və hara müraciət etmək qaydalarını cəmiyyətə çatdırmaqda bizə yardım edəcək.
– Cənab səfir, qeyd etmək istərdim ki, mənim bir neçə dostlarım var ki, onlar Bolqarıstanda təhsil alıb. Bilirsiniz ki, insanlar üçün cəmiyyətin fikri daima vacib olub. Bu o deməkdir ki, azərbaycanlı tələbələr Bolqarıstanda təhsil aldıqdan sonra, orada həqiqətən də, yüksəksəviyyəli təhsil aldıqlarını əminliklə söyləməsi bu sahəyə daha da çox tələbə cəlb edəcək. Bu işdə yeganə tələb olunan isə, dövlətin dəstəyidi. Sizin dediyinizdən aydın olur ki, artıq bir neçə ikitərəfli razılıqlar imzalanıb və ilk addımlar atılıb. Bu isə o deməkdir ki, bütün lazımi şərait yaradılıb və bu yaxınlarda Bolqarıstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı artacaq.
– Qeyd etmək istəyirəm ki, bu gün, Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı bir o qədər də çox deyil. Məndə olan məlumata görə, Bolqarıstanda cəmi 15 azərbaycanlı tələbə təhsil alır. İstəyirəm ki, azərbaycanlı tələbələr başa düşsünlər ki, bu gün Bolqarıstanda Avropa səviyyəli təhsil almaq mümkündü. Biz istərdik ki, digər dost dövlətlərdən olduğu kimi, Azərbaycandan gələn tələbələrin sayı da artsın. Məsələn, bu gün Bolqarıstanda 15 min türk, 7-8 min ukraynalı, 3-5 min moldovalı, 7-8 min makedoniyalı tələbə təhsil alır. Azərbaycanlı vətəndaşlar bilməlidir ki, nisbətən ucuz qiymətə, ölkənizin çox yaxınlığında keyfiyyətli təhsil almaq şəraiti var. Təhsil almaq üçün siz uyğun olan dili seçə bilərsiniz. Sizin seçiminizə ingilis, bolqar və ya qarışıq təhsil sistemi verilir. Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycanda bir neçə peşə sahələri və fakultetlərdə boşluq müşahidə olunur. Məsələn, ekoloqiya, kino, televiziya, kinorejjisura ilə bağlı sənət növləri, mədəniyyət irsinin qorunması və arxitektura kimi sahələr. Mövcüd olan boşluğu doldurmaq üçün azərbaycanlı tələbələr Rusiya, Ukrayna, Türkiyə və digər xarici ölkələrə yollanır. Nədən, bu ölkələr arasında Bolqarıstan da olmasın? Bolqarıstanda təhsilə çox ciddi diqqət və nəzarət yetirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda aparılan yenidənqurma və restavrasiya layihələrində bolqarıstanlı peşəkarlara müraciət olunur. Bu o deməkdir ki, Bolqarıstanda çox keyfiyyətli təhsil sistemi mövcuddu.
Düşünürəm ki, səfirliklər və dövlətlərimiz arasında mövcud əməkdaşlıq daha da inkişaf etdirilməlidi, və mən inanıram ki, Azərbaycan höküməti də bu işdə bizə yardım olacaq. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə görüş zamanı, o demişdi ki, bizim tələbələri təqaüd ilə təmin etmək üçün imkan mövcuddu və o, bu işdə bizə yardım edə bilər. Məncə, belə bir insanın dediyi sözlərə inanmaq lazımdı.
– Əlbəttə ki, maliyyə faktoru ən vacib olan məqamlardan biridi. Əgər bu gün azərbaycanlı tələbələrin Bolqarıstanda təhsil alması üçün bütün lazımi şərait yaradılıbsa, o zaman, tezliklə onların sayı artacaq.
