19 Noyabr, 2017 - Bazar
Talehə Muradova “9- saylı ekologiya və təbii sərvətlər şöbəsi”

Talehə Muradova “9- saylı ekologiya və təbii sərvətlər şöbəsi”

İnsan gözəllik aşiqidir. Həmişə gözəlliyə can atır. Buna sahib olduğumuzda,cox zaman, qədrini- qiymətini bilmirik.
Bu günlərdə Bakıdan gəlirdik. Səhər tezdən yola düşdük. Çayı da yolda içərik—dedik. Yolboyu yeməkxanalar da çoxdur, çayxanalar da. Yolun təxminəm yarısını getmişdik ki, çox səliqəli, zövqlə düzəldilmiş bir yer diqqətimizi çəkdi. Həyətin düzəni, çardaqların altında qoyulan stollar, yaşıllıq, gül-çiçək. Düşdük. Təmiz əi-üz yuyan, maye sabun,əl silmək üçün quru salfet. Yollarda görmədiyimiz bir mənzərə. Gördüklərimizdən zövq ala-ala bir stəkan çayımızı içib yola düzəldik. Və bu xoş ovqat yol boyu bizi Talehə Muradova “9- saylı ekologiya və təbii sərvətlər şöbəsi”tərk eləmədi.
Ətraf mühitlə bağlı neçə-neçə qərarlar qəbul olunub. İcrası təkcə aidiyyatı qurumlara aid deyil. Hər birimiz ətrafımıza yaradıcı yanaşmalıyıq, allahın verdiklərinin qədrini bilib,qoruyub,gələcək nəsillərə ötürməliyik.
İllər öncə insanlar təbiətə daha mərhəmətli yanaşırdılar. Meşəyə gedən ancaq quru ağacı kəsərdi, yaşa dəyməzdi.Fikirləşirdi ki,yaşdı, canlıdı, kəsmək günahdı.
Həyət-bacanı təmizləyib tullantıları küçəyə atmırdılar.Düşünürdülər ki, el-obadan ayıbdı.
Mal-qaranın otunu-alafını həyətin bir küncündə, tövlədə verirdilər, indi bunu küçədə asfaltın üstündə edirlər.
Rayon, kənd yerlərində kanalizasiya olmadığına görə bəzən çirkab sular küçələrə axıdılır.
İndi insanların özlərinə aid etdiklərinin çərçivəsi ev,mənzil səviyyəsində daralıb.Bu,şəhərdə də belədir.
Xarici vətəndaşların dilindən cox eşidirik:–Burda insanlar ancaq evlərini təmiz saxlayırlar. Hündür binalara girmək olmur. Bir tərəfdən çirk, digər tərəfdən hər mərtəbədə pəncərələrin bağlanması binaları daha dözülməz edir. Üstəlik, zibili vaxtında atmağı da sevmirlər. Ən pisi odur ki, çörəyi uşaq bezi ilə bir yerdə qapının ağzına atırlar.
Nə qədər haqlı irad…
Bir gün avtovağzılda avtobusa əyləşdim. Tərpənməyinə hələ vardı. İsti olduğundan kimi su içir, kimi də dondurma yeyirdi. Mən də yol yoldaşımla söhbət etsəm də , gözüm dondurma yeyənlərdəydi. Onlardan biri dondurma kağızını büküb,pəncərədən çölə atdı. İkincisini gözlədim. O da kağızı büküb əlini qaldıranda, atma – dedim. Bura sənindi, çirkləndirmə.
Heç gözləmədiyim halda—gücünüz mənə çatır?-deyə dilləndi. Yaxşı ki,hamı o düşüncədə deyildi, məni tək qoymadılar.
Deməli, bu insanların təbiət, onu qorumaq haqqında düşüncəsi bu idi.
Təbiət haqqında bilikləri, onun qorunmasının vacib olduğunu hələ kiçik yaşlarından uşaqlarda valideyn aşılamalıdır. Sonra məktəb..Əgər belə etməsək övladlarımızın ətraf mühitə münasibəti dəyişməyəcək.Nəticədə çirkli atmosferdən, sulardan əziyyət çəkən yenə biz olacağıq.
İndi yay mövsümüdür.İstirahət yerlərinin hamısı insanlarla doludur. Çox az adam görmək olar ki, tökdüyü məişət tullantılarını heç olmasa torbalara yığıb, aparıb atsın.
Hamı təmiz, gözəl təbiəti, sərin çeşmələri, dağları,dənizi,çayı sevir.
Amma, hamı olanı təmiz saxlamağı,qorumağı sevmir.Nə qədər ki,insanlarımızda bu təfəkkür dəyişməyib havamız da.suyumuz da çirk olacaq. Bunu özləri seçməlidir. Ya sağlam bədən,sağlam ruh, ya da xəstə,ruhsuz bədən. Özünüz seçin.Onu da unutmayın ki, övladlarımızın gələcəyi cox zaman qədrini bilmədiyimiz bu təbiətdən və sulardan asılıdır. Gəlin hamılıqla, əvəzi olmayan bu varın qiymətini bilək.

Haqqında Əkinçi