18 Noyabr, 2017 - Şənbə

Şokolad insanın emosional əhvalını dəyişmir

şokoladŞokolad və dondurma vasitəsilə əhvalı yüksəltmək mümkün olmayacaq – Amerika tədqiqatçıları Psixologiya Fənləri Assosiasiyasının xüsusi iclasında bu şirniyyat həvəskarlarını heyrətləndirən belə bir bəyanat vermişlər.
Amerikalı tədqiqatçılar dəfələrlə bildirmişlər ki, bu sevimli şirniyyatlar insanın emosional əhvalını dəyişmir. Bunu sübut etmək və istehsalçıların uydurmasını təkzib etmək üçün onlar xüsusi və orijinal eksperiment aparmışlar.
Qeyri-adi tədqiqat üçün könüllülərdən ibarət bir qrup yaradılmışdır. Bir həftə insanlar adət etdikləri müxtəlif qidalar qəbul etmiş, adi rejimdən kənara çıxmamışlar. Rəy sorğusunun nəticələri yığıncaqda tədqiqatçıların söylədiklərini təsdiq etmişdir.
Əsas səbəb psixoloji amil və insanın yemək həvəsidir. İnsanın əhvalındakı dəyişikliklə qidanın heç bir əlaqəsi yoxdur. Amma bu tədqiqat heç kəsi həmin şirniyyatlardan imtina etməyə çağırmır və buna məcbur etmir.

Haqqında Əkinçi