24 Noyabr, 2017 - Cümə
Sindi Di Holms

Sindi Di Holms

Mənim iki peşəm var- həkim və müəllim. Və immun çatışmazlığı virusun
(HİV) yoluxmuş uşaqlarla işləyirəm. Bu uşaqlar mənim həyatımı zənginləşdiriblər.Onlar mənə çox şey öyrədiblər.Aldığım dərslərin ən başlıcalarından biri ondan ibarətdir ki, mən kiçik bədənlərə necə böyük əzmin, dəyanətin sığışdığını öyrəndim. İcazənizlə, sizə Teyler barəsində danışım.
Teylerdə bu virus anadangəlmədir – HİV ona anasından keçib. Dünyaya göz açdığı ilk gündən o, dərmanların köməyi ilə yaşayıb. Beş yaşında arteriyasına nasos borusu birləşdirilib və bu nasosla onun qanına lazımi dərmanlar yeridilir.Teyler nasosu həmişə öz aşırma çantasında gəzdirirdi. Və nəfəsini tənzimləmək üçün Teylerə müntəzəm olraq oksigen tələb olunudu.
Oğlan öz həyatını ölümcül xəstəliyə bir saniyəlik də olsun güzəştə getməyə hazırlaşmırdı. Kürəyində dərmanlrla dolu çanta ilə mən onun həyətdə necə qaçdığın,arxasına oksigen balonu olan arabanı necə dartdığını tez-tez görürdüm. Teyleri tanıyanlar hamısı onun bitib tükənməyən enerjisinə və həyatsevərliyinə mat qalmışdı. Oğlanın anası zarafatla deyirdi: Teyler elə çevik qaçır ki, deyəsən, axırda ona qırmızı geyindirəsi olacam,yoxsa onun yerini pəncərədən izləmək olmur.
Amma dəhşətli xəstəlik gec – tez hətta Teyler kimi dinclik bilməyən uşaqları da böyrü üstə qoyur.Onun xəstəliyi ciddiləşir, getdikcə özünü daha pis hiss edirdi, tərslikdən, eyni viruslu anasının da halı gündən- günə xarablaşırdı. Xəstəiliyin çarəsiz üzə çıxdıqda , anası Teylerlə ölüm barısində danışmağa başladı. Qadın öz oğluna təsəlli verirdi,deyirdi ki, o da tezliklə öləcək və onda onlar göydə qovuşacaqlar.
Ölümünə bir neçə gün qalmış Teyler əlinin işarəsilə çarpayısının yanına çağırdı və astadan pıçıldadı:

“Deyəsən mən tezliklə öləcəm. Mənə qətiyyən dəhşətli deyil. Amma bu baş verəndə , zəhmət olmasa, mənə qırmızı paltar geyindirin. Anam deyib ki, tezliklə o da göylərə gələcək…mənsə orada oynayacam.Mənə qırmızı geyindirin ki, anam məni göydə asan tapa bilsin.”

Haqqında Əkinçi