25 Sentyabr, 2017 - Bazar ertəsi

Vəfa Hüseynqızı

Böyük alman romançısı Erix Mariya Remark XX əsr dünya ədəbiyyatının ən böyük fiqurlarındandır. O, 1898-ci il iyunun 22-də Almaniyanın Osnabyurk şəhərində anadan olmuşdur. Hələ gənc yaşlarından etibarən Remark , Tomas Mann , Dostayevski , Prust , Höte kimi məşhurların yaradıcılığı ilə maraqlanmış , əsərləri ilə yaxından tanış olmuşdur.Təhsilini kilsə məktəbində almış, 1914-18-ci illərdə müharibədə döyüşdüyü üçün müharibənin bütün dəhşətlərini görmüş, dadmış və həmin faciələri əsərlərində əks etdirmişdir. 1920-ci ildə “ Xülyaların sığınacağı ” adlı ilk romanı çapdan çıxmışdır. Daha sonra yazdığı “Üfüqdə görünən stansiya” , “Qərb cəbhəsində dəyişilik yoxdur” , “Qayıdış”, “ Üç dost” , “Yaxınını sev” romanlarının mövzusu müharibə və onun insan taleyində rolu barədə olmuşdur.Remark 1931-ci ildən İsveçrədə yaşamış, sonralar ABŞ-a köçmüş və bu ölkənin vətəndaşlığını almışdır. Amerikada yaşayarkən, Remark ona dünya şöhrəti gətirmiş “Zəfər tağı” romanını yazır. Əsər mühacirlərin həyatından bəhs edir, hadisələr 1938-39-cu illərdə Fransada cərəyan edir. Birinci dünya müharibəsinin iştirakçısı Ravik alman cərrahıdır və vətəndaşlığı olmadan qanunsuz olaraq Parisdə yaşayır.Öz vətənində günahsız iki yəhudinin həbsxanadan qaçmasına kömək etdiyi üçün gestapo zabiti Haake ona işgəncə verir.Onun işgəncələrinə dözməyən sevdiyi qadın lagerdə intihar edir. Ravik lagerdən qaçır və mühacirlərin ən sevimli ölkəsi Fransaya gəlir. Passportu və şəxsiyyəti təsdiq edən başqa heç bir sənədi olmadığı üçün Parisdə gizli yaşayır, dörd dəfə tutulur deportasiya edilir. Hər dəfə yeni adlarla Parisə qayıdır.Mahir cərrah olan Ravik burada gizli şəkildə həkimlik edir, ən çətin cərahiyyə əməliyyatlarının öhdəsindən gəlir.Qazandıqlarını içkiyə və qadınlara xərcləyir. Bu vaxt onun həyatına italyan əsilli aktrisa Joan Madu daxil olur. Joan özünü körpüdən atmaq istəyəndə Ravik onu xilas Vəfa Hüseynqızıedir. Bir müddət sonra onlar yenidən şəhərdə rastlaşırlar və beləliklə onlar bir-birlərinə yaxın olurlar.Romanın sonunda Ravik gestapo zabiti Haakedən öz qisasını ala bilir, sevdiyi xanım Joan Madu isə qısqanc aktyor tərfindən ölümcül yaralınır və vəfat edir.
Deyilənlərə görə Joan Madu obrazında alman aktrisası və müğənnisi Mariya Ditrixin obrazı yaradılıb. Remark Parisdə yaşayarkən faşizm əleyhədarı bu qadınla sevgi macəraları yaşamışdı.
Əsərdən seçilmiş məşhur hissələr :
– Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür.
– Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır.
– Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz.
– Görəsən, qəlbinin köksünə sığmadığı anlar harada qaldı? Həyatın dəhşətli macəraları onların hamısını boğdu.
– Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir.
– Adam bəzən inanmaq istəmir ki, o, çox şeyi unuda bilər. Bu həm müqəddəs bir alqışdır, həm də dəhşətli bir qarğış.
– Hamımız buna öyrəşməliyik. Əvvəllər bizi bağlayan tellər indi qırılıb. Biz, sapı qırılmış muncuq kimiyik, hərəmiz bir tərəfə dağılmışıq. İndi heç nə etibarlı deyil.
– Xırda şeylər həmişə tez başa düşülür, böyüklər isə gec! Böyüklərdə melodram, aldanıb-aldatmaq ehtimalı daha çox olur!
– Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib götürmək lazımdır…
Remark 1948-ci ildə İsveçrəyə qayıtmış və bir müddət burada yaşamışdır. Lakin yazıçının Almaniyada yaşayan böyük bacısı Elfrida Şolc antihitlər baxışlarına görə həbs olunur və edam olunur. Remark “ Həyat qığılcımı” romanını ona həsr edir. Sonra bir-birinin ardınca məşhur romanları olan “Yaşamaq və ölmək zamanı” , “Qara abidə”, “ Lissabonda gecə”, “ Borc həyat”, “Doğma torpaqlar” yazır.
Yazıçı 1970-ci il sentyabrın 25-də Lokarno şəhərində 72 yaşında vəfat etmişdir.

Haqqında Əkinçi