24 Noyabr, 2017 - Cümə
Vəfa Hüseynqızı

Vəfa Hüseynqızı

VƏFA HÜSEYNQIZIRespublikamızda tələbə və gəncləri birləşdirən çoxlu sayda təşkilatlar və ictimai birliklər var. Onlardan bəziləri aktiv fəaliyyət göstərir, tez-tez müxtəlif tədbirlər, aksiyalar keçirir, bəziləri isə , necə deyərlər, yalnız kağız üzərində mövcuddur. Bu günkü müsahibimiz tələbələrin həyatına, onların problemlərinə yaxından bələd olan, bilavasitə onların hüquqlarının müdafiəsiilə məşğul olan Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin prezidenti Elnur Məmmədovdur.
– Elnur müəllim, bildiyimiz kimi, respublikamızda xeyli sayda gənclər təşkilatları mövcuddur. Sizin ictimai birliyin yaranması hansı zəruriyyətdən irəli gəlmişdi ?Düzdür, belə təşkilatlar kifayət qədərdir, lakin tələbələrin hüquqlarını, onların üzləşdikləri problemləri həll etməyi öz başlıca məramı kimi qəbul edən bir quruma ehtiyac vardı. Əgər yadınızdadırsa, 2006-cı ildə Təhsil Nazirliyinin qərarı ilə Müstəqil Azərbaycan Universiteti öz fəaliyyətini dayandırmışıdır. Həmin universitetin yüzlərlə tələbəsi haqsız olaraq təhsildən kənarda qalmışdılar və biz buna etiraz olaraq, kütləvi etiraz tədbirləri, uzun müddətli aclıq aksiyaları keçirtdik. Hadisələrin gedişində tələbələrin müdafiəsi komitəsini yaratdıq və bu komitə tələbələrin ayrı-ayrılıqda apardığı mübarizəni ümumiləşdirərək, onların tələblərinin ölkə mediasında işıqlandırılmasına, həm müvafiq dövlət qurumlarına və qeyri-hökumət təşkilatlarına, eyni zamanda beynəlxalq təşkilatlara çatdırılmasına xidmət edən bir qurum oldu. Bizim apardığımız işin təxminən yarısı öz müsbət nəticəsini verdi. Belə ki , hüquqları pozulmuş tələbələrin təxminən yarısı öz hüquqlarını bərpa edə bildi. Biz bu qurumu saxlamaq qərarına gələrək onun əsasında Tələbələrin Beynəlxalq Əməkdaşlığı ictimai birliyini təsis etdik. 2007-ci ilin aprel ayının 6-da sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim etdik və artıq 25 may tarixindən qeydiyyata alınaraq rəsmi fəaliyyətə başladıq.
Bəs Sizin təşkilatınızın fəliyyət prinsipləri digərlərindən əsasən nə ilə fərqlənir ?Gənclər təşkilatları çoxdur, bu həm hərəkatlar formasında, həm gənclər təşkilatları, həm ictimai birliklər formasında və hər birinin yaranma məqsədləri, fəaliyyətləri istiqamətləri var; bəziləri siyasi yöndə, bəziləri müxtəlif maarifləndirmə sahəsində fəaliyyət göstərir. Bizim təşkilatın prinsipləri digərlərindən tələbə hüquqlarının müdafiəsinə daha çox önəm verməsi ilə seçilir .Başlıca məqsəd tələbə hüquqlarının müdafiəsi sahəsində heç bir ayrı seçkiliyə yol verməməkdir, yəni biz hüquqları istər universitetlər, istərsə də bəzi dövlət qurumları tərəfindən pozulmuş tələbələrin mənafeyini qorumağa çalışırıq . Yəni bəzi gənclər təşkilatları tələbələrin hüquqları sahəsində müəyyən addımlar atırlar, amma dövlət qurumları ilə üz-üzə gəldikdə, onlar əsas diqqəti qlobal şəkildə tələbə hüquqlarının müdafiəsinə deyil, ortalıqda olan konkret nöqsanı araşdırmağa çalışırlar. Amma bizim təşkilat bütün bu məsələlərə tələbələrin hüquqlarının müdafiəsi prizmasından yanaşır.