– Siz həmçinin, iqisadi böhran mövzüsuna toxundunuz. Bildiyiniz kimi, Bolqarıstan iqtisadiyyatının ən aparıcı sahələrindən biri turizmdir. Onu da qeyd edim ki, Bolqarıstan öz ölkəsinin turizmini heç bir digər ölkəyə bənzətmir. Bolqarıstanda turizm əsasən xalq turizmi istiqaməti ilə inkişaf etdirilir. Bu o deməkdir ki, başqa ölkələrdən fərqli olaraq, Bolqarıstana gələn turistlər, öz vaxtlarını sadəcə mehmanxanada oturmaqla deyil, gəzintiyə çıxmaq, şəhərin görməli yerlərinə getmək, restoran və kafelərdə dincəlməklə keçirə bilir. Mənim fikrimcə, əsl istirahət bahalı mehmanxanada yaşamaq və lyuks butiklərdə alış-veriş etməkdən ibarət olmamalıdı. Fotoalbom üçün deyil, qəlb üçün turizm isə – real həyatın nəbzini hiss edərək, azadlıqda dincəlmək deməkdi. Bir sözlə, əgər siz həqiqətən də istirahət etmək, çimərlikdə dincəlmək və vaxtınızı maraqlı keçirmək istəyirsinizsə, Bolqarıstana buyurun.
Qeyd edim ki, Azərbaycan Turizm Nazirliyi və Bolqarıstan arasında, sizin ölkədə turizm biznesində çalışan kadrların hazırlanması üzrə danışıqlar aparılır. 25-28 sentyabr tarixində, Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək və həmin ərəfədə iki dövlət arasında tələbələr və turizm sahəsi üzrə kadrların mübadiləsi proqramlarına dair bütün lazımi sənədlər imzalanacaq. Mən əminliklə deyə bilərəm ki, sizin ölkəniz böyük turizm potensialına malikdi. Bu gün, Azərbaycan dünya turizm standartlarından uzaqda olsa da, əminəm ki, vəziyyət yaxşılığa doğru dəyişməkdədi. İqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq, yaxın beş il ərzində sizin ölkənizdə bütün müasir dünya standartlarına uyğun turizm sahəsi görmək mümkün olacaq. Mən buna inanıram.
– Turizm barədə danışırıqsa, bir az Bolqarıstanda mövcud olan turizm şəraitindən danışaq. Bu gün Bolqarıstanda turistlərin sayı kifayət qədərdirmi?
– Ən son məlumata görə, Bolqarıstana gələn turistlər arasında ən çox rumın, ukrayna, rus, belorus və digərləri var. Əlbəttə, Bolqarıstana Skandinaviya ölkələri, Almaniya və başqa ölkələrdən də turislər gəlir. Məsələn, ingilislər bizdə evlər alır. Bu çox maraqlı məqamdır və mən istərdim ki, azərbaycanlılar bu barədə xəbərdar olsunlar. Əgər hər-hansısa azərbaycanlı vətəndaş Bolqarıstanda ev və ya torpaq almaq istəyirsə, o bunu asanlıqla edə bilər. Bizim ölkədə tikintiyə çox ciddi nəzarət olunur və barəsində danışdığım bu əmlak və evlər yüksək keyfiyyətlə tikilib və istismara verilib. Qanunvericilikdə də bununla bağlı heç bir problem olmayacaq. Onu da deyim ki, Bolqarıstanda torpaq və ya əmlaka sahib olan şəxs avtomatik olaraq özü və ailə üzvlərinin adına üç illik viza alır. Əgər üç ildən sonra, o, Bolqarıstanda olan əmlakını satmasa, viza müddəti uzadıla bilər.
