25 Sentyabr, 2017 - Bazar ertəsi
Sədaqət Yusifqızı

Sədaqət Yusifqızı

Sədaqət YusifqızıHollandiyada yaşayan məşhur cazmen soydaşımız Əminə fiqarova ilə bir neçə ay öncə Bakıda görüşmüşdük.O vaxt çox məşğul idi.Bir neçə mötəbər festivala dəvət almışdı.Bu günlərdə yenidən Bakıda qonaq olan soydaşımızla həmsöhbət olduq və o iştirak etdiyi festivalların təəssüratını bizimlə bölüşdü.

—O vaxt Bakıdan qayıdan kimi birbaşa Malayziyaya getdik.Festival Borneo adasında yerləşən Miri şəhərində keçirilirdi.Oranın əhalisi cazı çox sevir.Amma belə festivallar az-az keçirildiyindən bura minlərlə caz pərəstişkarı toplanmışdı.Onlar musiqiçiləri səhnədən buraxmaq istəmirdilər.Əlbəttə,bu bir musiqiçi kimi mənim üçün çox xoş idi.
Bundan sonra Hollandiyaya yaxın olan Avropa ölkələrində çıxışlarımız oldu.Portuqaliyada keçirilən Laqoa caz festivalı isə daha çox yadımda qaldı.Açıq havada,çox da böyük olmayan amfiteatr,gölün və meşənin fonunda çox romantik görünürdü.
Bura toplaşan tamaşaçıların hamısı cazı cazı yaxşı bilən insanlardı.Maraqlıdır,baxmayaraq ki,bu bizim Portuqaliyaya ilk səfərimiz idi,amma onlar bizi yazşı tanıyırdılar.Çünki,Portuqaliya radiosu bizim musiqilərimizi tez-tez verir.
—Amerikada keçirilən məşhur caz festivalında çıxışlarınız necə oldu?

—Nyu-Port caz festivalı təkcə Amerika üçün yox,həm də dünya üçün əhəmiyyətli bir festivaldır.Belə festivallarda avropalı musiqiçilər çox təsadüfi halda dəvət olunurlar.
Məsələn,Hollandiyadan olan musiqi qrupu yalnız bir dəfə-1964-cü ildə bu festivalın iştirakçısı oılub.Amerika cazın vətənidir.Ona görə də,onlara elə gəlir ki,cazı da Amerikalılar hamıdan yaxşı başa düşürlər.Onların Azərbaycan haqqında məlumatları çox azdır.Mən deyəndə ki,Azərbaycanda caz çox populyardır,təəccübləndilər.
Mən öz musiqi qrupumla ildə 2-3 dəfə Amerikada oluram.Ölkənin bütün böyük şəhərlərində çıxış edirik.Məsələn,Linkoln mərkəzində,Çikaqo caz festivalında,San-Sədaqət YusifqızıFransiskoda,Nyu-Orleanda.Harada oluramsa,orada Azərbaycandan,onun adət-ənənəsindən mütləq danışıram.Nyu-Port caz festivalında çıxışımdan sonra Amerika qəzetləri yazırdı ki, Azərbaycanlı musiqiçi Əminə Fiqarova Amerikanı fəth edir.
—Təbrik edirəm.Bu çox böyük uğurdur.

—Əlbəttə,həm də çox böyük məsuliyyətdir.Mən festivallarda səhnəyə iki bayraqla—Azərbaycan və Hollandiyanın bayraqları ilə çıxıram.20 ildən artıqdır ki,hollandiyada yaşayıram.Onlar məni özününkü hesab edirlər.Bu mənə qürur verir.Və biz hansı ölkədə çıxış ediriksə,konsertlərimizdə Hollandiyanın və Belçikanın həmin ölkədəki səfirliklərinin işçiləri iştirak edirlər.

—Bəs,Azərbaycan səfirliyinin işçiləri necə?

—Hollandiya və qonşu Avropa ölkələrindəki Azərbaycan səfirliklərinin əməkdaşları da konsertlərimizə gəlirlər.

—Amerika festivalında sonuncu diskinizin təqdimatı olmalı idi…

—Bəli oldu.Çox böyük uğurla keçdi.Artıq o vaxtdan iki diskim Amerikada 4-cü yerdədir.Son aylar işlərimiz çox oldu. Vaxt tapan kimi,Azərbaycana gəldim.Bir-neçə gün dincəlib,yenidən yola çıxacağıq.

—Uğur olsun!

Haqqında Əkinçi