25 Sentyabr, 2017 - Bazar ertəsi

Səbinə Məmmədova

Dünyanın ən bahalı gülü “Kinabalu qızılı” adlanır. Bu gül ancaq Borneo adasında (İndoneziya və Malayziya arasında) yerləşən Kinabalu dağında yetişir. Gülün ləçəkləri rəngarəng və zolaqlıdır. Bu gülün bir dəstəsi 5 min dollar məbləğində qiymətləndirilir.
Səbinə Məmmədova Çəhrayı rəngli “Medinella” isə dünyanın ən gözəl ekzotik gülü sayılır və bahalı güllər sırasında ikincidir. Vətəni Fillipin və Madaqaskar adalarındakı tropik meşələrdir. Bir buketi 700 dollardır.
Dünyanın bahalı gülləri sırasında üçüncü yerdə “Holland qızılgülü” durur. “Den Bosch” şirkətində texnoloji üsulla əldə olunur. Al rəngdə qızılgül əldə etmək üçün onun gövdəsinə xüsusi rəng yeridilir. Ləçəkləri xüsusi qulluq tələb edir. Bu gülün 30 ədədli buketi 325 dollardır.
Dünyadakı ən bahalı güllərdən biri də tünd bənövşəyi və zil qara çalarlı zanbaqdır. Bu gülə çox vaxt “Gecələr şahı” deyirlər. Vaxtı ilə bu gülün toxumu bir sürü qoyunla, iki ton yağla dəyişdirilirdi. Bu gün isə bu gülün toxumu 20 dollara satılır.
Dünyanın ən bahalı gülləri sırasında sonrakı yerləri müvafiq olaraq “Pyer de Ronsar”, “Raffleziya” və yaxud “Ölü gülü” və “Qırmızı Middlemist“ turur.

Haqqında Əkinçi