25 Sentyabr, 2017 - Bazar ertəsi

Mənsur Rəğbətoğlu

Azərbaycanda qədim rəqs ənənələrinin yaranma tarixi
Mənsur Rəğbətoğlu
Azərbaycan mədəniyyətinin qədim, milli ənənəsi olan sənət nümunələrindən biri onun rəqsləridir. Azərbaycanda rəqs sənətinin yaranması miladdan öncəyə təsadüf edir. İncəsənətin bu növü haqqında tarixi məlumatları maddi sübut kimi Qobustan qayaüstü rəsmlərindən alırıq. Həmçinin digər yazılı qaynaqlarda da kifayət qədər informasiya toplanmışdır. Dəyərli fakt, mənbə kimi “Kitabi Dədə Qorqud” dastanı əhəmiyyətlidir. Çünki bu kitabda azər türklərinin məişət, milli mədəniyyət adət-ənənələri özünün dolğun əksini tapır.
Rəqs sənətinin meydana gəlməsinin bir çox səbəbləri mövcuddur. Rəqslərdən ilk dəfə dini ayinlərin icrasında istifadə olunmuşdur. Tanrıların, verilən qurbanlar üçün ifa edilirdi. Uzun vaxt keçdikdən sonra isə artıq rəqsləri çeşidli mərasimlərdə görmək mümkün idi. Demək olar ki, incəsənətin bu növü xalq məişətinə siraət edirdi. Taxıl biçini, məhsul yığını, baharın gəlişi, el şənlikləri üçün təşkil edilən mərasimlərdə rəqslər tez-tez yer almağa başladı. Daha sonralar rəqslər xalq adət ənənəsinin əsas tərkib hissəsi hesab olunurdu.
Rəqsin ən qədim növü “Yallı”dır. Çünki tarixi eramızdan əvvələ təsadüf edən Qobustan qayaüstü rəsmləri məhz “Yallı” rəqsini təsvir edir. Xalq məişətinin qədim adətlərini özündə ehtiva etdirən “Yallı” hesab olunur. Həmçinin “Cəngi”, “Ovçular rəqsi” də qədimiliyi, milli mental dəyərlərimizin qorunub saxlanılması baxımından bu qəbildəndir.
Mənsur RəğbətoğluTarix yeniləşib xalq məişətindəki ənənələr formalaşdıqca rəqslərin bir sıra növləri meydana gəlməyə başladı. Bunlar toy, el şənlikləri, bayram mərasimləri olmaqla çeşidli növləri var. Xüsusən də toy adətləri, Novruz bayramı şənliklərində ifa edilən rəqslər xalq arasında daha məşhurdur. “Novruz bayramı”, “Səməni rəqsi” yaranması bayram şənlikləri üçündü. Məhz rəqslər üçün seçilən adlarda da deyilənlər öz əksini tapır.
Zəngin, özünəməxsusluğu ilə seçilən Azərbaycan toyları da rəqslərsiz ötüşmür. Toy şənlikləri təşkil edilməmişdən qabaq hər kəsi düşündürən şey rəqs etməkdir. “Qaytağı”, “Qoçəli”, “Qazağı”, “Uzundərə” ən populyar toy rəqslərindən hesab olunur. O cümlədən toy mərasimlərində “Yallı” getmək, “Halay” çəkmək bir növ dəb halındadır. “Yallı” və “Halay” əsasən kollektiv şəkildə icra edilən rəqslərdir.
Rəqslər bəzən ifa tərzinə görə qadın və kişi üçün ilması ilə də iki yer ayrılır. “İnnabı”, “Mirzeyi”,”Cəngi” və s. kimi rəqs nümunələri kişilər üçün nəzərdə tutulub. Qadınlar arasında daha çox məşhur olan rəqslərsə “Haxışta”, “Halay” sayılır. “Haxışta” rəqs növünün vətəni Naxçıvandır. Bu rəqsdə əsasən Naxçıvanın yerli adət-ənənəsi əks olunur.
Mənsur RəğbətoğluƏn məşhur rəqslərdən biri “Vağzalı”dır. Toy rəqsi kimi tanınır. Adətə görə bəylə gəlinin toy çadırına daxil olması və çıxması anında ifa edilir. İlk dəfə “Vağzalı” Yevlax şəhərində dəmiryol vağzalının açılışında icra olunmuşdu. Adın da məhz bu səbəbdən verilməsi kimi versiya da var.
Azərbaycan xalq adət-ənənələrinin zənginliyi onun rəqslərini bədii cəhətdən bir neçə növə bölür. Lirik, məzəli, idman və başqaları rəqslərin çeşidli növlərindən sayılır. “Vağzalı”, “Uzundərə”, “Naz eləmə”, “Turacı” lirik, “Qıtqılda”, “Məzhəkəli rəqs” məzəli rəqs növlərə daxil edilirlər. Qəhrəmanlıq, çeviklik kimi keyfiyyətləri özündə cəm edən “Cəngi”, “Qılıncla rəqs” və başqaları idman rəqslərinə aiddir.
Azərbaycan rəqslərinin çeşid zənginliyi ilk növbədə onun adət-ənənəsinin müxtəlifliyi anlamındadır. Azərbaycan Respublikasının çox millətli olmasını nəzərə alsaq onun incəsənətinin necə zəngin olmasını görüb bilmək mümkündür. Belə nəticəyə gəlinir ki, hər millətin öz adət-ənənəsi, özünəməxsus mədəniyyəti var. Bütün sadalanan bu cəhətlər dünya miqyasında Azərbaycanın zəngin mədəniyyət ölkəsi kimi tanınmasında stimuldur.
Bu rəqslərin mahir ifaçıları da incəsənətin bu növünün tanıdılmasında əvəzsiz xidmətləri olmuş əhəmiyyətli şəxsiyyətlərdir. Əminə Dilbazi, Afaq Məlikova, Təranə Muradova, Əlibaba Abdullayev kimi ünlü rəqqaslarımızın ifasında rəqslərimiz tnıdılıb sevilmişdi. Əksəriyyət onların simasında “Turacı”nı, “Vağzalı”nı, “Halay”ı, “Uzundərə”ni tanıdı. Məhz onların çıxışları yersiz erməni iddialarını yerə vurdu. Əminə dilbazinin, Afaq Məlikovanın ifasında “Turacı”nın bizə məxsus olmasını “oğru” millət əyani olaraq gördü. “Turacı” da erməni yox azəri dəyərinin əks olunması bilindi.
Mənsur RəğbətoğluBu gün isə xalq məişətini özündə birləşdirən etdirən milli rəqslərimizin qorunub saxlanılması işində qiymətli rolu olmuş tək şəxs bəstəkar Üzeyir Hacıbəyovdur. Onun xidmətidir ki, rəqs ənənələrimizin unudulmaması üçün Azərbaycan Dövlət Mahnı və Rəqs Ansambılı təşkil edilmişdir.

Haqqında Əkinçi