25 Sentyabr, 2017 - Bazar ertəsi
SƏDİ ŞİRAZİ   “GÜLÜSTAN”

SƏDİ ŞİRAZİ “GÜLÜSTAN”

RƏVAYƏT.

Belə rəvayət edirlər ki, Əcəm hökmdarlarından biri rəiyyətin var- yoxunu əlindən alıb,onlara əziyyət vrməyə başladi.İş o yerə çatdı ki, xalq bu zülm və sitəmə davam gətirməyib başqa ölkələrə qaçmağa və qürbətdaə yaşamağa məcbur oldu. Əhali əskildikcə ölkədə məhsul da azldı, xəzinə boş qaldı. Bunu görən düşmənlər təzyiq göstərməyə başladəlar.

Kim müsibət günü istər ona bir yar olsun,

De ki, gündə özü xalqa havadar olsun,

Qulağı halqalı qul,hörməti görməzsə gedər,

Lütf qıl, lütf sənə yadları da bir qul edər.

Bir gün onun hüzurunda “Şahnamə” kitabından Zöhhakın devrilməsi və Fridunun qələbəsi haqqındakı hissəni oxuyurdular. Vəzir soruşdu:

—Heç bilmək olmur ki, xəzinəsi,mülkü və qüvvəsi olmaya-olmaya Fridun hökmdarlığı necə əla bildi?

Hökmdar dedi:

—Məgər eşitmədinmi ki, cəmaət ona tərəfdar çıxıb, ətrafinda sıx birləşmiş, taxt-tacı ələ gətirməsinə kömək etmişdir.

— Vəzir dedi:

—-Ey hökmdar, əgər camaatı ətrafında sıx birləşdirmək şahlığın əsasıdırsa, bəs nə üçün sən xalqı başından dağıdırsan? Məgər sən şahlıq etmək istəmirsən?

Ordunu can kimi bəslə hər zaman,

Orduyla sayılar hər yerdə sultan.

Hökmdar dedi:

—Ordu və camaatı ətrafımızda birləşdirməyin şərti nədir?

Vəzir dedi:

—Şah səxavətli olmalıdır ki,onun ətrafına toplansınlar; rəhmli olmalıdır ki, ondan qorxub qaçmasınlar; səndə isə bunlari heç biri yoxdur.

Şahlara yaraşmaz zülm etmək bir an,

Qurddan ola bilməz sürüyə çoban.

Padişah zülm etsə xalqına əgər,

Özü öz mülkünü tar – mar edər.

Ağıllı vəzirin məsləhəti hökmdarin xoşuna gəlmədi, hiddətlənərək onu zindana göndərdi.Çox çəkmədi ki,hökmdarın əmoğlanları üsyan edib atalarının haqqını aılmaq üçün qoşun çəkdilər. Şahın zülm və sitəminə davam gətirməyən, vətənini tərk etmiş adamlar da qayıdıb onlara qoşuldular. Nəticədə hökmdar məğlub oldu və hökmdarlıq əmoğlanlarının əlinə keçdi.

Rəiyyətə zülm edərsə bir ağılsız hökmdar,

Düşmən bir gün edər onun ölkəsini tar – mar.

Rəiyyətlə sülh edən şah dəf edər hər afəti,

Adil şahın ləşgəridir çünki ğz rəiyyəti.

Rəvayət

Belə rəvayət edirlər ki, Əcəm hökmdarlarından biri rəiyyətin var- yoxunu əlindən alıb,onlara əziyyət vrməyə başladi.İş o yerə çatdı ki, xalq bu zülm və sitəmə davam gətirməyib başqa ölkələrə qaçmağa və qürbətdaə yaşamağa məcbur oldu. Əhali əskildikcə ölkədə məhsul da azldə, xəzinə boş qaldı. Bunu görən düşmənlər təzyiq göstərməyə başladəlar.

Kim müsibət günü istər ona bir yar olsun,

De ki, gündə özü xalqa havadar olsun,

Qulağı halqalı qul,hörməti görməzsə gedər,

Lütf qıl, lütf sənə yadları da bir qul edər.

Bir gün onun hüzurunda “Şahnamə” kitabından Zöhhakın devrilməsi və Fridunun qələbəsi haqqındakı hissəni oxuyurdular. Vəzir soruşdu:

—Heç bilmək olmur ki, xəzinəsi,mülkü və qüvvəsi olmaya-olmaya Fridun hökmdarlığı necə əla bildi?

Hökmdar dedi:

—Məgər eşitmədinmi ki, cəmaət ona tərəfdar çıxıb, ətrafinda sıx birləşmiş, taxt-tacı ələ gətirməsinə kömək etmişdir.

— Vəzir dedi:

—-Ey hökmdar, əgər camaatı ətrafında sıx birləşdirmək şahlığın əsasıdırsa, bəs nə üçün sən xalqı başından dağıdırsan? Məgər sən şahlıq etmək istəmirsən?

Ordunu can kimi bəslə hər zaman,

Orduyla sayılar hər yerdə sultan.

Hökmdar dedi:

—Ordu və camaatı ətrafımızda birləşdirməyin şərti nədir?

Vəzir dedi:

—Şah səxavətli olmalıdır ki,onun ətrafına toplansınlar; rəhmli olmalıdır ki, ondan qorxub qaçmasınlar; səndə isə bunlari heç biri yoxdur.

Şahlara yaraşmaz zülm etmək bir an,

Qurddan ola bilməz sürüyə çoban.

Padişah zülm etsə xalqına əgər,

Özü öz mülkünü tar – mar edər.

Ağıllı vəzirin məsləhəti hökmdarin xoşuna gəlmədi, hiddətlənərək onu zindana göndərdi.Çox çəkmədi ki,hökmdarın əmoğlanları üsyan edib atalarının haqqını aılmaq üçün qoşun çəkdilər. Şahın zülm və sitəminə davam gətirməyən, vətənini tərk etmiş adamlar da qayıdıb onlara qoşuldular. Nəticədə hökmdar məğlub oldu və hökmdarlıq əmoğlanlarının əlinə keçdi.

Rəiyyətə zülm edərsə bir ağılsız hökmdar,

Düşmən bir gün edər onun ölkəsini tar – mar.

Rəiyyətlə sülh edən şah dəf edər hər afəti,

Adil şahın ləşgəridir çünki ğz rəiyyəti.

Haqqında Əkinçi