19 Noyabr, 2017 - Bazar
Sədaqət Yusifqızı

Sədaqət Yusifqızı

Sədaqət YusifqızıƏtrafımızda ürəyindən şikayətlənən minlərlə insan var.”Ürəyim ağrayır”.Bu sözü hər gün eşidirik.Dövrümüzdə ürək-damar xəstəlikləri zəmanəmizin ən böyük bəlası sayılan xərçəngdən daha təhlükəli olub.Digər xəstəliklərdən fərqli olaraq kardioloji xəstəliklər insanı qəfil yaxalayır.Yolda,işdə,yatdığı yerdə.Onda da əli heç yerə çatmır.Bu xəstəliklərdən,xüsusən infarktdan qorunmaq,qurtarmaq mümkündürmü?Bü və digər suallara aydınlıq gətirmək üçün tanınmış kardioloq,tibb doktoru İdris Xəlilova üz tutduq.

Tanışlıq üçün deyim ki,İdris Xəlilov 1979-cu ildə Azərbaycan Tibb Universitetini bitirib.Sonrakı illərdə,əvvəlcə,SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Kardioloji Elmi Mərkəzin ordinaturasını,1991-ci ildə Aspiranturasını bitirib tibb Elmləri namizədi elmi dərəcəsini alıb.1992-96-cı illərdə İranda işləyib.Və o vaxtlar Marağa şəhərində infarktlı xəstələr üçün intensiv terapiya bloku açıb və yüzlərlə insanı vaxtsız ölümün pəncəsindən xilas edib.1996-cı ildə Tehran Universitetində Tibb doktoru adı alıb.
Ömrünün bir neçə ilini Dubayın və Almaniyanın müxtəlif klinikalarında keçirib.Həkim bu ölkələrdə təcrübə ilə yanaşı çoxlu dost da qazanıb.Moskva Kardiologiya İnstitutunda akademik R.Akçurinlə,Təbrizdə Xomeyni hospitalında Dr.R.Pərvizi,Tehranda Day General Hospitalda Dr.M.Mandeqar,Dr.Ə.Yusefniya,Londonda Royal Brompton Hospitalda Dr.Əsgər Xaqani,Berlindəki-Deutsches Herzzerntrum Berlində Prof.Dr.E.Flek,Dr.Gerds-Li.Jin-Hong.Münhendəki Klinikum der Universitatda Dr.Hae-Young Sohn kimi məşhur kardioloqlarla sıx əlaqələri var. Həkim xəstələrin xaricə özbaşına getmələrinin əleyhinədir.Amma zəruri hallarda və ya bəzi xəstələrin təkidi ilə bu klinikalarda onların müayinə olunmasına kömək edir.

Növbədə xeyli adam vardı.Bizi görən kimi—keçin içəri,mən xəstəyə baxım,sizdə suallarınızı verin,bu daha yaxşı olar—dedi.Otaqda xəstələrdən başqa,Tibb Universitetinin tələbələri də vardı.Xəstə ilə xeyli söhbətdən,müayinədən sonra –sizə bir dərman yazıram—dedi.Resepti çap olunmuş formada xəstəyə verdi.Sonra da yarızarafat-yarıciddi—dünyada ən yaxşı resepti mən yazıram-dedi.Öz ünvanımı,telefonumu da qeyd edirəm.

—Bəs nə üçün bircə həb?

—Xəstələrin əksəriyyəti illərlə cox miqdarda dərman qəbul edirlər.Unutmaq lazım deyil ki,hər bir dərman özlüyündə az miqdara zəhərdir.Bunu da uzun müddət qəbul edəndə bütün orqanların tədricən zəhərlənməsi və immun sisteminin zəifləməsi-orqanizmin müqavimətinin aşağı düşməsi baş verir.Çoxlu dərman xəstəliyin diaqnozu aydın olmayanda təyin edilir.Belə hallarda müalicə uzun müddət aparılır və xəstələrdə ümidsizlik yaranır.Və illər boyu dava-dərmana az pul xərclənmir.Mən bütün xəstələrə tövsiyyə edirəm ki,əvvəlcə müayinə olunsunlar,düzgün diaqnoz qoyulsun.Hal-hazırda respublikamızda ,avropa ölkələrində olduğu kimi ,bütün imkanlar var.

