19 Noyabr, 2017 - Bazar

OXUYUN!!!

XXI əsr indi mənə XIX əsrin bəlalı vaxtlarını xatırladır. Düzdür mən o vaxtı əyani görməmişəm, yalnız yazılanlardan, kitablardan oxumuş və əgah olmuşam. Elmin dünyanı və kainatı vəsf elədiyi bir zamanda, Azərbaycan televiziyaları xalqı cəhalətə sürükləyirlər. Hətta Peygğmbərlər bəzi insanların cinə, şeytana meylliyini görüb, nəalac qalaraq onların varlığını təsdiq etmələri və bundan kənar olmalarını tövsiyyə etmişlər. Təbii ki, dünyaya gələn sonuncu peyğəmbər bunu əlacsızlıqdan etmişdir. Əbəs yerə deyilmir ki, sonuncu Peyğəmbər. Yəni bu dövrdən sonra elm o qədər inkişaf edəcək ki, dinə bir o qədər ehtiyyac qalmayacaq. Müqəddəs kitablar əslində qanun toplusudur. Bu gün daha mükəmməl qanun topluları meydana, ərsəyə gəlmişdir ki, artıq Quran və digər kitabları üstələmişdir. Din vaxtilə idarəçilik vasitəsi olmuşdur ki, indi bu işi DÖVLƏT görür və hər bir məkanın özünün dövləti və qanunları vardır. Hər bir zamandakı kimi, qanunsuzluğa meylli insanlar da az deyil və belə insanlar əvvəllər də olduğu kimi indi də qanunlara yad baxırlar.

Ən acınacaqlı hal odur ki, XXI əsrdə maarifləndirmə ocağı sayılan TV-lər bir neçə əsr sanki geriyə qayıdaraq cəmiyyəti əksinə idarə etməyə, ona əks təsir etməyə başlayıblar. Azərbaycan TV-ləri son zamanlar sanki sükanı itirmiş sürücü kimi sağa-sola səndələyərək, xalqı düz yoldan azdırmaqla məşğuldurlar. Cindarlar və ekstrasenslərin yığıncaqlarına çevrilən TV-lər guya xalqın dərd-sərini işıqlandırır və onlara kömək edirlər. Əslində kömək edəsi aidiyyatı qurumlara sanki bir mesaj verirlər və edəcəkləri, görəcəkləri işi “Seyid Əhməd əli ilə ilan tutmaq” kimi yerinə yetirirlər. Jurnalistin peşəsi hər hansı bir məsləni, problemi işıqlandırmaqdır, qalan işlər aidiyyatı qurumun vəzifəsidir. Bu gün bir çox verilişlər sanki məhkəmə salonlarını xatırladır. Aydındır, TV-lərin əsas gəlir mənbəyi reklamdandır. Lakin reklam haqqında qayda-qanun və nizam-intizam da var və bu işi insanların beyninə təlqin yolu ilə deyil, sivil qaydada etmək lazımdır.

Bu gün cəmiyyətin durumunda TV-lərin böyük dərəcədə əhəmityyəti olduğu halda, bunlar xalqı digər ölkə kanallarına yönəlməyə vadar edirlər. İstər kino çəkilişi, istərsə də serialların çəkilişi və yayımı çox aşağı səviyyədə olduğu üçün əhali bezir. Səbəb kino çəkilişlərinin qeyri peşəkarlar tərəfindən həyata keçirildiyini sübut edir. Kino sənayesi tam sərbəst olmalı və sərbəst rəqabət aparmalıdır. Ancaq bir neçə il əvvəl Dövlət büdcəsindən kinoya milyonlar ayrıldı və bu gün kinonun səviyyəsi ortadadır. Məsələn serialların gedişi zamanı səsləndirilən musuqi ssenari ilə heç uyğun olmur və ya səs tonu tam fərqli olur. Buradan aydın olur ki, məqsəd ayrılan pulun daha tez xərclənməsi və mənimsənilməsi olub, əslində kino sənayesi güclü rəqabət aparmalı, bir neçə özəl şirkət daha tez qabağa çıxmaq, işləyici toplamaq uğrunda mübarizə aparmalıdır.

Aidiyyatı qurumların günahı ucbatından, Azərbaycan mətbuatı xeyli dərəcədə geriləyərək, xalqın maarifləndirilməsində öz rolunu demək olar ki, itirmək üzrədir. Güman edək ki, əncam çəkən tapılacaq…

Haqqında Əkinçi