Bu gün Bolqarıstan dövləti öz ölkəsinə investisiyaların yatırılması üçün çalışır. Əgər hər-hansısa azərbaycanlı biznesmen Bolqarıstanda mehmanxana və ya istirahət-turizm kompleksi tikmək istəyirsə, o bunu asanlıqla reallaşdıra bilər. Bizim ölkədə biznesin çiçəklənməsi üçün bütün lazımi və rahat imkanlar mövcuddu. Əgər kimsə lazımi məlumat almaq istəyirsə, bizim səfirliyə müraciət edə bilər və biz həmin şəxsi maraqlandıran bütün suallara cavab verməyə hazırıq. Mən bunu reklam xatirinə deyil, həqiqətən də real vəziyyəti təsvir etmək üçün deyirəm. Bir az öncə, siz maliyyə böhranı barədə soruşdunuz. Ötən il mən Parlamentdə deputat olduğum zaman, biz, 10 faizlik vergi sisteminə keçid barədə qanun layihəsini qəbul etdik. Bu, Avropada ən aşağı vergi dəyəridi. Siz dövlətə gəlirinizin 10 faizini ödəyirsiniz və rahat olaraq öz biznesinizlə məşqul olursunuz, daha heç bir əlavə ödənişə ehtiyyac qalmır. Belə aşağı vergi dəyəri olan ikinci dövlət yoxdu. Bundan başqa, biznes layihələrində bizə yardımçı olan daha bir məqam, Bolqarıstanın Avropa cəmiyyətinə daxil olmasıdır. Bu gün bizim ölkədə infrastrukturun inkişafına yönəldilən bir çox proqramlar həyata keçirilir. Əlbəttə, bizim üçün heç də hər şey göründüyü kimi asan deyil. Avropa birliyində biznes ilə bağlı olan bütün layihələrdə tam şəffaflıq hökm sürməlidir və bu məqamla bağlı bizim ölkədə hələ ki, bəzi problemlər var. Lakin, biz bu problemin həlli üzərində ciddi olaraq çalışırıq. Bununla belə, hər il Bolqarıstan üç milyard avro məbləğində vəsaiti Avropadan öz iqtisadiyyatımıza yatırırıq. Bu izə, öz növbəsində bizə bir çox sahələri, o cümlədən, qida və ticarət infrastrukturu və turizm sahələrini inkişlaf etdirməyə və onların səviyyəsinin Avropa standartlarına uyğunlaşdırmağa yardım edir. Bir az əvvəl danışdığım vergi siyasəti və dövlətin qəbul etdiyi qarşısında konkret məqsədli maliyyə kriteriyaları sayəsində vəziyyət aydınlaşmışdır. Sizə bir misal gətirə bilərəm: büdcə hazırlananda onun gəlir və xərc hissələri müəyyənləşdirilir və diqqət yetirilir ki, bu iki hissə arasında bərabərlik olsun. Biz elə şərt qəbul etmişik ki, büdcənin gəlir və xərc hissələri arasında 15 faizdən az fərq olmasın. Gəlir xərcdən daha çox olmalıdır. Bu bizə istənilən vəziyyətdə gəlirin xərcləri üstələməsinə qarantiya verir. Artıq ilin sonunda biz büdcənin gəlir hissəsinin xərcləri bir neçə milyard həcmində üstələyəcəyini gözləyirik. Bundan başqa, hər il ölkə iqtisadiyyatında toplanılan gəlirlərin bir hissəsi xüsusi rezerv fonduna yerləşdirilir. Həmin rezerv fondunda bu gün artıq 15 milyard avroya qədər vəsait var. Bu rezerv fondunun köməyi ilə biz öz iqtisadiyyatımıxı bütün gözlənilməz məqamlardan qorumuş oluruq. Daha bir məqamı da diqqətinizə yetirim ki, bu gün Bolqarıstan Avropa birliyinə daxil olmaq üçün tələb olunan bütün şərt və kriteriyalara cavab vermək üçün əlindən gələni edir. Bizim ən əsas məqsədimiz yaxın bir neçə il ərzində avrozonaya daxil olmaqdır. Əlbəttə, bütün görülən işlər müvafiq çətinliklərlə bağlıdır, lakin, biz ümid edirik ki, yaxın dörd-beş il ərzində biz qarşımızda duran bütün məqsədlərə çatmış olacayıq. Biz, qardaş Azərbaycan xalqı qədər optimist deyilik.
– Bununla belə mənə elə gəlir ki, bu gün Bolqarıstan tədricən inkişaf etsə də, sizin ölkənizin rəhbərliyi hər bir atılan addımını düzgün hesablayır və düşünür. Bir az öncə siz büdcənin gəlir və xərc hissəsi barədə danışanda dediniz ki, gəlirlər xərcləri üstələyir. Əslində, mən sizdən əksini eşitməyi düşünürdüm, çünki, istənilən bir sahənin, hətta, kiçik biznesin inkişafı zamanı belə uzun müddət xərclər olur, və yalnız bir müddət sonra, gəlir qazanılır. Bolqarıstanda isə inkişaf bir az fərqli üsul ilə gedir. Hər şey tədricən, düşünülmüş halda baş verir. Yəgin, bu bolqar millətinin fərqli cəhətlərindən biridir?
