19 Noyabr, 2017 - Bazar
Nazirlik fermerlərə yardım edib özü də yardım istədi

Nazirlik fermerlərə yardım edib özü də yardım istədi

Kənd Təsərrüfatı Nazirliyi 149 min 849 fermerə 20 milyon 153 min 483 manat məbləğində yardım edilməsi ilə bağlı qərar qəbul edib.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə respublika komissiyası buğda və çəltik əkininə görə daxil olmuş sənədlərə baxıb. Beləliklə, 149 mindən artıq fermerə yardım edilməsi qərara alınıb.

Nazirlik buğda istehsalı ilə məşğul olanlara müraciət edərək nöqsanların aşkarlanmasında yardım istəyib. Müraciətdə bildirilir ki, istehsalçıların siyahısı, əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılmış subsidiyanın məbləği barədə məlumatlar saytda yerləşdirilib. Nazirlik dövlət yardımları ilə bağlı şikayət və nöqsanlarla bağlı “qaynar xətt” xidmətinə müraciət edilməsini xahiş edir.

Haqqında Əkinçi