22 Noyabr, 2017 - Çərşənbə
Sədaqət Yusifqızı

Sədaqət Yusifqızı

Sədaqət YusifqızıTanıdığım alimlərdən biri danışarmış ki,”qardaşım məktəbi bitirəndə atam ona məsləhət gördü ki,get həkim ol! Özü də uşaq həkimi,çünki,insanlar özləri getmək istəməsələr də uşaqlarını mütləq həkimə aparırlar.” Bu sözdə bir həqiqət var.Doğrudan da bizim insanlar həkimə getməyi sevmirlər.Bunun müxtəlif səbəbləri var.Birincisi,insanların öz sağlamlıqlarına laqeyd münasibəti,digər səbəbi isə həkimlərə inamsızlığıdır.

Bu günkü qonağımız Bakıdakı 6 saylı diş poliklinikasının ortodont həkimi Mətanət Əliyevadır.

-Anamın dayısı diş həkimiydi -deyə sözə başladı.Mənim dayım da Tibb Universitetində kafedra müdiridir.Onların bizə təsiri o qədər güclü oldu ki,xalam qızı,dayım oğlu və mən –üçümüz də diş həkimi olduq.Hamımız onlara oxşamaq istədik.
Atam memar,anam iqtisadçı olsa da qardaşım və bacım da onların yolu ilə getmədilər,həkim oldular.Bacım Bakıda Ankara klinikasında çalışır,qardaşım isə Türkiyədə plastik cərrahdır.

-Mətanət xanım,siz stomotologiyanı bitirdiniz,amma başqa sahəni seçdiniz.
-İnstitutu bitirəndə ümumi stomotologiyada işləmək arzusundaydım.
Ailə qurduqdan sonra bu sahəni seçdim.İndi ortodont həkim kimi daha çox uşaqlarla işləyirəm.Çünki diş,çənə qüsurlarını uşaqkən aradan qaldırmaq lazımdır.Bu sahə bizdə təzə olduğuna görə bəzən 30-40 yaşlarında da xəstələrimiz olur.

-Siz işinizdən zövq alırsınızmı?

-Bildim nə demək istəyirsiniz.Xəstə bizə müraciət edəndə onun dişləri,çənəsi çox qüsurlu olur.Biz həkimlər onun indiki halını yox,müalicədən sonrakı vəziyyətini görə bilirik,gördüyümüz gözəlliyi də yaradırıq.Və onda xəstənin,onun valideynlərinin sevincini görürük. Onda biz də işimizdən zövq alırıq.

-İndi ətrafda breket gəzdirən çox insanlar var.Belə xəstəliklərin artması nə ilə bağlıdır?

Sədaqət Yusifqızı-Birinci,irsi faktor əsas rol oynayır.Ana südü ilə qidalanmamaq, burunla nəfəs almamaq,zərərli vərdişlər-barmaq,dodaq sormaq diş əyriliklərinə səbəb olur.Valideynlər uşaqları vaxtlı-vaxtında həkimə gətirməlidirlər.Uşaq diş çıxarmağa başladığı gündən terapevtə müraciət olunmalıdır.Əgər dişləri ilə bağlı problem olsa xəstəni bizə-ortodont həkimə göndərirlər.Biz də müalicə aparırıq.Dişlərin əyriliyini aradan qaldırmaq üçün güc sərf etmək lazım deyil.Səbrlə,uzun müddətli müalicə aparmaq lazımdır.Bu müalicə bəzən bir il,bəzən də daha çox çəkir.Bəzən uşaqlarda aşağı çənə çox uzanır.Onda biz də cərrahlara müraciət edirik.Cərrahi müdaxilə olmadan belə halları aradan qaldırmaq mümkün deyil.Ortodont-psixoloji aspektdən uşaqlarda kompleks yaradır.Ona görə də həkimlər müalicəyə məsuliyyətlə yanaşmalıdlrlar.

-Ortodontiya təzə sahədir.Bizdə bunu daha da inkişaf etdirmək mümkündürmü?

-Mümkündür və həm də vacibdir.Bunun üçün möhkəm texniki baza olmalıdır.Bizdə hələ də Tibb Universitetində ortodontiya kafedrası yoxdur.Çox istəyərdim ki,bunlar olsun.Tez-tez Almaniyada,İspaniyada,İtaliyada,litvada, Sloveniyada konqreslərdə oluram.Belə səfərlər mənə çox şey verir.Həm bu sahədə dünyada baş verən yeniliklərlə tanış oluram,həm də məşhur alimlər, məsələn,Proffitin,Maklaflinin,Ornetinin mühazirələrini dinləyirəm.Onu da deyim ki,Proffitin kitabı ortodontiyanın əlifbası adlanır.
Türkiyədə Mustafa Ülgenin,Xaluq İşerinin də mühazirələrini dinləmişəm.Bu yaxınlarda Avstraliyadan tanınmış alim Maxolin Bakıda mühazirə oxuyacaq. Həkim gərək hər gün oxusun,öyrənsin.Çünki elm inkişaf edir.Tibb sahəsində də hər gün yeniliklər olur.Öyrənmədən,oxumadan xəstələrlə işləmək mümkün deyil.

Sizin rubrikaya gəlincə,sonda onu demək istəyirəm ki,qadın doğrudan da böyük qüvvədir.Mən bunu hər yerdə-evdə də,işdə də,ictimai həyatda da görürəm.Həm yaxşı ana kimi,həm yaxşı insan kimi,həm də yaxşı mütəxəssis kimi qadın hər yerdə izini qoymalıdır.

Haqqında Əkinçi