24 Noyabr, 2017 - Cümə
Südün əmələ gəlməsi

Südün əmələ gəlməsi

“Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün ibrətlər vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər”. (“Nəhl” surəsi, 16/66)

Bədənin qidalanmasını təmin edən əsas maddələr həzm sistemindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. Həzm olunan bu qida maddələri daha sonra bağırsaq divarından sorularaq qan dövranı sisteminə keçir. Beləliklə, bu qida maddələri qan dövranı nəticəsində müvafiq orqanlara ötürülür.

Bədənin başqa toxumaları kimi süd vəziləri də onlara qan dövranı yolu ilə gətirilən həzm olunmuş qida maddələri ilə qidalanır. Buna görə də qan qidaların yığılıb ötürülməsində çox mühüm rol oynayır. Süd də bütün bu mərhələlərdən sonra süd vəziləri tərəfindən ifraz edilir və həzm edilmiş qidanın qan dövranı ilə ötürülməsi nəticəsində əmələ gəldiyi üçün onun qidalılığı və dəyəri çox yüksəkdir. Bununla da insanların birbaşa istehlak edə bilməyəcəyi qandan və yarımçıq həzm olunmuş qidadan qidalandırıcı süd əmələ gəlir.

Göründüyü kimi, “Nəhl” surəsinin 66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmələ gəlməsi ilə bağlı şərh edilənlər elmin müasir dövrdə ortaya qoyduğu məlumatlara tam uyğundur. Son dərəcə aydın olan məsələdir ki, insanlar məməlilərin həzm sistemini öyrənmək üçün ixtisaslaşma tələb edən bu məlumatları Quranın göndərildiyi dövrdə bilmək gücündə və imkanında deyildi.

Haqqında Əkinçi