22 Sentyabr, 2017 - Cümə

Lalə Azəri “Mədəniyyət” qəzeti

Sirk – “circus” (“çevrə”) sözündən yaranıb və akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələri özündə birləşdirən sənət növüdür. Sirkin yaranma tarixi antik Roma dövrünə gedib çıxır.
Lalə Azəri “Mədəniyyət” qəzeti
Müasir sirkin təməlini XVIII əsrin sonunda Londonda istefada olan hərbiçi Filip Astli qoymuşdur. Astli sirk qurmağı uzun müddət planlaşdırsa da, buna imkanı çatmırdı. Bir gün o, almaz qaşlı üzük tapır. Üzüyü satıb sirk nömrələri göstərməyə yararlı olan bir yer (sahə) alır. Bu məkanda öz atı ilə birlikdə müxtəlif nömrələr nümayiş etdirir. Tamaşaya baxanlar isə nömrənin sonunda Astlinə müxtəlif hədiyyələr, pul verirlər. Bir qədər sonra o, insanların bu tamaşalara marağını görüb daha böyük ərazi alır, xüsusi arena düzəldir. Arenanı qırmızı kartonla əhatəyə alır və ətrafına oturacaqlar yerləşdirir. Artıq tamaşaçılar içəri daxil olarkən əvvəlcədən pul ödəməli idilər.
İllər keçdikcə Astlinin sirk tamaşaları daha da təkmilləşir. O öz sirkinə ip üstündə bəzi nömrələri göstərə bilən akrobatları cəlb edir, bundan sonra sirk tamaşasında bir meymun, 1816-cı ildə isə iki fil peyda olur.
Astlinin vəfatından sonra sirk fəaliyyətini dayandırsa da, XIX əsrin sonunda Avropada 20-dək sirk vardı. Onlar daha çox səyyar tamaşalara üstünlük verirdilər.
Lalə Azəri “Mədəniyyət” qəzetiAzərbaycanda isə sirk sənəti özünəməxsus tarixə malikdir. Qədim zamanlardan “Çövkən”, “Zorxana” kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbaz və pəhləvanların çıxışlarında bugünkü müasir sirkin elementləri mövcud olmuşdur. Bakıda ilk peşəkar sirk-zoopark XIX əsrin 90-cı illərində Nikitin qardaşları tərəfindən tikilmişdir. Bina taxtadan tikildiyi üçün bir müddətdən sonra yanaraq məhv olur. 1905-ci ildə yeni sirk binası istifadəyə verilir. 1945-ci ildə isə ilk dəfə olaraq Azərbaycanda milli sirk truppası yaradılır. Truppa yalnız sirk nömrələrindən ibarət proqramla çıxış etmirdi. Proqrama estrada və balet artistlərinin çıxışları da daxil edilmişdi. Hazırkı Bakı Dövlət Sirkinin binası 1967-ci ildə istifadəyə verilmişdir. Keçən əsr
Lalə Azəri “Mədəniyyət” qəzetiüçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq və yararlılıq baxımından bu gün də dünya sirkləri ilə rəqabət apara bilir.

Haqqında Əkinçi