– Bilirsiniz, çox xərcləyib və az gəlir qazanan dövrü ötəndən sonra, siz artıq sabahkı gün barədə fərqli perspektivdən düşünməyə başlayırsınız. Bolqarıstan iqtisadiyyatının 75%-i xarici investisiyalar üçün açıqdır və siz özünüz də qeyd etdiniz ki, Bolqarıstan nisbətən kiçik büdcəyə malik olsa da, onun iqtisadiyyatı açıqdır. Avropa birliyinə daxil 28 ölkə və o cümlədən, Bolqarıstan, öz suverinetitlərindən Avropaya inteqrasiya naminə imtina etmişdirlər. Əgər biz bolqarların entuziazmı barədə danışırıqsa, bununla yanaşı almanların praktikliyinə də qeyd edirik, və yaxud bolqar temperamenti barədə söz gedirsə, italyan temperamentini də unutmuruq. Avropa birliyinə daxil olan millətlər müxtəlifdir və bu o deməkdir ki, həımin cəmiyyətin daxili aləmi də zəngindir. Düşünürəm ki, Avropa birliyi layihəsi çox uğurlu layihədir, çünki, əgər qarşıya pozitiv nümunə qoyulursa, o zaman hər kəs daha yaxşı olmağa can atır.
– Bundan sonra, məndən Bolqarıstan və bolqarlar barəsində soruişanda, mən deyəcəyəm ki, onlar tədricən yanaşma ilə fərqlənirlər. İstər-istəməz insanla ünsiyyətdə olan zaman, onun barəsində hər hansısa fikir yaranır. Dediyiniz kimi, italyanlar bizdə temperamentlə, almanlar isə qaydalara cidi riayət etməklə əlaqələndirilir. Bolqarıstan isə qədim tarix və kifayət qədər temperamentli köklərə malik olaraq, təmkinli və belə demək olarsa, sakit dalğa üzərində olan bir ölkədir. Bu cəhət haradasa azərbaycanlılara yaxındır.
Bilirsiniz, son 130 il ərzində Bolqarıstan müstəqillik dövrünü yaşayarkən, ölkədə bir çox hadisələr baş vermişdir, bolqar milləti bir çox vəziyyətlərlə qarşılaşmışdır. Ola bilsin, məhz bu səbəbdən bu gün hər bir şey daha təmkinlə və düşünülərək həll olunur. İkincisi, bizim ölkənin siyasi sistemi elə qurulub ki, siyasətdə olan insanlar daxilən emosional ola bilsələr də, bunu biruzə vermirlər. Son 20 il ərzində bizim ölkəmizdə böyük dəyişikliklər və inkişaf baş verib. Biz demokratiyaya qarşı inamla addımlamışıq, bildiyiniz kimi Bolqarıstan parlament ölkəsidir, və parlament ən böyük siyasi güvvəyə malikdir. Bizim ölkədə bu vəziyyət tarix boyu, hələ SSSR-dən əvvəl də belə olmuşdur. Bolqarıstanda reqional və yerli bələdiyyə siyasəti həmişə yüksək səviyyədə aparılıb, və rəhbər qurumlar cəmiyyətin fikri ilə hesablaşıblar. Bu gün bunların hamısı daha da balanslaşdırılmış şəkildə həyata keçirilir. Amma, elə düşünməyin ki, bolqarlar temperamentli deyil, ola bilsin ki, bizdə bu cəhət azərbaycanlılardan daha az özünü biruzə verir, amma o mövcuddur.
– Bəli, mən elə də düşünürəm. Temperament var, lakin, o göz qarşısında deyil. Amma, o üzə çıxanda, mənə elə gəlir ki, heç kəs bolqarların temperamentinə şübhə edə bilməz.

– Bəli, bolqarlar öz hisslərini daxildə saxlamağı bacaran millətdir, lakin, necə deyilir, zamanına kimi. (gülür)
– Gəlin, bir az Azərbaycan barədə danışaq. Maraqlıdır, bizim ölkəyə gəlişinizdən əvvəl və sonra, Azərbaycan barədə fikirləriniz nə qədər dəyişdi? Yəgin ki, siz bundan əvvəl də Azərbaycan barədə eşidib və oxumuşdunuz, lakin, öz gözlərinizlə görmək başqadır.