Tələbələr hər bir cəmiyyətin ən fəal təbəqələrindən sayılır.Bizim bu günki tələblərimizin aktivliyi sizi qane edirmi?Onlar öz hüquqlarını kifayət qədər bilirlərmi? Təəsüf ki, xeyr! Həm də çox böyük mənada təəsüf ! Bizim bu günkü tələbələrin 5-10%-indən savayı qalan böyük əksəriyyəti nəinki öz hüquqlarını müdafiə edə bilmir, ümümiyyətlə, öz huquqlarının nədən ibarət olduqları barədə anlayışları yoxdur. Belə təəssürat yaranır ki, yeganə məqsəd hansı olursa olsun, bir ali məkətbə daxil olmaq, hansı yolla olursa olsun təhsili başa vurmaq və diplom almaqdır. Təəsüf ki, təhsilə maraq , öz hüquqlarını bilmək VƏFA HÜSEYNQIZIbizim tələbələrdə hiss olunmur. Bəlkə də qarşıda konkret məqsəd olmadığından, onun uğrunda mübarizə də aparmaq istəyi yaranmır.
– Sizin sözlərinizdən belə məlum olur ki, tələbələr nöqsanlara qarşı mübarizədə, kifayət qədər fəallıq göstərməyirlər…Bilirsinizmi, əsas problem odur ki, tələbələr hər hansı bir nöqsanı, ümumiyyətlə nöqsan kimi dəyərləndirə bilmirlər, onlara qarşı adekvat reaksiya göstərmirlər. Nə baş verirsə versin, artıq bunu təbii hal kimi qəbul edirlər.Sadə dillə desək, əgər kimsə tələbədən rüşvət istəyirsə, o, nəinki etiraz edir, əvəzində sakitcə gətirib pulunu verir , və bunda heç bir qeyri-adilik görmür ! Əlbəttə, istisna hallar da mövcuddur, lakin çox az həcmdə.
– Avropa təhsil sisteminə keçid müəllim-tələbə, universitet-tələbə münasibətlərinin daha demokratik səviyyədə olmasını şərtləndirir.Tələbənin öz hüquqlarını yaxşı bilməsi üçün sizin ictimai birlik hansı işlər görür?Bizim ictimai birlik müxtəlif maarifləndirici tədbirlər keçirir.Düzdür, biz qeyri hökümət təşkilatıyıq və çox geniş fəaliyyət göstərmək , iş aparmaq imkanlarımız yoxdur . Biz maarifləndirmə kursları təşkil edirik, amma bu geniş təbəqəni əhatə edə bilmir.Ona görə də bütün bu tədbirlərin effekitivliyi bir o qədər də çox olmur, amma inanıram ki, belə təşkilatlar çox olarsa və geniş əhatəli fəaliyyətə başlayarlarsa, o zaman müəyyən irəliləyişlər əldə etmək olar.
Tələbə ilk növbədə gənc insan deməkdir.Onun təhsildən başqa asudə vaxt problemi də vardır. Beynəlxalq əməkdaşlıq prizmasından baxdıqda bu sahədə hansı işlər görmək mümkündür.Məsələn, beynəlxalq düşərgələr,seminarlar,təcrübə mübadiləsi təşkil etmək planlarınız varmı?
Bizim təşkilat, əsasən, tələbə hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb, amma yaxın gələcəkdə təşkilatın strukturunda və fəaliyyət sahəsində dəyişikliklər etmək fikirimiz var, çox güman ki, bu məsələləri prioritet olaraq qəbul edəcəyik.
– Əgər icazə versəydiniz universitet auditoriyasını yenicə tərk etmiş bir tələbə kimi bir arzumu da bildirirərdim.Sizin internet saytınız var, amma orada tələbələrə öz hüqüqlarını başa salacaq materiallara rast gəlinmir.Bu sahədə dəyişikliklər gözlənilirmi?Biz özümüz də yaxşı bilirik ki, bizim işimizdə ən vacib məsələ təbliğatı gücləndirməkdir. Əgər hər bir tələbə öz hüquqlarını yaxşı bilərsə, bizim işimiz də asanlaşar. Bizim sayt yeni fəaliyyətə başlayıb, onu ilkin versiya kimi yaratmışıq, materiallar da çox deyil. İnşallah, yaxın gələcəkdə saytda müxtəlif dəyişikliklər edəcəyik və genişləndirəcəyik, tələbə hüquqlarının müdafiəsi sahəsində materiallar orada xüsusi yer tutacaq. Görüləcək işlərimiz , planlarımız çoxdur. Yaxın gələcəkdə yeni tədbirlərimiz keçirilicək, universitetlərdə tələbələrlə görüşlər təşkil olunacaq və bütün bu yeniliklərimiz saytımızda əks olunacaq.
Müsahibəyə görə oxucularımız adından sizə təşəkkür edirik. Sizə, cəmiyyətimiz üçün çox lazımlı olan fəaliyyətinizdə uğurlar arzulayırıq.

Haqqında Əkinçi