19 Noyabr, 2017 - Bazar
Sədaqət Yusifqızı

Sədaqət Yusifqızı

Rəvayətə görə, Yaponiyanın çay dəstgahı ustası Rikyunun məşhur bir çiçəkli bağı varmış. Bir gün hökmdar bağa baxmaq istəyir.Bağa girəndə çiçəklərin hamısını dərilmiş görür.Qəzəblənmiş hökmdar çay dəstgahı otağına daxil olur və orada yeganə gül budağında ikebano görür. Rikyu öz bağındakı çiçəklərin hamısını qurban vermişdi ki,onların gözəlliyini birində,həm də ən yaxşısında nümayiş etdirsin.

Sədaqət YusifqızıSuğra Bağırzadə də sənətə bu arzuyla gəlmişdi.O güllərin hamısının ömrünü uzatmaq istəyirdi.Gözünü açandan evlərində müxtəlif güllər görmüşdü.Anası Məleykə xanım çiçəkləri çox sevərdi.Amma güllər solanda kədərlənərdi.Və o vaxtdan da Suğra xanım güllərin ömrünü uzatmaq, anasının süvincinə sevinc qatmaq istədi. Kiçik yaşlarından güllərlə oynamaq sevimli əyləncəsi idi.Peşəkar sənətə çox sonralar gəldi və floristikanı əsil sənət səviyyəsinə qaldırdı.Bu çox mürəkkəb bir işdir. Bu sahədə nəyəsə tez nail olmaq mümkün deyil.Bir əsəri araya-ərsəyə gətirmək üçün azı iki il vaxt lazımdır.

Floristikanın ikebanodan fərqi ondadır ki, burada güllər keramikaya çevrilir və ömrü daha uzun olur. İkebano isə canlı güllərdən hazırlanır.
Suğra xanım deyir ki, hər gülün öz xüsusiyyəti var. Ona görə də işləyəndə onların ləçəklərinin qalınlığına görə məhluldan istifadə edirəm.Əlbəttə, zərif ləçəklərə daha az məhlul lazım olur.Belə güllərlə işləmək həm çətindir,həm də daha çox vaxt aparır.Məsələn,mənim “Zəfəran ömrü” adlı bir tablom var.Bu əsər üzərində düz dörd il işləmişəm.Burada zəfəran bitkisinin bütün ömrü—qönçə,çiçək,bar verən və solmuş yarpaqlar—dövrləri əks olunub.

Suğra xanım “Haqq yolu” adlı əsərini isə üç ilə başa çatdırıb.”Burda istifadə etdiyim hər şeyi o müqəddəs torpaqdan—Məkkədən gətirmişdim.Namaz xalçası, torpaq, Kəbədə nurlandırılmış buğda və ağ qızılgüllərdən istifadə etmişəm.”

Suğra xanımın yaratdığı əsərlər dünya floristləri tərəfindən çox yüksək qiymətləndirilir.O, floristika sahəsində yeni, professional sənət yaratdığına görə Dünya Floristlər Şurasının sertifikat və diplomlarına layiq görülüb.Fransada, Malayziyada, Sankt-Peterburqda və Latviyada,Yeni Zelandiyada keçirilən sammitlərin iştirakçısı olub və əsərlərini təqdim edib. Dünya Floristlər şurasına 27 ölkə daxildir. Suğra Bağırzadə bu təşkilatda türkdilli ölkələrin yeganə təmsilçisidir.

Müəllifin 300-dən çox əsəri var.Azərbaycan Rəssamlar İttifaqında, miniatür kitab muzeyində altı dəfə fərdi sərgisi olub.Üç əsəri Muzey Mərkəzində nümayiş etdirilir. Hazırda 20-dək əsər üzərində işləyir.Bu işlər hazır olanda yeni fərdi sərgisini təqdim edəcək.

Sədaqət YusifqızıSuğra xanım yaradıcı insandır.Hələ uşaq ikən oxuduğu “Cücələrim”mahnısı ilə çox məşhurlaşmışdı.Yaxşı səsi olduğuna görə 2-ci sinifdə oxuyarkən onu C.Cabbarlı adına “Azərbaycanfilm”kinostudiyasının dublyaj şöbəsinə işə götürüblər.14 yaşında Yollar və küçələr”adlı qısametrajlı bədii filmə çəkilib. Bir il sonra “Ulduz”filmində Yetər roluna dəvət olunub.

Ali təhsilini M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft-Kimya institutunun kimya texnologiyası fakültəsində alıb.Sonra tale onu yenidən kinostudiyaya gətirib.Bu dəfə mühəndis kimi aşkarlanma sexində işə başlayıb.Sonra plyonka sexində işləyib.Suğra xanım neçə-neçə bədii filmə,son vaxtlar isə bir neçə klipə çəkilib.

S.Bağırzadə Azərbaycan Rəssamlar və Kinematoqrafçılar ittifaqının üzvüdür,respublikanın Əməkdar artistidir.Həm aktyor,həm də rəssam kimi işini çox sevir.

—-Hər ikisi incə sənətdir-deyir Suğra xanım.Bəzən ikebano canlı güllərdən kompozisiya da işləyirəm.Kinoya çağırırlarsa bu işlərimi saxlayıram, filmə çəkilirəm.Sonra yenidən öz sevimli işimlə–güllərimlə məşğul oluram.Kinostudiyada həm iş otağım,həm də gül bağçam var.Əsərlərim üçün lazım olan məhsulu—gülləri özüm yetişdirirəm.

—İşlərinizlə maraqlananlar,alıcılarınız varmı?

Sədaqət Yusifqızı-Şəxsi saytımda əsərlərimin foto qalereyasını yerləşdirmişəm.Əsərlərimlə tanış olurlar və bəyəndikləri əsərləri alırlar.Alıcılarım əsasən xaricilərdir.Dostlarıma,yaxınlarıma da işlərimdən bağışlamışam.Hər il “Şərq-Qərb”kinofestivalında qalibə bir əsərimi hədiyyə edirəm.Mən öz işimi çox sevirəm.Əsərlərimi də sevə-sevə yaradıram.Gülləri sevməyi mənə anam öyrətdi.Ona görə də ona borcluyam.

Suğra Bağırzadə floristika sahəsində təkcə respublikamızda yox,həm də dünyada tanınan mütəxəssisdir.İnanırıq ki,davamçıları da olacaq.

Haqqında Əkinçi