19 Noyabr, 2017 - Bazar
Toyuq yumurtası ömürü uzadır

Toyuq yumurtası ömürü uzadır

Adi toyuq yumurtasının sarısı ömrü uzadır. Bu qənaətə Albert universitetinin alimləri gəliblər.
Müntəzəm olaraq qidaya qəbul olunan ərzaqlarda antioksidantların miqdarını müəyyən edən tədqiqatın aparılmasından sonra məlum olmuşdur ki, ən çox antioksidant toyuq yumurtalarında, xüsusəndə yumurta sarısında mövcuddur. Toyuq yumurtasının sarısında iki unikal aminturşusu mövcuddur – triptofan və tirozin. Bu aminturşuları orqanizmdəki azad radikalları öldürərək orqanizmi onların dağıdıcı təsirindən qoruyurlar. Alimlər təsdiqləyirlər ki, mötədil yumurta istehlakı zamanı (günə 1-2 ədəd), qanda xolestirinin miqdarı artmır əksinə qocalma prosesi əhəmiyyətli dərəcədə ləngiyir.

Bundan başqa yumurta sarısının kalsiy, kali və fosforla zəngin olması ilə yanaşı o praktiki olaraq insan orqanizmi üçün zəruri olan bütün vitaminlərin (А, В1, В12, Д, Е, РР ) mənbəyidir

Haqqında Əkinçi