18 Noyabr, 2017 - Şənbə

SƏBİNƏ MƏMMƏDOVA

Bu misralar “Papaq” filmində Mirzə Səfərin dediyi şeirdən bir parçadır. Bir vaxtlar kişilər papaqsız gəzməzdi, qadınlar da örpəksiz, kəlağayısız…
SƏBİNƏ MƏMMƏDOVA Hələ XVII əsrdə Azərbaycan yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı. Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşada da ipəkçilik istehsalı inkişaf etmişdi. İpəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Azərbaycanda qadın baş geyimləri müxtəlif idi. Bunlardan gözəl, əlvan naxışlı örpəkləri, kiçik narın naxışlı araqçınları, çənə altından bağlanan xəz və ya məxmərdən tikilmiş şlyapaları göstərmək olar. Baş geyimlərini qadınlar evdə, həyətdə və qonaqlığa gedəndə geyər, küçəyə çıxdıqları vaxt isə üstdən ağ çarşab örtərdilər.
Araqçın – hələ XVIII əsrdə Azərbaycanda geniş yayılmış baş geyimi olub. Əsasən dəyirmi formada olan araqçınları bir rəng parçadan hazırlayırdılar. Sonradan üzərinə müxtəlif naxışlar vurulurdu. Araqçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araqçın qoyardılar. Çox vaxt bu araqçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər. Tirmə və ipək parçalardan üzəri əksər hallarda güləbətin tikməli araqçınlar çox geniş yayılmışdı.
Başlıq – qışda mahud və yun başlıq taxırdılar. Bu baş geyimi uzun dəyirmi kənarlardan ibarət idi, onlar adətən boynun ətrafına dolanırdı. Şirvanda dəvə yunundan olan başlıqlara xüsusi dəyər verilirdi.
Çarşab – əsasən bəzi şəhər və şəhəryanı kəndlərin qadınları üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.
SƏBİNƏ MƏMMƏDOVA Örpək – qadın baş geyim növüdür. Zərif lif və tellərdən toxunan örpəklər materialına və ölçüsünə görə müxtəlif olub. Toxuculuq dəzgahlarında hazırlanan örpəklər yaş fərqinə və zümrə mənsubiyyətinə görə müxtəlif çeşid və rənglərdə hazırlanırdı. Azərbaycanda istehsal olunan örpək xarici ölkələrə də ixrac edilirdi. Keçmişdə daş-qaşla bəzədilmiş və xalis qızıl, gümüş tellərdən toxunmuş örpəklər də yayılmışdı.
Kəlağayı – ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər. Qadın örpəkləri arasında başlıca yer tutan kəlağayılar istehsal mərkəzinə görə (Gəncə, Basqal, Şəki, Şamaxı və s.) bir-birindən seçilirdi.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan, İsmayıllı rayonunun Basqal kəndində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.
Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy
SƏBİNƏ MƏMMƏDOVAmərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.

Haqqında Əkinçi