19 Noyabr, 2017 - Bazar
Ed. Peterman

Ed. Peterman

Məndə özgələrin danışığına xəlvəti qulaq asmaq vərdişi yerli- dibli olmamışdı. Amma bir dəfə belə belə bir şey baş verdi. Mənim arvadım mətbəxdə,döşəmənin üzərində oturub balaca oğlumla söhbət edirdi, mənsə arxa giriş qapısı dalında dinməzcə durub qulaq asırdım.
Arvadım eşitmişdi ki, öz atalarının böyük vəzifə sahibləri və rəis olmasıyla fəxr edən oğlanlar bizim Bobdan soruşublar: “ Bəs sənin atan nəyə nail olub, o nəçidir”. Bob üzünü yana çevirib mızıldanmışdı:”Mənim atam fəhlədir”.
Oğlanlar dağılışandan sonra arvadım Bobu yanına çağırmışdı və onun yanağından öpüb demişdi:
— Oğlum, mən sənə bəzi şeyləri izah etmək istəyirəm. Hə, sənin atan fəhlədir. Hamısı düzdür. Amma mən əmin deyiləm ki, sən bunun mənasını axıradək dərk edirsən. Bizim ölkəmizə şöhrət gətirən bütün iri zavodlarda, böyük və kiçik evlərin inşa edildiyi bütün tikintilərdə əsas işlərin hamısını adi fəhlələr görürlər. Bunu yaddan çıxartma oğul!
Rəislərin qəşəng masaları və təmiz köynəkləri olur. Onlar nəhəng planlar hazırlayır və sərəncamlar verirlər.
Amma unutma: onların arzularını yalnız adi fəhlələr həyata keçirə bilərlər. Əgər birdən bütün rəislər öz kabinetlərini tərk edib bir il müddətinə istirahət etmək qərarına gəlsələr, sənayenin təkəri yenə fırlanmaqda davam edəcək. Amma sənin atan kimi insanlar işləməkdən imtina etsələr, ölkənin sənaye istehsalı dərhal donar, hərəkətdən qalardı. Bütün böyük nailiyyətlər üçün adi, sad fəhlələr tələb olunur!
Mən göz yaşlarımı güclə saxlamışdım və içəri daxil olmazdan qabaq boğazımı arıtlamalı oldum.
Məni görəndə oğlumun gözləri parıldayırdı. O, ayağa qalxıb məni bərk- bərk qucqladı və ucadan dedi: “Mən sənin oğlun olmağımla fəxr edirəm, çünki sən böyük işləri həyata keçirən ən vacib adamlardan birisən!”.

Haqqında Əkinçi