25 Sentyabr, 2017 - Bazar ertəsi
Maraqlı pomidor sortu

Maraqlı pomidor sortu

Göyçay rayonun Qaraxıdır kəndində yaşayan və 20 ildən çoxdur tərəvəzçiliklə məşğul olan Novruz Hacıyev həyətyanı sahədə yeni sort pomidor şitili yetişdirib.

O, bildirib ki, eksperiment üçün iki pomidor toxumunu kəsərək onları birləşdirib və bir yerdə torpağa əkib. Həmin toxum cücərib və şitilə xüsusi qulluq göstərilib. Hazırda isə şitilin çiçəkləmə prosesi başlayıb. Bir aydır ki, torpağa əkilən şitilin üzərində 500-ə yaxın çiçəyin olması kənd sakinlərini təəccübləndirib. Novruz Hacıyev deyir ki, adi pomidor şitillərinin üzərində 15-25 ədəd çiçək olur: “Çalışacam ki, şitilə xüsusi qulluq etməklə, hər bir çiçəyin pomidora çevrilməsinə nail olum. Bu şitil məhsuldarlığına görə 20-25 pomidor şitilini əvəz edir”.

N.Hacıyev pomidor şitilinin üzərindəki çiçəklərin artaraq 500-dən çox olacağını və oktyabradək məhsul toplayacağını bildirib. O, bol məhsul götürəcəyi təqdirdə, məhsuldar pomidor şitilinin sayını artıracağını vurğulayıb.

Haqqında Əkinçi