19 Noyabr, 2017 - Bazar
Okunosima – dovşanlar adası

Okunosima – dovşanlar adası

Okunosima - dovşanlar adası (FOTO)

Buradakı dovşanlar insanlardan qorxmur və bir yerdə yaşayır

Okunosima Yaponiyanın Xirosima prefekturasında yerləşən kiçik bir adadır. Buranın qeyri-rəsmi adı “dovşan adası”dır. Buna səbəb burada yaşayan vəhşi heyvanların, xüsusilə dovşanların insanlardan qorxmaması, daim insanların ətrafında gəzib dolaşmasıdır.

Qeyd edək ki, 2-ci dünya müharibəsi zamanı burada kimyəvi silah istehsal edən zavod yerləşib.

Bu qədər dovşan burada nə edir, onlar hardan gəlib? Bu haqda 2 versiya var: dovşanlar ikinci dünya müharibəsi zamanı buraya gətirilib və kimyəvi silah səmərəliliyini yoxlamaq üçün zavodda istifadə olunub. Lakin zəhərli maddələr muzeyinin keçmiş direktoru həmin heyvanların 2-ci dünya müharibəsindən sonra zavodun dağıdılması əsnasında öldüyünü iddia edir.

Xüsusilə qış aylarında bura gələn turistlərə dovşanlar üçün qida gətirmək təklif olunur. Dovşanlar əsasən yerkökü, kələm və otelin ərazisində 1 dollara satılan xususi dovşan yeməklərinə ustunlük verirlər.

Haqqında Əkinçi