– Fikrim tamamilə dəyişdi. Əvvəllər Azərbaycan barədə əsas məlumatı kitablardan alırdım. Mən təhsilimin bir hissəsini Moskvada almışam və mənim azərbaycanlı tələbə yoldaşlarım olub. Onlardan bəziləri ilə bu gün də əlaqə saxlayıram, onlar hal-hazırda Azərbaycanda məsul vəzifələrdə çalışırlar. Əslində, mən təcrübəni Azərbaycanda keçməli idim, lakin, iş elə gətirdi ki, mən Qazaxstana yollanmalı oldum. O zaman, çox arzu etsəm də, Bakıya gələ bilmədim. Son illər ərzində isə, mən Azərbaycan barədə daha çox məlumat alırdım. Belə ki, mənim dostlarım və həmkarlarımdan bir neçəsi Azərbaycanda olmuşdur. Məsələn, sizin ölkədə seçkilər keçirilən zaman Bolqarıstanlı müşahidəçilər qrupu da Bakıda işləmişdir. Mən azərbaycan üçün çox həyəcanlanır və eyni zamanda ölkənizin uğurlarına ürəkdən sevinirdim. Belə ki, 1977-ci ildə təhsil aldığım zaman azərbaycanlı dostlarımın olduğundan mən sizin ölkəniz barədə məlumatlı idim, və burada baş verən hadisələrdən də xəbərdar idim. Son illər ərzində Azərbaycanda müşahidə olunan inkişaf isə məni ancaq və ancaq sevindirir. Bilirsiniz, hələ deputat olduğum zaman, 1995-ci ildə Bolqarıstan parlanmentində sizin prezidentiniz Heydər Əliyevin nitqini dinləmişdim. O vaxt, Heydər Əliyev bir çox gələcək layihələr, o cümlədən, bu gün artıq reallaşmış Əsrin Müqaviləsi barədə danışırdı. Həqiqi desəm, o zaman, bu sözlər və layihələr bir o qədər də real görünmürdü, lakin, illər ötəndən sonra, Azərbaycanın dünya səviyyəli layihələrə üzv olduğuna şahid olarkən, mən çox sevinirdim. Sevinirdim ki, bütün plan və məqsədlər reallaşıb. Sizin ölkəniz Xəzər dənizi ətrafında yerləşən iqtisadi cəhətdən çox güclü olan bir ölkə olmalısınız. Mən Azərbaycana reqionda stabillik yaradan bir ölkə kimi baxıram.
Mən Azərbaycana gələndən əvvəl elə düşünürdüm ki, qarşıda olunmalı hələ çox işlər var, lakin, ölkənizə səfir təyin olunandan sonra, gördüm ki, artıq işlərin böyük bir hissəsi həyata keçirilib. Azərbaycanı reqiondakı digər ölkələr ilə müqayisə etsək, açıq şəkildə görmək olar ki, Azərbaycan daha güclü iqtisadiyyata malikdir və bu o deməkdir ki, onun sabahkı günə inamı daha güclüdür. Fikir verirəm ki, sizin rəhbərliyiniz düşünülmüş siyasət aparır və ölkəniz inamla inkişaf edir. Əlbəttə ki, bəzi çətinliklər də mövcuddur. Məsələn, neftin qiymətindən də çox şey asılıdır. Keçmişdə olan problemlər keçmişdə qalıb, bu gün gələcəyə inamla baxmaq lazımdır ki, azərbaycan milləti və hər bir vətəndaş yaxşı yaşasın və ölkədə həyat səviyyəsi yüksək olsun. İnanıram ki, belə də olacaq. Əlbəttə ki, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsidir. Ola bilsin ki, bunu söyləməyə mənim optimistliyim vadar edir, lakin, mən əminəm ki, bu problem tezliklə həll olunacaq. Əlbəttə, bu problemin həllində tək iki dövlət deyil, dünyanın iri dövlətləri də maraqlıdır. Amma, bütün bunları nəzərə alsaq belə, əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü qoruyacaq və bu problem keçmişdə qalacaq. Belə olduqda, Azərbaycanı hərtərəfli inkişaf yolundan saxlayan heç bir güvvə olmayacaq. Sabaha inamla baxan millət üçün inkişaf etmək bir o qədər də çətin deyil. Sizin irəli getmək istəyinizi gözlərədən də oxumaq mümükündür. Əminəm ki, qısa müddət ərzində Azərbaycan Avropanın ən inkişaf etmiş müasir dövlətlərindən biri olacaq. Belə ki, siz Avropa və Asiyanın kəsişməsində yerləşirsiniz, və bu çox vacib faktordur. Bununla belə, arzu edərdim ki, sizin ölkə və insanlarınız kənardan paxıllıq hisslərindən uzaq olsunlar, çünki, sizin ölkə varlıdır, inkişaf edir və bu da ətrafdan bəzi insanlarda paxıllıq hissi oyada bilər. Amma, sizin xalq və rəhbərliyiniz düşünülərək planlı şəkildə işləyir və mənə elə gəlir ki, siz bu kimi problem ilə rastlaşmayacaqsınız. Bundan başqa, bu işdə sizə temperamentiniz də yardım olacaq.
