19 Noyabr, 2017 - Bazar
Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai

Mən dərvişəm – deyə, köksün gərərsən,

Həqqi zikr etməyə dilin varmıdır?

Kəndini görsənə eldə aparsan!

Halın hal etməyə halın varmıdır?

Bir gün balıq kimi aba sararlar,

Mürşiddən, rəhbərdən xəbər sorarlar,

Tüstü yaxıb guşə-guşə araplap,

Mən arıyam, dersən, balın varmıdır?

Dərdli olmayanlar, dərdə yanarmı?

Sadiq dərviş iqrarından dönəpmi?

Hər bir uçan, gül dalına qonarmı?

Mən bülbüləm dersən, gülün varmıdır?

Şah Xətai, sənin dərdin deşilməz,

Dərdi olmayanlar dərdə tuş olmaz,

Mürşidsiz, rəhbərsiz yollar açılmaz,

Mürşid ətəyində əlin varmıdır?

* * *

Gəlib ixlas ilə yola gedənin,

Zərrəcə könlündə güman gəpəkməz,

Sil-süpür qəlbini, evin pak eylə,

Möminin aynası duman gərəkməz

Haqqında Əkinçi