Prosesdə üç iştirakçı var:həkim,xəstə və xəstəlik.Xəstənin köməyi olmadan həkimin müalicəsinin nəticəsi olmayacaq.
Mən uşaq olanda anam kəndimizdəki xəstəxanada aşpaz işləyirdi.Ora tez-tez gedirdim.Ordakı xəstələrin hamısı tanıdığım insanlar idi.Və onların xəstəliyi incidirdi məni.Onda xəstəliyə də,ölümə də,dərmana da nifrət edirdim.Amma,o insanlara da kömək etmək istəyirdim.Bu istək,həm də içimdə olan o nifrət mənim həkim olmağıma təkan verdi.Tibbin atası İbn Sina deyirdi ki,idmanla məşğul olanın heç bir müalicəyə ehtiyacı yoxdur.Onun müalicəsi elə idmanın özüdür.Sağlam olmaq və düzgün həyat tərzi keçirmək hər bir insanın borcu və hüququdur.Çox təəssüf ki,hamı bünü vaxtında başa düşmür və sağlamlığı itəndən sonra onu bərpa etmək istəyirlər.Bu da həmişə mümkün olmur.Sağlam həyat-tərzi əsas şərtdir.

Bizim insanların çox böyük hissəsi həkimə getməyi sevmir.Bunun müxtəlif səbəbləri var.Ən başlıcası isə sosial problemlərdir.İnsanların hamısının imkanı yoxdur vaxtında müalicəsini eləsin.Və bir azca da qorxu hissi .Daşıdıqları ağrıdan daha cox həkimin deyəcəyi söz xəstəni narahat edir.Və sonra müalicə də,onun nəticəsi də bundan asılı olur.

—Hər bir xəstəyə fərdi yanaşıram—deyə həkim sözünə davam elədi.Cünki,xəstəlik bir olsa da onu törədən səbəblər müxtəlif ola bilir.
Mən uzun illərin təcrübəsinə əsaslanaraq müalicə proqramları hazırlamışam.”Hər kəs niyə 100 il yaşamasın?”proqramının əsas prinsiplərini xəstələrimə çatdırıram.

—Son zamanlar,yaşından asılı olmayaraq,hər kəs ürək sıxıntısından şikayətlənir.Bu nəylə bağlıdır?

—Sıxılan ürək deyil.qəlbdir.Səbəbi sosial problemlərdir.

—Neçə il öncə xəstələr cərrahi əməliyyat üçün daha çox xarici ölkələrə göndərilirdi.İndi hansı hallarda xəstələr başqa ölkələrə gedir?

Sədaqət Yusifqızı—Bu gün bizim yaxşı cərrahlarımız var.Xarici ölkələrə getnəyə ehtiyac yoxdur.Mən xəstələrimə də bunu məsləhət görmürəm.
Tutaq ki,İrana gedən xəstələr tərcüməçi vasitəsulə həkimlə söhbət edirlər.Belə mülicənin nəticəsi o qədər də yaxşı olmur.Ona görə də burdakı əməliyyatları daha üstün hesab edirəm.Amma bəzi hallarda elə vəziyyət yaranır ki,xəstəni xaricə göndərməli oluram.Bir xəstəm vardı.Onda aortada anevrizm müşahidə olundu.Onu Türkiyəyə göndərdim,orda əməliyyat olundu.

—-Həkim yuxusuzluqdan əziyyət çəkirəm—deyə bayaqkı xəstə dilləndi.

—Yazdığım həbi hər gün eyni vaxtda qəbul edin,keçəcək.

—Bəzən mənim də yuxumu qaçıran şeylər olur.Bu gecə saat2-dən sonra yatmamışam.Hərdən gecə yarısı durub dəniz qırağına gedirəm.

–Xəstələr yata bilmir,aydındır.Bəs sizin yuxunuzu qaçıran nədir?

—Mən də insanam axı.Bəzən fikirləşirəm ki, bəlkə anama yaxşı baxmamışam.Çünki yanında olmamışam.Bəzən düşünürəm ki,uşaqlarımı niyə belə erkən Londona göndərdim.Bəlkə burda qalaydılar.Bəzən ağır xəstəm olur,onu düşünürəm.

Düşünürəm dedi və bir anlıq susdu.Sonra cox sevdiyi bir şeri dilə gətirdi…

CAPIB ÖZ ATINI AĞ ATLI GETDİ
ATLARI ŞİMŞƏKDƏN QANADLI GETDİ
UŞAQ YADDAŞIMI QANATDİ GETDİ
DAHA NAĞILLARA İNANMIRAM MƏN !

Haqqında Əkinçi