– Yəgin ki, siz Azərbaycana gələn kimi, sizi kəbab yeməyə aparmışdırlar. Bu, bizim özünəməxsus adətlərimizdən biridir. Sizinlə belə olmuşdur, yoxsa?
– Xeyr.
– Onu deyim ki, bu qaydalardan istisnadır!
– Bəli, məni ikinci görüşdə kəbab yeməyə aparmışdırlar. İlk dəfə isə məni dolmaya qonaq etmişdirlər. Onu da deyim ki, bu yeməyi çox sevdim. Sizin dolma, bolqar dolmasından fərqlənir, çünki, biz onu brınza pendiri və ət ilə hazırlayırıq, və bu qoyun əti olmur.
– Amma bununla belə, sizin azərbaycan dolmasından xoşunuz gəldi?
– Bəli, çox xoşum gəldi.
– Mənim isə bolqar tutma xiyarlarından xoşum gəlir. Hələ uşaqlıqdan xatırlaylram ki, Azərbaycanda və ümumiyyətlə bütün SSSR-də bolqar konservləşdirilmiş məhsulları çox populyar idilər.
– Bu, bü gündə belədir, sadəcə bu gün o qədər böyük məhsul müxtəlifliyi var ki, insan hansı ərzqların hansə ğölkədən gəlməsini aid edə bilmir. Amma bu gündə satışda Bolqarıstan istehsalı olan tutma xiyar, istiot və həmçinin, badımcan ikra növləri var. Ümid edirəm ki, gələcəkdə sizin ölkənizə daha çox Bolqarıstan istehsalı olan ərzaqlar gələcək. Artıq sizin ölkənin xalq təsərrüfatı naziri ilə müzakirələr aparmışıq ki, gələn ilin fevralın sonu mart ayının ilk günləri, Bolqarıstanda milli bayram keçirilən zaman, çox güman ki, Azərbaycanda Bolqarıstan qida sənayesinin dekadası keçiriləcək. Həmin dövr ərzində, azərbaycanlı alıcılar bolqar istehsalı olan yeni ərzaq və konserv növləri ilə tanış ola biləcəklər. Bundan başqa, biz azərbaycanlıları onlara hələ ki, tanış olmayan, Bolqarıstan şərab məhsulları ilə tanış etmək istərdik. Qeyd edim ki, bolqar şərab növləri Avropanın ən keyfiyyətli şərab növlərindən hesab olunur. Mən diqqət yetirdim ki, Azərbaycanda bolqar istehsalı olan ət və kolbasa məhsulları demıək olar ki, yoxdur. Biz Azərbaycanı Bolqarıstan qida sənayesinin bu tərəfi ilə də tanış etmək istərdik, çünki, bu tamamilə yeni və fərqli daddır. Və əlbəttə ki, biz Azərbaycanı Bolqarıstanı bütün dünyaya tanıdan brınza və pendirlərini tanış etmək istəyirik. Mən fikir vermişəm ki, sizin mağazalarda bolqar brınzası satılsa da, seçim demək olar ki, yoxdur, çünki, alıcılara ancaq bir və ya iki pendir növü təklif olunur.
– Beləliklə də, bu dadlı mövzü ilə söhbətimizi sona çatdırmaq istərdim. Sizinlə tanış olmaq çox xoş idi. Əminəm ki, yaxın müddət ərzində bizim ölkələrimiz arasında əməkdaşlıq daha da güclənəcək və inkişaf edəcək. Bir vətəndaş kimi, şəxsən mən bunu çox arzu edərdim.

– Müsahibəyə görə çox sağ olun.

Haqqında Əkinçi