19 Noyabr, 2017 - Bazar
Vəfa Hüseynqızı

Vəfa Hüseynqızı

Təbiət elə gözəldir ki , bu yay günündə…-
Mənsə bir yağışın həsrətindəyəm .
Gözlədiyim o yağış yağacaqdır , bilirəm,
Bütün xəyallarımı və səhvlərimi
yuyub aparmaq üçün …
Bu əzablar sənindir ,
Bilirəm.
Bagışla, ancaq,
Yalnız sənin olanlar
Sənin ilə qalacaq .

Bu yağış istəyi boş yerə deyil ,
Yaxşı bilirəm ,
Özgə hissləriylə oynadığımı ,
Sənə etdiklərim qəddarlıq deyil,
Bəlkə heç sevməyi bacarmıram mən?
Bu artıq mənimçin gizlin sirr deyil,
Bundan sonra nəyi dəyişə billəm?..

Mənə nə qaldı ki ?
Bilirəm məni –
Bağışlayan deyilsən ,
Yağışa ümid edirəm ,
Sən isə xatırlama, bir avqust səmasında
topa buludu,
Bacara bilsən …

Bax, bu da , könlümdən keçən o yağış !
Çiçəklərin üzərində
sanki göz yaşı
Bağışla , ey qəlbim, bir daha heç vaxt ,
İncidən deyiləm bir özgə qəlbi .
Mənim bu şerimin sətirlərində ,
Qafiyələr yerinə , hisslərimin axışı,
amma yenə də …
Niyə mənim bəxtimə belə bir sevgi çıxdı ,
Qazandığım nə oldu, – ötəri yay yağışı .

29.08.2009

Haqqında Əkinçi